Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı valideynlərin qayğılı günləri başlayıb

© Sputnik / Igor Ageyenko / Mediabanka keçidRusiyada ilk dərs günü
Rusiyada ilk dərs günü - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin altı şəhərində məktəb ləvazimatlarının qiymətləri ilə bağlı araşdırma aparılıb və qəribə nəticələr alınıb

BAKI, 2 sen — Sputnik. Sentyabrın 1-də Rusiyada orta məktəblər üçün yay tətili bitib. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər yeni tədris ilindəki ilk sıraya tələsdilər. Lakin məktəb xərcləri ailə büdcəsinə ciddi təsir göstərə bilər. Sputnik xəbər verir ki, RİA Novosti altı şəhər sırasında ənənəvi məktəb dəstinin ən baha satıldığı yeri hesablayıb.

Kalininqrad

Məktəbli ləvazimatları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəb ləvazimatlarının qiymətləri "əl yandırır"

Kalininqrad standart 12 səhifəlik dəftərin ən baha satıldığı yerlərdən biridir. Burada bir dəftəri 15 rubla almaq olar. Müqayisə üçün qeyd edək ki, Moskvada belə dəftəri 10 rubl və bundan daha az məbləğə almaq olar. Məktəbli formalarının qiyməti beş min rubldan başlayır, çantalar isə — 3500 rubldan. Şəhərdə dəftərxana ləvazimatlarının qıyməti 30 rubldan, gül dəstələrinin qiyməti isə 500 rubldan başlayır. Ümumiyyətlə, Kalininqrad şagirdləri üçün minimal xərc 9180 rubl təşkil edib.

Moskva

Ən bahalı şəhərlər siyahısının ikinci yerində Moskva qərarlaşıb. Məktəbli çantasının qiyməti burada 800 rubldan, dəftərlər 10 rubldan, məktəbli forması dörd min rubldan, dəftərxana ləvazimatları isə 38 rubldan başlayır. Gül dəstələrinin qiyməti isə paytaxtda ənənəvi olaraq yüksək qalıb. Ən ucuz gül dəstəsi 1500 rubla satılır.

Mariya — Moskva sakini: "Mənim oğlum bu il birinci sinifə gedəcək. Mən artıq bir ildir onu məktəbə hazırlaşdırıram. Tənha ana kimi mən qiymətləri elə hesablamalı idim ki, 50 min rubl dəyərində pulu birdən-birə xərcləməli olmayım. Mən bilirdim ki, buna KİV-lərdə deyildiyi kimi beş min rubl bəs etməyəcək. Mən hər şeyi minimal qiymətlərlə aldım. Məktəbli və idman formasına 10 min rubl, dəftərxana ləvazimatlarına isə iki min rubl pul vermişəm. Güllərə min rubla yaxın pul xərcləməyi nəzərdə tutmuşam. Çantaların qiyməti beş min rubla yaxın olsa belə, mən onu iki minə aldım. Hələ üç min rubl da kitab və iş dəftərlərinə lazım olacaq. Sinifin ehtiyaclarına biz beş min rubl xərclədik, fotoqraf və operatora üç min vermək təklifinə isə razı olmadıq".

Yekaterinburq

Yekaterinburqdakı qiymətlər orta qiymətlərdən yuxarıdır: güllər — min rubl, çantalar — 700, məktəbli forması — 3200, dəftərlər isə — 9 rubldan başlayır. Dəftərxana ləvazimatlarının (qələm, karandaş, pozan) qiyməti isə 95 rubldan başladığına görə digər şəhərlərdən daha bahadır.

Vladivostok

Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tələbələr və valideynləri təlaşda

Vladivostokda tam məktəbli formasını 4000 rubla almaq olar. Çantaların, dəftərxana ləvazimatlarının və dəftərlərin qiyməti Moskva və Kalininqraddakı qiymətlərdən çox da fərqlənmir. Lakin gül dəstəsinin qiyməti burada daha ucuzdur — 450 rubl.

Kazan

Tatarıstanın paytaxtı Kazanda güllərin qiyməti 900, çantaların qiyməti isə 700 rubldan başlayır. Dəftərxana ləvazimatları və dəftərlərin qiymətləri müvafiq olaraq 50 və 40 rubl təşkil edir. Məktəbli formasının qiyməti isə burada daha münasibdir. Onları 2300 rubldan başlayan qiymətlərlə almaq olar.

Artyom — Kazan sakini: "Mənim qızım 3-cü sinifə gedir, lakin biz nə qədər xərc çəkəcəyimizi hesablamamışdıq. Məktəbə tədricən hazırlaşırdıq, xərcləri isə qeyd etmirdik. Fikrimcə, buna 20 min və daha artıq pul gedib. Çantaya 1500 rubl, formaya isə 4000 rubl pul vermişik. Bundan başqa, biz müəllimlərə gül və konfetlər almaq istəyirik".

Krasnoyarsk

Ən aşağı qiymətlər isə Krasnoyarskdadır. Məktəbli formasını burada 2000 rubla, çantanı isə 500 rubla almaq olar. Valideynlər gül alarkən də müflis olmurlar. Burada gül dəstəsini 500 rubla almaq olar. Dəftərlərin qiyməti altı rubl, digər dəftərxana ləvazimatların qiyməti isə 39 rubldan başlayır.

Xəbər lenti
0