Mübariz Əhmədoğlu, politoloq

Politoloq: Minsk qrupu intellektual baxımdan tükənib

21
(Yenilənib 11:52 20.10.2016)
Mübariz Əhmədoğlu: Minsk qrupunun həmsədrləri ölkə prezidentlərinin imzalarına hörmətsizlik nümayiş etdiriblər

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyir ki, Minsk qrupu həm intellektual, həm mənəvi, həm də siyasi baxımdan artıq tükənib: “Onlar nəsə təklif etmək gücündə deyillər. Bütün ideyalar artıq ortadadır. ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinin qoyduqları ideyalara da laqeyidlik nümayiş etdirirlər. Hətta elə vaxt olub ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ölkə prezidentlərinin imzalarına hörmətsizlik nümayiş etdiriblər”.

“Onların obyektiv vasitəçi olma şansı var, amma bunun üçün çox vacib şərt ondan ibarətdir ki, ATƏT ATƏT-in Minsk qrupunu maliyyələşdirməkdən imtina etməlidir. ATƏT Minsk qrupunun maliyyələşdirməsini dayandırsa, onun fəqliyyəti üçün Ermənistan və Azərbaycan öz büdcələrindən vəsait ayıracaqlar. Belə olan təqdirdə, hər iki tərəfi saxlayıb pul almaqdan ötrü ATƏT-in Minsk qrupu obyektiv olub hər iki tərəfə mövqeləri izah etməyə çalışacaq”, — deyə o bildirib.

21