Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Denverdə, Kolorado ştatı. 29 iyul 2016-cı il

ABŞ-da prezident seçkilərində Rusiya izi

90
(Yenilənib 11:29 02.08.2016)
Hilları Klinton Donald Trampı Putini dəstəkləməkdə və bununla da ölkənin milli təhlükəsizliyinə problem yaratmaqda ittiham edib.

BAKI, 1 avq-Sputnik. Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, Krımda yaşayan insanlar Rusiyanın tərkibində qalmaq istəyir və problemin həlli zamanı bunu nəzərə almaq lazımdır.

O, ABC telekanalına müsahibəsində deyib ki, prezident seçiləcəyi təqdirdə Krımın Rusiyanın tərkibində qalması və sanksiyaların götürülməsi məsələsinə yenidən baxacaq. "Mən bildiyim qədəri ilə Krım əhalisi əvvəl olduqları yerdə deyil, Rusiya ilə olmaq istəyirlər. Bu faktı nəzərə almaq lazımdır", — deyə prezidentliyə namizəd bildirib.

Ukraynaya gəldikdə isə o, hesab edir ki, orada "qarışılıqlıqdır". "NATO ilə güclü əlaqələrin olmasına baxmayaraq Ukraynada qarışıqlıq höküm sürür və Krımı aldılar. Bu məsələdə Donald Tramp günahkar deyil", — deyə milyarder bəyan edib. 

Onun sözlərinə görə, Rusiya ilə yaxşı münasibətlər İŞİD problemindən birdəfəlik xilas olmağa imkan verəcək.

"Əgər bizim Rusiya ilə yaxşı münasibətlərimiz olsa, Rusiya bizə İŞİD problemindən xilas olmağa kömək eləsə, onu da deyim ki, bunun üçün böyük məbləğdə pul və canlı qüvvə lazımdı, bu, yalnız pozitiv bir amil ola bilər", — deyə Tramp bildirib.

Amerika Dövlət Departamentində isə namizədin bu fikirlərini seçkiqabağı ritorika kimi qiymətləndiriblər. Moskvada da hesab edirlər ki, hər hansı namizədin fikirlərini əsas götürmək olmaz və bu yanaşma rusiyalı rəsmilərin Trampa münasibətini dəyişmir.

Amerika prezident seçkiləri kampaniyasının digər təmsilçisi demokratlar partiyasının namizədi Hillari Klinton isə kəskin anti-Rusiya mövqeyi ilə seçilir. İyulun 31-də namizəd Rusiya kəşfiyyatını partiyasının serverini dağıtmaqda ittiham edib.

"Biz bilirik ki, kəşfiyyat xidməti Demokratlar partiyasının milli komitəsinin serverini sındırıb və elektron yazışmaların dərcini təşkil ediblər, biz bilirik ki, Donald Tramp anlaşılmaz formada Putini dəstəkləyir", — deyə Klinton Fox News-un efirində bildirib. Onun sözlərinə görə, söhbət seçki kampaniyasına təsir göstərməkdən gedir.

Rusiya Trampın prezident seçilməsinə nail ola bilərmi, sualının cavabında Klinton bildirib ki, belə nəticəyə gəlməyə tələsmək lazım deyil. "Əgər Rusiyanın bizim prezident seçklərimizə, bizim demoktratiyaya müdaxilə faktı öz təsdiqini taparsa, bu münasibətlərə ciddi təsir göstərəcək", — deyə o, bildirib.

Klintonun fikrincə, Tramp Putini həvəsləndirir və tərifləyir. Seçki kampaniyası zamanı belə davranış milli təhlükəsizlik problemini qabardır.

Wikileaks saytına Demokratlar partiyasının sındırlmış serverindən 19 min məktub daxil olub və bu məktublardan aydın olub ki, partiyanın bütün aparatı Berni Sandersin əleyihə praymerizlərdə Klintonu dəstəkləmək üçün fəaliyyət göstərib. Klintonun seçki qərərgahı dərhal bəyanat verib ki, bu işdə Rusiyanın əli var və məqsəd Trampın prezident seçilməsinə nail olmaqdır. 

Öz növbəsində Moskva onun ünvanına deyilən iradları rədd edib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bütün bunları "absurd" adlandırıb.

Ekssentrik siyasətçi kimi tanınan Tramp onu da açıq şəkildə deyib ki, Amerikanın bu vəziyyətə düşməsinin əsas günahkarları indiki prezident Barak Obama və demokratların namizədi Hillari Klintondur. O, əmin edib ki, onların yaratdıqları problemləri birdəfəlik həll edəcək.

Hillari Klinton öz növbəsində bir qayda olaraq rəqibinin çıxışlarını tənqid edir, xüsusən onun xarici siyasət barədə dediklərini "təhlükəli" adlandırır.

ABŞ-da prezident seçkiləri bu ilin noyabrın 8-də baş tutacaq. Trampa qarşı Demokratlar partiyasından Hillari Klinton mübarizə aparır.

90
Teqlər:
Hillari Klinton, Berni Sanders, Donald Tramp, Dmitri Peskov, Hillary Clinton, Donald Trump, NATO, Krım, Vladimir Putin, Rusiya, ABŞ, İŞİD
Əlaqədar
Donald Tramp Vladimir Putinin fikirlərini dəstəkləyib
Donald Tramp qalib gəldi
Donald Tramp praymerizdə Ted Kruzu darmadağın etdi
Tramp növbəti qələbəsini qazanaraq respublikaçıların favoriti imicini möhkəmlədib