Города мира. Рига

Latviyada rus dilinə birdəfəlik qadağa

79
(Yenilənib 15:10 02.06.2016)
Bu ölkəbə sentyabrın 1-dən nəinki rus dilindən ünsiyyət vasitəsi kimi istifadə olunmayacaq, hətta uşaqlara rus adlarının qoyulması belə qadağan ediləcək

Latviyada rus dilinə birdəfəlik qadağa
Latviyada uşaqlara ancaq latış adları qoyula bilər, hökümət sentyabrın 1-dən bununla bağlı müvafiq qanun layihəsinə baxmağa hazırlaşır. Sputnik agentliuyi xəbər verir ki, qanunnda ad, soyad və millyyətin yazılışı ilə bağlı düzəlişlərin edilməsni nəzərdə tutulub. Latış dilində tələfüzü çətin olan və bu adı daşıyan şəxsin cəmiyyətə inteqrasiyasına əngəl törədən adları dövlət qeydiyyata almaqdan imtina edəcək. 

Hazırda Latviyada qadın və ya kişi cinsindən olmasına baxmayaraq bütün adların axırına (-s) hərfi qeyd olunur, belə ki məsələn, Miron adı Mirons kimi, Ruslan adı Ruslans kimi yazılmalıdır. Qanuna dəyişiklikdən sonra isə latış dilinin qramatikasına uyğun gəlməyən adlardan birdəfəlik imtina olunacaq. 

Ədliyyə Nazirliyi hesab edir ki, bu addım ölkənin “demokratik quruluşunu” müdafiə etməklə yanaşı “Latviyanın digər sakinlərinin öz ana dillərində sərbəst danışmaq" hüquqlarını genişləndirəcək. 

Qanunu layihəsinə martın 24-də nazirlik rəhbərlərinin iclasında baxılıb və hazırda digər müvafiq qurumlardan razılıq almaq mərhələsindədir. Sentyabrın 1-nə kimi o, Latviya Nazirlər Kabinetinin müzakirəsinə təqdim olunacaq. 

“Bizim adlarımızı qaytarın!” hüquq-müdafiə təşkilatının sədri, Riqa Dövlət Dumasının deputatı Ruslan Pankratov “RİA-Novosti”yə deyib ki, yeni qaydalar beynəlxalq hüquq normaları ilə ziddiyyt təşkil edir. Onunu sözlərinə görə, yeni qanun Mülki və Siyasi hüquqular haqqında Beynəlxalq paktın pozulmasıdır. Onu da xatırlatmaq lazımdır ki, BMT-nini İnsan Hüquqları Komitəsi hələ 2010-cu ildə Latviyanı qeyri latış ad və soyadlarını təhrif etməkdə qınamışdı. "Latviyada isə hesab edirlər ki, BMT-nini bu qərarı tələb deyil, sadəcə tövsiyyə xarakteri daşıyır ", — deyə Pankratov şərh edir. 

Latviyada yaşayan rusdilli Antonovlar ailəsinin başına qəribə əhvalat gəlib. Onlar yeni doğulmuş uşaqlarını Miron adlandırmaq istəsələr də rəsmi hakimiyyət buna icazə verməyib. Valideynlərə uşaqlarını Latviya qanunlara və latış dilinin qramatik qaydalarına uyğun olaraq "Mirons Antonovs" adlandırmaq təklif edilib. Amma iş orasındadır ki, "mironis" sözü latış dilində — "rəhmətlik" mənasını verir.

Valideynlər bununla razılaşmayaraq bir neçə il mübarizə aparsalad da faydası olmayıb. Ölkəninin məhkəmə sistemi də dövlətin maraqlarına uyğun qərar çıxarıb. 

“Bizim adlarımızı qaytarın!” təşkilatı bununla bağlı Avropa İnsan haqları Məhkəməsinə müraciət edərək “Rus ad və soyadlarının Latviya pasportlarında təhrif olunması” iddiasını qaldırıb. Amma müraciət qaydasının prosedura cavab vermədiyini əsas gətirən Avropa Məhkəməsi işə baxmayıb. Çıxılmaz vəziyyətə düşən Antonovlar indi BMT-yə müraciət etməyə hazırlaşırlar. 

Rəsmi məlumatlara görə Latviyada iki milyona yaxın adam yaşayır ki, onların da 44% rusdillidir. Latış dili ölkənini rəsmi dilidir, rus dili isə xarici dil kimi qəbul olunur. Bəzi hesablamalara görə ölkə əhalisinin təxminən 80%-ə qədəri rus dilini bilir. 

79

Politoloq: “Qarabağda müharibənin alovlanmasında ATƏT-in böyük rolu var”

82
(Yenilənib 09:54 29.09.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, ATƏT 30 ilə yaxın bir müddət ərzində münaqişənin həlli üçün formulu ortaya qoya bilmədi
Elxan Şahinoğlu: “Atəşkəs Azərbaycanın maraqlarına cavab vermir”

Dağlıq Qarabağ ətrafındakı vəziyyət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən sürətli müdaxiləni tələb edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, indiki halda atəşkəs Azərbaycanın maraqlarına cavab vermir:

“Danışıqlar fayda vermir və Ermənistan təxribatları davam etdirir. Biz o halda atəşkəsə razılaşarıq ki, erməni qoşunları Dağlıq Qarabağı tərk etsin. Münaqişənin yenidən alovlanmasında ATƏT-in böyük rolu var. Bu təşkilat 30 ilə yaxın bir müddət ərzində münaqişənin həlli üçün formulu ortaya qoya bilmədi. Bununla belə yenə də mənasız danışıqların davam etdirilməsini istəyir. Azərbaycan Ermənistan tərəfindən edilən təxribatlara artıq dözüm nümayiş etdirə bilməz”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

82
Kamran Əsədov

Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”

303
(Yenilənib 08:52 28.09.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ali təhsil haqqında qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir
Kamran Əsədov: “Ali təhsil pilləsində ciddi boşluqlar var”

Sentyabrın 21-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçirilib. İclasda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi  qrupun tərkibinə dəyişiklik müzakirə və təsdiq olunub. Komitənin sədri Bəxtiyar Əliyev  qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin  keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsilin ayrı-ayrı pillələri üçün qanun qəbul edilməsi zəruridir: “Bununla həmin pillələrin idarə mexanizmi, maliyyələşmə məsələləri müəyyən edilir. Ali təhsil pilləsində ciddi boşluqlar var. Bu da özünü bir çox istiqamətlərdə göstərir. “Ali təhsil haqqında” qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir. Bu həm də ali təhsil pilləsində keyfiyyətin, rəqabətliliyin artmasına, ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

303
BMT iclası

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağa görə toplandı

0
(Yenilənib 02:52 30.09.2020)
Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər

BAKI, 30 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin döyüşü dərhal dayandırmaq, gərginliyi azaltmaq və gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. 

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

0
Teqlər:
açıqlama, fövqəladə iclas, BMT Təhlükəsizlik Şurası, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib