Sığorta

50 manat cərimə verməkdənsə, avtomobili sığortalamaq yaxşıdır

68
(Yenilənib 10:43 11.08.2016)
Azərbaycanın sığorta bazarı böyüyür.

Azərbaycanın sığorta bazarı böyüyür
BAKI, 10 avq-Sputnik. Azərbaycanın sığorta bazarı böyüyür. Bu ilin yanvar-iyun ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 mln. manat sığorta haqqı hesablanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,950 mln. manat və ya 17,7% çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 101,4 mln. manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1 % çoxdur.
İqtisadçı-ekspert Pərviz Heydərov "Sputnik"ə açıqlamasında bildirib ki, bu artım əsasən icbari xarakterli sığorta ödənişləri ilə bağlıdır:

"Məcburi xarakterli sığorta ödənişlərilin artması mümkündür, amma bütövlükdə sığorta bazarındakı vəziyyət gərgindir. Sığorta bazarı maliyyə bazarının bir hissəsi olduğuna görə, maliyyə bazarındakı mövcud vəziyyətlə bağlı sığorta sahəsindəki vəziyyət də heç cür qənaətbəxş sayıla bilməz. Bu artım əsasən icbari xarakterli sığorta ödənişləri ilə bağlıdır. Ümumi sığorta bazarının inkişafı isə könüllü sığorta ödənişlərinin hesabına baş verməlidir".

Ekspertin sözlərinə görə, bizdə sığorta mexanizmi ilkin olaraq avtomobil sahəsində geniş tətbiq olunmağa başlayıb, inkişaf etmiş ölkələrdə isə sığorta anlayışı daha genişdir. "Mənzil bazarında, daşınmaz əmlak sahəsində və digər istiqamətlərdə bizdə sığorta məhvumu demək olar ki yox dərəcəsindədir", — deyə o bildirib.

Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15,54%, ödənişlər isə 4,93% artaraq, müvafiq olaraq 177, 1 və 75,1 mln. manat təşkil edib. İcbari sığorta ödənişləri isə 28 % artıb. İcbari sığorta bazarının 80,3 %-i icbari qeyri-həyat sığortasının, qalan hissəsi (19,7%) isə icbari həyat sığortasının payına düşüb. Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5% azalıb.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, sığorta bazarının böyüməsi yeni qərarlarla əlaqəlidir: "Məcburi sığortaların sayı artıb, onlarda müəyyən dəyişikliklər edilib. Amma biznes sığortalarındakı canlanma çox aşağı səviyyədədir. Yəni bu artım biznes sığortalarını hələ tam əhatə edə bilməyib".

İcbari sığorta bazarının böyük hissəsini təşkil edən avtomobillərin sığortası da 18,9% artıb. Ekspertlər hesab edirlər ki, vəziyyətə avtomobillərin icbari sığortası ilə bağlı nəzarət mexanizminin gücləndirilməsi təsir edib. Yəni sürücülər artıq düşünür ki, 50 manatı cəriməyə verməkdənsə, avtomobili sığortalamaq daha sərfəlidir.

Bəzi icbari sığorta növlərində isə azalma müşahidə edilir. Bu ilin birinci yarısında evlərini və əmlaklarını sığortalayanların sayı 7,8 % azalıb. Ötən ilin birinci yarısı ilə müqayisədə bu növdə sığorta yığımları 20,5 % azalıb. Hazırda ölkə üzrə iki milyondan çox yaşayış evləri var, lakin onların cəmi 0,6 %-i icbari qaydada sığortalanıb.

