Нефтяной насос. Архивное фото

"Hər dəfə neft ucuzlaşanda islahatlar yada düşür"

52
(Yenilənib 14:35 28.04.2016)
Ekspertin fikrincə, bir qayda olaraq neftin qiymətində cüzi artımın olması iqtisadi islahatlarda müəyyən ləngimələrə gətirib çıxarır.

Hər dəfə neft ucuzlaşanda islahatlar yada düşür
Dünya bazarında “Brent” markalı neft 1,4% ucuzlaşaraq 44,48 dollara bərabər olub. Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin bir barrelinin orta qiymətinin 48 dollar olacağı gözlənilir. Bəs, görəsən dünya bazarında qara qızılın ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirlərini necə azaltmaq olar. Hər dəfə neftin qiyməti ucuzlaşanda iqtisadi islahatların sürətinin artırılması gündəmə gəlir. Neftin aşağı qiymətinin iqtisadiyyata təsirlərini azaltmaq üçün hökümətin bu vaxta kimi atdığı addımlar effekt doğururmu?

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul bildirir ki, artıq nefti unutmaq lazımdır, qiymətin hansı səviyyədə olmasının ölkədə həyata keçiriləcək iqtisadi islahatlara heç bir təsiri olmamalıdır. Ekspertin fikrincə, qiymətlərdə cüzi artımın olması iqtisadi islahatlarda müəyyən ləngimələrə səbəb olub:

“Azərbaycanda iqtisadi islahatların aparılmasına təsir edən amillər tamam başqa amillərdir. Ölkə rəhbərliyində təmsil olunan bəzi səlahiyyətli nümayəndələrin də bu işə təsiri ola bilər. Səlahiyyətlərindən istifadə edib onu aparılmasını ləngidə bilərlər. Ancaq, prezident tərəfindən birmənalı şəkildə iradə ortaya qoyulub ki, islahatlar getməlidir. Hesab edirəm ki, bundan sonra aparılacaq islahatların gedişinə neftin qiymətinin təsiri olmayacaq. Burada bir obyektiv amili də nəzərə almaq lazımdır. Neftin qiymətindəki o dəyişikliklər göstərir ki, qiymətlərin əvvəlki səviyyəyə qalxmasını gözləmək sadəlövlük olar”. Qalib Toğrul düşünür ki, indiki vəziyyətdə iqtisadi islahatlar labüddür.

Digər iqtisadçı ekspert Pərviz Heydərov isə iqtisadi islahatların əvvəlki tempdə davam etdiyini deyir. Ekspert hesab edir ki, bu islahatların həyata keçirilməsində əsas məqsəd yeni iqtisadi modelin seçilməsinə nail olmaqdır: 

“Qeyri-neft sektorunun inkişafı neçə illərdir ki, Azərbaycan hökümətinin iqtisadi siyasətində prioritet sayılırdı. Amma, indi söhbət təkcə qeyri-neft sektorunun inkişafından getmir. Söhbət ümumiyyətlə iqtisadiyyatın inkişafında yeni istiqamət üzrə addımlar atılmasından gedir. Bu isə hökümətdən iqtisadiyyatı idarə etmə mexanizminə yeni yanaşma tələb edir. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, neftin qiymətləri bundan sonra artası olsa da belə Azərbaycanda neft hasilatı əvvəlki səviyyədə deyil və olmayacaq da”.

Pərviz Heydərovun sözlərinə görə hökümətin atdığı addımlar neftin qiyməti ilə əlaqli olmalı deyil. “Ümumiyyətlə iqtisadiyyat getdikcə neft amilindən kənarlaşmalıdır”- deyə o qeyd edib.

Qeyd edək ki, bu günə olan məlumata görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,37 dollar  ucuzlaşaraq  45,61 dollar təşkil edib.

52
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “İrandan silah alacaq ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər”

30
(Yenilənib 10:24 21.10.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmır
Elxan Şahinoğlu: “İran müasir silah texnologiyaları almağa çalışacaq”

“Silah embarqosunun ləğvindən sonra rəsmi Tehran silah almağı yox, əksinə, külli miqdarda silah satmağı planlaşdırır”. Bunu İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, İranın hər zaman müasir silah texnologiyalarına ehtiyacı olub və indi də var:

“Silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmıram. Bunun nəticəsi olaraq həmin ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər. Bununla belə İran özünə tərəfdar qrupları silahlandırmağa davam edəcək. İran çalışacaq ki, Rusiyadan və ya hansısa Avropa ölkəsindən müasir silah texnologiyaları alsın. Problem burasındadır ki, hazırda İran iqtisadiyyatı ağır günlərini yaşayır və hansı pulla bu texnologiyaların idxal ediləcəyi sual altındadır”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

30
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

33
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ" qardaş Türkiyəni seçdi

0
(Yenilənib 17:48 21.10.2020)
Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral ərazidə keçirilməsi ilə bağlı qərarından apelyasiya şikayəti verib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarını keçirmək istədiyi ölkənin adını açıqlayıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi dünən Azərbaycan və Ermənistanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar ölkələrində UEFA-nın himayəsi altında ev oyunlarının keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib.

"Qarabağ" klubunun direktoru Emrah Çelikel bəyan edib ki, bu halda komandası ev oyunlarını qardaş Türkiyədə keçirmək istəyir.

"İndi üç neytral ərazi var – Kipr, Macarıstan və Polşa, ancaq bizim alternativ seçim təklif etmək imkanımız var. Avropa Liqasının qrup mərhələsindəki rəqiblərimizi Türkiyənin şəhərlərindən birində qəbul etmək istəyirik", – deyə E.Çelikel bildirib.

Komandanın bu seçimini əsaslandıran klub direktoru qeyd edib ki, Avropa İttifaqı ərazisindəki oyunlar üçün futbolçulara viza almaq lazım gəlir, bu prosedur isə xeyli vaxt tələb edir. Türkiyə ilə Azərbaycan arasında vizasız-gediş gəliş sistemi qüvvədə olduğundan, oyun qardaş ölkənin stadionlarından birində keçirilsə, sənədləşmə işlərinə əlavə vaxt lazım gəlməyəcək.

E.Çelikel klubun UEFA İcraiyyə Komitəsinin qərarından apelyasiya şikayəti verəcəyini də vurğulayaraq bildirib ki, Avropa kuboku oyunlarının Bakıda keçirilməsinə heç bir təhdid yoxdur.

Qeyd edək ki, "Qarabağ" klubu oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu Tel-Əvivdə yerli "Makkabi" klubuna qarşı keçirəcək. Bir həftə sonra isə futbolçularımız Bakıda İspaniyanın "Villarreal" komandasını qəbul etməli idi.

0
Teqlər:
qrup mərhələsi, Avropa Liqası, Türkiyə, Qarabağ futbol klubu
Əlaqədar
UEFA rəhbərliyi Bakının AVRO-2020 siyahısından çıxarılacağını istisna etmir
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"