Politoloq Fikrət Sadıxov

"Azərbaycan-Rusiya-İran alyansı bölgəyə fayda verə bilər"

31
(Yenilənib 15:48 31.05.2016)
Politoloqlar hesab edirlər ki, Rusiya-İran-Azərbaycan alyansı region üçün fayda verə bilər.

“Azərbaycan Rusiya və İranı birləşdirən bənddir. İran və Rusiya arasındakı münasibətlərin formalaşmasında Azərbaycana böyük önəm verilir. Azərbaycan bu məsələdə Rusiyaya kömək edəcək. Biz səmimi qəlbdən inanırıq ki, Azərbaycan bizim siyasi müttəfiqimizdir”.

Bunu mayın 27-də Sputnik Mətbuat Mərkəzində “Cənubi Qafqaz” politoloqlar klubunun “Üçtərəfli əməkdaşlıq formatının inkişaf perspektivləri: Bakı-Moskva-Tehran” mövzusunda keçirilən 43-cü iclasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib. O bildirib ki, Rusiyanın Türkiyə və İranla aralarında olan gərginliklərə baxmayaraq, Azərbaycan ona qarşı həmişə neytral mövqe tutub. “Enerji və nəqliyyat sahələrinin qurulmasında Azərbaycan əvəzolunmaz bir müttəfiqdir”, — deyə o əlavə dib.

Politoloq Fikrət Sadıxovun sözlərinə görə isə, Rusiya-İran-Azərbaycan alyansı region üçün fayda verə bilər: “Biz Rusiya və İranla birgə regional təhlükəsizliyin təmin olunmasında maraqlıyıq. Terror, radikal ekstremizm və digər təhlükələrlə mübarizə — bizim regiondakı xarici siyasətin prioritet məsələlərindən biridir. Bu baxımdan Rusiya-İran-Azərbaycan alyansı qarşıya qoyulan bu məqsədlərin əldə olunması üçün məqsədəuyğundur”.

Ekspert bildirib ki, Azərbaycanla ikitərəfli münasibətlərdə Rusiya ilə İranı bir səviyyədə tutmaq olmaz: “Rusiya ilə bizim münasibətlərimiz qəqiq və strateji xarakter daşıyır. İranla isə bizim mehriban qonşuluq münasibətlərimiz var”.

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə Fikrət Sadıxov əlavə edib ki, bir çox beynəlxalq məsələlərdə hər iki dövlətin siyasəti üst-üstə düşür. Onun sözlərinə görə, Azərbaycanı gah ruspərəst, gah da ki Qərbpərəstlikdə ittiham edirlər. “Mən hesab edirəm ki, bizim üçün ən önəmlisi Azərbaycanın maraqlarıdır. Biz ölkəmizin, dövlətimizin maraqlarından çıxış edirik. Mən əminəm ki, yaxın və uzaq gələcəkdə də bizim bu istiqamətdə hərəkətlərimiz dəyişilməyəcək”, — deyə ekspert vurğulayıb.

“Atlas” analitik mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da İranı Azərbaycanın strateji müttəfiqi hesab etmir. Lakin ekspert bildirib ki, İran və Rusiya Dağlıq-Qarabağ probleminin həll olunması üçün Ermənistana təzyiq göstərə bilərlər. “Biz istərdik ki, həm Rusiya, həm İran Ermənistan hakimiyyətinə təzyiq göstərsin. Nəqədər ki, Dağlıq-Qarabağ münaqişəsi həll olunmayıb, regionda sülh olmayacaq. Azərbaycan artıq hazırki vəziyyətə dözə bilmir. Onların təsiri ilə regionda sülh yarana bilər”, — Elxan Şahinoğlu deyib.

31