Natiq Cəfərlinin sözlərinə görə, bunun səbəbi insanların hələ oxşar mexanizmə öyrəşməməsi ilə bağlıdır. "Digər ölkələrdə evlərin sığortası əhalinin öz marağı çərçivəsində edilir, bizdə isə bunu qanundan və cərimələrdən çəkinərək edirlər. İnsanlar hələ bu mexanizmə tam öyrəşməyib yada onlara inanmır. Bu səbəbdən də müəyyən problemlər yaşanır", — deyə o bildirib.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə isə, bu məsələdə sığorta şirkətlərinin də səhvləri var: "Sığorta şirkətlərinin özləri də bir çox hallarda mənzil sahiblərini aldadaraq sığorta məbləğini ödəmirlər, yada onu qismən ödəyirlər. Ona görə vətəndaşlar da günahı sığorta şirkətlərində görüb əmlaklarını sığortalamaqdan imtina edirlər. İnsanların yaşayış səviyyəsi o qədər yüksək deyil ki, onlar mənzilləri sığortalamağa əlavə vəsait ayırsınlar. Həmin vəsaiti onlar qənaət edərək daha ehtiyaclı sahələrə yönəltməyə üstünlük verirlər".

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası "kupça"sız mümkün deyil. Məlumdur ki, Azərbaycanda evlərin 70-80 %-nin, tək Bakı üzrə isə 500 min mənzilin tələb olunan bu sənədi yoxdur. Bu da digər səbəblərlə yanaşı daşınmaz əmlakın icbari sığortasının inkişafına mane olur.

68
Teqlər:
İqtisadçı-ekspert Pərviz Heydərov, sığorta, İqtisadçı-ekspert Natiq Cəfərli, Maliyyə Bazarlarına Nəzarət Palatası, avtomobil
Əlaqədar
Azərbaycanda 1 ayda avtomobillərin sığorta haqqı 8 milyon manat olub
İŞİD-in haker qrupu "Rəvan Sığorta"nın saytını dağıdıb
Şəhid ailəsinə veriləcək puldan imtina edən sığorta şirkəti
"Vətəndaşları ən çox sığorta sektoru narahat edir"
Artıq sığorta məlumatlarımızı ələ keçirə bilməyəcəklər
Vüsal Qasımlı

Vüsal Qasımlı post-konflikt quruculuğunun prioritetlərini açıqlayır

10
(Yenilənib 10:17 27.11.2020)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyir ki, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır
Vüsal Qasımlı: “Azad edilmiş ərazilərə sərmayə qoyuluşu ÜDM-in artımını sürətləndirəcək”

“Post-konflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcəkdir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Post-konflikt quruculuğunun əsas istiqamətləri barədə suallara cavab verərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

“Post-konflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcəkdir. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcəkdir. Dünya təcrübəsində post-konflikt dövründə büdcə resurslarının səfərbər olunması və yenidən prioritetləşdirilməsi müşahidə edilir. Azərbaycanda mövcud şəraitdə bu modeldən istifadə etmək daha məqsədəuyğun ola bilər.  Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcəkdir” – deyə o bildirib.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Siqaret, arxiv şəkli

DİN rəsmisi siqaret çəkməyin qadağan olunduğu məkanları açıqlayır

80
(Yenilənib 14:11 26.11.2020)
Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyir ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır
Elşad Hacıyev: “Bu yerlərdə tütün məmulatlarının istifadəsi qadağandır”

“Tütün məmulatlarının ictimai yerlərdə istifadəsi ilə bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun var. Həmin qanunda harada siqaretdən istifadə oluna biləcəyi göstərilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev deyib.

“Qanuna istinadən bildirirəm ki, əhalinin və hərəkət intensivliyinin çox olduğu yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırılır. Pandemiya şəraitində nəzərə alınmalıdır ki, açıq hava məkanlarında – bankomatların qarşısında, dayanacaqlarda, yeraltı və yerüstü keçidlər kimi koronavirus riski daşıyan yerlərdə, harada ki sosial məsafə gözlənilməlidir orada, tütün məmulatlarının istifadəsi qadağandır”, – deyə E.Hacıyev bildirib.

