qaz boru kəməri

İran qazı regiona dünyaya vəd edir?

39
(Yenilənib 16:40 28.11.2016)
Sanksiyaların götürülməsindən sonra İranın Türkiyə və Azərbaycanın infrastrukturundan yararlanaraq dünya bazarlarına qaz nəql etməsi diqqət mərkəzindədir.

İran qazı regiona və dünyaya nə vəd edir?
BAKI, 4 avq-Sputnik. İran üzərindən sanksiyaların götürülməsi ilə dünya bazarındakı əvvəlki mövqelərinə qayıdacağı gözlənilən idi. Tehran tək əvvəlki mövqelərini bərpa etməklə kifayətlənməyib region ölkələrini əhatə edən daha miqyaslı oyunçu kimi özünü göstərir. Bu yaxınlarda "Iran Daily" nəşrinə müsahibəsində İranın Milli Qaz Şirkətinin (NİGC) xarici əlaqələr üzrə direktoru Əzizolla Ramezani ölkəsinin bu niyyətini gizlətməyib də. Onun sözlərinə görə, yeni bağlanmış beynəlxalq müqavilələr sayəsində yaxın vaxtda İranın ixrac etdiyi təbii qazın həcmi 40 mlrd. kubmetrə çatacaq.

"Regionun qaza olan illik tələbatı 50 mlrd. kubmetr səviyyəsindədir. Bunu nəzərə alaraq deyə bilərik ki, biz başqa ölkələrə, xüsusilə Avropa ölkələrinə ildə 30 mlrd. kubmetrədək qaz sata bilərik. Regionun 10-a yaxın ölkəsinin İran qazına ehtiyacı var. Hazırda Çin və Hindistana qaz ixracı məsələsi də gündəmdədir. Bundan başqa, bizim Cənubi Koreya və Yaponiyaya sıxılmış qaz satmaq imkanımız var", — deyə məmur qeyd edib.

Nəzərə almaq lazımdır ki, İranın Avropaya qaz ixracı üçün Türkiyə strateji əhəmiyyətə malikdir. Bununla yanaşı İran neft və qazını Avropa bazarlarına ixrac etmək üçün Azərbaycanın infrastrukturundan istifadə edə bilər. 

İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, İranla Qərbin münasibətlərinin yaxşılaşdırılması eyni zamanda İranın enerji resurslarının Avropa və dünya bazarına çıxış imkanlarının artırılması deməkdir. Sözsüz ki, İranın enerji resurslarının Avropa bazarlarına çıxarılmasında Azərbaycan tranzit ölkə olaraq kifayət qədər həlledici rola və mövqeyə malikdir:

"Hazırda Azərbaycan TANAP və TAP kəmərinin reallaşdırılması ilə bağlı kifayət qədər ciddi təşəbbüs ortaya qoyub. Bu təşəbbüsün reallaşdırılması yalnız Azərbaycanın deyil, eyni zamanda regionunun mavi qazının Avropa bazarına çıxarılmasını təmin edəcək".

Onun sözlərinə görə, TAP-ın ötürmə qabiliyyətinin illik 60 milyard kubmetr olacağını nəzərə alsaq, İranın TAP lahiyəsinə qoşulma ehtimalı kifayət qədər yüksəkdir. 
Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, İran İslam Respublikası sanksiyanı ləğv etdikdən dərhal sonra gündəlik neft hasilatını 500 min barel artırmaq niyyətindədir. OPEK-in münasibətinə gəlincə isə İran rəsmiləri bunu nəzərə almaq niyyətində deyillər. İranın neft naziri Bijan Namdar Zanqane bildirib:

"Bizə neft ixracı üçün heç kəsdən icazə almaq lazım deyil, bizim məhsullar onsuz da bazara daxil olacaq".

Amma OPEK-in neft hasilatını azaltmamaqda israrlı olması, Rusiyanın da belə mövqeyi bölüşməsi yaxın perspektivdə İran neftinin bazarda özünə yer tuta biləcəyini şübhə altına salır. Bunun üzərinə Səudiyyə Ərəbistanı ilə əbədi rəqabəti də gələrək, Suriya böhranının hələ çözülməməsini də nəzərə alsaq, prosesin hardasa dalana dirəndiyi qənaətinə də gəlmək mümkündür. 
Xatırladaq ki, nüvə proqramına dair "altılıq" ölkələri ilə razılaşmadan sonra İrana qarşı uzun müddətdir davam edən beynəlxalq sanksiyalar götürülüb.

39
Teqlər:
TANAP, TAP, qaz, İran, Səudiyyə Ərəbistanı, Hindistan, Çin, Rusiya
Политолог Фикрет Садыхов на заседании Клуба политологов

Politoloq: “Baydenin hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”

11
(Yenilənib 00:30 25.11.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatların Avropa münasibətlərini qırılmış hesab etmək doğru olmaz
Fikrət Sadıxov: “ABŞ bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Tramp prezident olduğu müddətdə ABŞ Avropa münasibətlərini müəyyən dərəcədə gərginləşdirdi: “Avropa Birliyi dünya siyasi məkanında öz siyasi ambisiyalarını həmişə yüksək tutub. ABŞ isə dominant davranışları ilə bütün məsələlərin onun razılığı ilə reallaşdırılmalı olduğunu göstərirdi. Amma ümumilikdə bu münasibətləri qırılmış hesab etmək doğru olmaz. Çünki Trampın prezidentliyi dönəmində tərəflər arasında görüşlər keçirilirdi. Düşünürəm ki, Bayden hakimiyyəti dövründə Avropa ilə münasibətlər yumşalacaq”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ABŞ Administrasiyasının Ümumi İşlər üzrə İdarəsinin rəhbəri Emili Merfiyə, həmçinin öz administrasiyasının üzvlərinə növbəti administrasiyaya səlahiyyətlərin təhvil verilməsi üzrə ilkin prosedurlarlarla bağlı "zəruri olan işləri görməyi" tövsiyə edib.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Teqlər:
Fikrət Sadıxov, Co Bayden, Avropa Komissiyası, Avropa Şurası, Avropa, ABŞ

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

82
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

82
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

0
(Yenilənib 19:06 25.11.2020)
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

0
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı