SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Niderland da Avropa Birliyindən çıxmağa hazırlaşır

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidAmsterdam
Amsterdam - Sputnik Azərbaycan
Abunə olmaq
Sağ təmayüllü "Azadlıq uğrunda" partiya Brexit kimi Avropa Birliyindən çıxmaq haqqında qanun layihəsi hazırlayıb.

Niderland da Avropa Birliyindən çıxmağa hazırlaşır
BAKI, 29 avq-Sputnik. Artıq Niderland da Britaniyanın yolu ilə gedərək Avropa Birliyindən çıxmaq üçün eyniylə Brexit kimi referendum keçirməyə hazırlaşır. Ekspert Konstantin Voronov Sputnik radiosunun efirində deyib ki, artıq Avropada inteqrasiya layihəsinə yenidən baxmağın vaxtı çatıb.

Niderlanda sağ təmayüllü "Azadlıq uğrunda" partiya Brexit kimi AB-dən çıxmaq haqqında qanun layihəsi hazırlayıb. Partiyanın lideri Gert Vildersin sözlərinə görə, bunun ardınca ölkəsi Moskvayla əlaqələri bərpa edə və sanksiyaları götürə bilər.

"Brüssel bizə kiminlə siyasi və iqtisadi əlaqələr qurmağı diqtə edə bilməz. Rusiya ilə əlaqələrin bərpası bu ölkə ilə ənənəvi ticarət əlaqələri olan Niderland üçün prioritet məsələdir", — Vilders bu fikirləri "İzvestiya" qəzetinə açıqlamasında deyib.

Siyəsətçi hesab edir ki, Britaniyadakı kimi birlikdə çıxmağı qarşıya məqsəd qoymuş Brexit yaxın vaxtlarda, yəni gələn ilin mart ayında baş tutacaq parlament seçkilərinə qədər reallaşmalıdır. Vildersin qənaəti belədir ki. Brüssel həmişə yalnız öz maraqlarından çıxış edir və başqalarının fikirlərini eşitməzdən gəlir. O, Avropa Birliyini başqalarının ərazilərini işğal edən "monstr" adlandıraraq deyib ki, birlik demokratiya və identikliyi, sosial sistemi darmadağın edib.

Avropada regional problemlər və konfliktlər üzrə ekspert Konstantin Voronov Sputnik-in efirində bildirib ki, "Azadlıq uğrunda" partiya reytinqinə görə ölkənin üçüncü siyasi gücü hesab olunur və artan seçici dəstəyindən istifadə edir.

"Referendum keçirilməsinə nail olmaq bu partiyanın onu cəlbedici edən ideyasını həyata keçirməsindən asılıdır. Brexit-dən sonra belə bir sual gündəmə gəlib: bu ayrıca götürülmüş ölkədə baş verən hadisədir, yoxsa, domino effekti verərək bütün Avropa Birliyini əhatə edə biləcək yeni tendensiyadır. Niderlandlılar bir qayda olaraq Avropada mərkəzdənqaçma ideyasının əsas hərəkətverici qüvvəsi olublar", — deyə Konstantin Voronov bildirib.

Onun sözlərinə görə, niderlandlılar artıq belə bir qənaətə gəliblər ki, AB yerində sayır.

"Görünən odur ki, holland elektoratı belə formalı inteqrasiya qane etmir, daha doğrusu bu proses onlar üçün əlavə yükə çevrilib. Britaniyadakı referendumdan sonra Avropada inteqrasiya layihələrinə yenidən baxılmağa başlayıb. Baxmayaraq ki, Niderland Avropa Birliyinin yaradılmasında iştirak etmiş mühüm tərəflərdən biridir, amma onlar bu prosesin özünü doğrultmadığı qənaətinə gəliblər, — deyə ekspert bildirib.

Ekspertin fikrincə, Brüsselin proseslərə münasibəti mərkəzdənqaçma prosesinin daha da sürətlənməsi ilə nəticələnə bilər.

"Bu, digər tərəfdən müəllifi Angela Merkel olan miqrantlar üçün açıq qapı siyasətinin böhranından da irəli gələ bilər. Eyni zamanda AB-nin inteqrasiya institutlarının işinin özünü doğrultmaması da əsas amillərdən biri kimi nəzərdən keçirilə bilər. Bu amillər sırasına avrozonanı sarmış böhranı da əlavə edə bilərik. Belə olan halda beynəlxalq əmək bölgüsündə konkret çəkisi olan ölkələr hiss edirlər ki, onlar hər hansı inteqrasiya dəstəyi olmadan da ötüşə bilərlər. Məhsul, xidmət, kapital və insanların sərbəst hərəkətini nəzərdə tutan "dörd qat azadlıq" problemini isə elə Avropa iqtisadi məkanı çərçivəsində həll etmək mümkündür. Amma xarici siyasət məsələsində ortaq məxrəcdən çıxış etmək artıq öz effektini vermir", — deyə Konstantin Voronov bildirib.

Xəbər lenti
0