Vladimir İliç Lenin 1918-ci ildə

Amerikalılar Leninin dahiliyinin sirrini tapıblar

4962
(Yenilənib 11:34 14.09.2016)
Nadir genetik xəstəlikdən əziyyət çəkən Leninin beyni tədricən qurusa da bu həm də onun dahiliyinə gətirib çıxarıbmış.

Amerikalılar Leninin dahiliyinin sirrini tapıblar
Sən demə, Vladimir Lenin nadir genetik xəstəlikdən əziyyət çəkirdi. Bu xəstəlik onun beyin damarlarını “daşlaşdırmışdı”. Belə bir nəticəyə Kaliforniyanın Sakramento Universitetinin təqdiqatçıları gəliblər.

Məlumdur ki, dünya proletariatının lideri 10 ay iflic qaldıqdan sonra 53 yaşında dünyasını dəyişib. Onun xəstəliyi və erkən ölümü isə dünyada böyük marağa səbəb olub. Bir qrup Amerika nevroloqlarına görə, həyatının son günlərində Leninin beyin damarları tamamilə daşlaşmışdı. Buna NT5E geninin mutasiyası səbəb olub. Həkimlər hesab edir ki, bu qeyri-adi xəstəlik ona atasından keçə bilərdi, çünki atası da 53 yaşında dünyasını dəyişib.

“Vladimir İliçin xəstəliyinin əsas səbəbini qan damarları divarlarının bərkiməsində — aterosklerozda görürdülər. Yarılma da bunun əsas ölüm səbəbi olduğunu təsdiqlədi. Əsas “daxili yuxu arteriyası” kəlləyə giriş hissəsində o qədər bərkimişdir ki, kəsilmə zamanı da onun divarları dağılmırdı. Bəzi yerlərdə isə o, əhənglə dolub sümüyə çevrilmişdir. Belə beyin damarları ilə yaşamaq olmaz”, — deyə səhiyyə komissarı Nikolay Semaşko öz hesabatında qeyd edib.

Heç kimə sirr deyil ki, Leninin ölümündən sonra hakimiyyət liderin beyninin öyrənilməsinə xüsusi diqqət yetirib. Beyindəki boz maddə çıxarılaraq hərtərəfli tədqiq olunub. Keçirilən tədqiqatlar onun sahibinin dahilik sirrini açmalı idi. Belə bir incə və məsuliyyətli iş üçün məhşur alman neyrobioloqu Oskar Foqt Moskvaya dəvət olunur.

Bunu etmək çox çətin idi. Rəssam Yuri Annekovun sözlərinə görə, beynin yarısı yaxşı vəziyyətdə qalmışdı, digər yarası isə büzülmüş və əzik idi. Lakin Foqt bunu bacardı. İki il ərzində beyindəki boz maddə alman dəqiqliyi ilə qalınlığı 20 mikromert (0,02 millimetr) olmaqla 30 953 hissəyə bölündü. Onlar digər dahilərin beyinlərinin tədqiq olunduğu Moskvadakı Beyin Araşdırmaları İnstitutunda araşdırılıb. Leninin beynindəki boz maddənin müqayisəli təhlilini edərkən Foqt onun strukturundakı “açıq fərq” haqda bildirirdi. Onun sözlərinə görə, İliçin beyin qabığının üçüncü qatında qeyri-adi inkişaf etmiş piramidal hüceyrələr var.

30-cu illərdə Oskar Foqt Berlinə qayıdır. Sovet alimləri isə gizli tədqiqatlara davam edirdilər. Lakin bu araşdırmalar heç bir yerdə dərc olunmadı. Müasir elmə görə, beyin strukturu özündə dahilik və ya hər hansı digər qabiliyyətin olduğu haqda heç bir məlumat bildirmir. Lakin Lenində Amerika alimlərinin bəyan etdiyi nadir genetik xəstəlik həqiqətən də vardı. Belə bir fikir var ki, bu xəstəlik onun ölümündən başqa, dahiliyinə də səbəb olub.

Neyrofizioloq Natalya Bexterevanın sözlərinə görə, alimlər dəfələrlə dahilik fenomenini anlamağa çalışıblar. “Lakin dahinin adi insandan fərqi hələ də tapılmayıb. Mən hesab edirəm ki, bu, beyinin xüsusi biokimyasıdır. Məsələn, Puşkin üçün qafiyə ilə düşünmək təbii idi. Bu “anomaliya”, çox güman ki, nəsilliklə keçmir. Deyirlər ki, dahilik və dəlilik oxşardır. Dəlilik də beyinin xüsusi biokimyasının nəticəsidir. Bu fenomenin öyrənilməsi, çox güman ki, genetika sahəsində baş verəcək”, — deyə o bildirib.

4962