Elşad Hacıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

80
Teqlər:
risk, Koronavirus, epidemiya, COVID-19, icazə, məkan, cərimə, Elşad Hacıyev, qadağa, siqaret çəkmək, tütün məmulatları, siqaret
İran bayrağı, arxiv şəkli

İranlı diplomat Avropada məhkəmə qarşısına çıxarılacaq

0
(Yenilənib 13:06 27.11.2020)
İranın Vyanadakı Səfirliyinin müşaviri Əsədullah Əsədi Parisdə keçirilən mitinqə bombalı hücum planlaşdırmaqda ittiham olunur.

BAKI, 27 noyabr — Sputnik. Belçikanın Antverpen şəhər məhkəməsi 2018-ci ildə Fransada bir müxalifət qrupunun mitinqində bomba partlayışı planlaşdırmaqda günahlandırılan iranlı diplomat və onun üç həmvətənini mühakimə edəcək. Sputnik Azərbaycan-ın korrespondent.net saytına istinadən yaydığı məlumata görə, bu, Avropa Şurasına üzv ölkələrdən birində İranın dövlət nümayəndəsinin terrorizmdə günahlandırılaraq məhkəmə qarşısına çıxarıldığı ilk hadisədir.

Belçika prokurorluğu İran diplomatı Əsədullah Əsədini və digər üç nəfəri Parisdə İran Milli Müqavimət Şurasının (NCRI) mitinqinə hücum planlaşdırmaqda günahlandırır. Qeyd edək ki, sözügedən mitinqdə ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culianı də çıxış etmişdi. Həmin vaxt Əsədi İranın Vynadakı səfirliyində üçüncü müşavir vəzifəsini tutub. Fransa rəsmiləri onun Cənubi Avropadakı kəşfiyyatdan məsul olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini bildirirlər.

Öz növbəsində, Tehran dəfələrlə ittihamları rədd edərək, terror qrupu hesab etdiyi NCRI-nin bu cür iddiaları əlində "yalançı bayraq" etdiyini bildirib. Əsədi ittihamlarla bağlı açıqlama verməsə də, onun vəkili diplomatın məhkəmə qarşısına çıxacağını təsdiqləyib.

Polis sənədləri göstərir ki, Əsədi mart ayında hakimiyyət orqanlarını günahkar bilinəcəyi təqdirdə müəyyən qruplar tərəfindən cavab tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdar edib.

Səlahiyyətli orqanlar hücumun qarşısının Fransa, Almaniya və Belçika təhlükəsizlik qüvvələri arasında koordinasiyalı əməliyyatla alındığını bildiriblər. Əsədi Almaniyada istirahət edərəkən tutulub və Belçikaya təhvil verilib. Bu ölkədə onun cinayəti birgə törətməyi planlaşdırdığı iddia olun iki əlaltısı da həbs olunub. Həmin şəxlərdən yarım kilo partlayıcı maddəsi və bir partlayıcı qurğu götürülüb. Belçika səlahiyyətliləri Əsədinin partlayıcı maddələri Tehrandan Vyanaya ticarət reysi ilə gətirdiyini güman edir.

Artıq Fransa sui-qəsdin arxasında İran Kəşfiyyat Nazirliyinin olduğunu iddia edərək bir İran diplomatını ölkədən uzaqlaşdırıb. Avropa Şurası isə İran kəşfiyyatının və rəsmi şəxslərin əmlakını dondurub.

Xatırladaq ki, bir qədər bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron müsəlman liderlərinə ultimatum vermişdi. Makron onların 15 gün ərzində "respublika dəyərləri xartiyası"nı qəbul etmələrini istəyir.

Avstriyada da radikal islamçılara qarşı xüsusi əməliyyatın keçirildiyi barədə də məlumat verilmişdi. Qeyd olunurdu ki, polis artıq terrorçuları dəstəkləməkdə şübhəli bilinən 70 şəxsin və bir neçə təşkilatın izinə düşüb.

0
Teqlər:
diplomat, İran, Avropa, məhkəmə