Azərbaycan miqrasiya siyasətini gücləndirir

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi məlumata görə, hazırda Azərbaycanda 134 min miqrant var

Azərbaycan miqrasiya siyasətini gücləndirir
“Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur” —, bu fikirləri prezident İlham Əliyev bildirib.

Göründüyü kimi qeyri-qanuni miqrasiyanın qarşısının alınması dövlətin prioritet sahələrindən biridir. “Həyat” İctimai Birliyinin sədri Azər Allahverənov “Sputnik”ə açıqlamasında bildirib ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda miqrasiya prosesində nisbi sabitlik müşahidə olunur. Lakin buna baxmayaraq, biz miqrasiya siyasətini daha da gücləndirməliyik. Onun sözlərinə görə, hal-hazırda Azərbaycanda 134 min miqrant var:

“2015-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2700 nəfər, ölkədən gedənlərin sayı isə 1600 olub. Yəni gələnlər gedənlərtəq təqribən 1100 nəfər daha çoxdur. Miqrasiya saldosu bizdə müsbətdir – 1.1. Bu da, təbii ki, yaxşı göstərici hesab olunur”.

2015-ci ilin statistikasına gəldikdə isə Azər Allahverənov bildirib ki, Azərbaycanda 670 mindən artıq miqrant qeydiyyatdan keçib, lakin bu onların sayını dəqiq bildirmir:

“Rəsmi məlumata görə, 2015-ci ildə 670 min 326 nəfər miqrant qeydiyyata düşmüşdü. Bu konkret olaraq qeydiyyata düşmə faktlarıdır, yəni ola bilər ki, bir şəxs il ərzində 3-4 dəfə də qeydiyyata düşsün. Bu qeydiyyatın sayını əks etdirir, adamların dəqiq sayını isə göstərmir. Bizim araşdırmalarımıza görə, miqrantların konkret sayı 230-240 min arası təşkil edib, daha dəqiq isə 232 min nəfər. Onlar ən azı bir dəfə ölkə ərazisinə daxil olublar”.

Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına əsasən, hazırda orada 519 min azərbaycanlı miqrant var. Lakin 2014-cü ilin yekunlarına əsasən bu rəqəm 615 min nəfər olub. Yəni Rusiyadakı azərbaycanlı mmiqrantların sayı 100 minə yaxın azalıb. Azər Allahverənovun sözlərinə görə, onların 40 mini Rusiyanın miqrasiya qanunvericiliyini pozduqları üçün oranı tərk etməli olublar və ya oraya buxaxılmayıblar. Qalanları isə iqtisadi böhran, rublun dəyərdən düşməsi, iş yerlərinin itirilməsi, ticarət dövriyyəsinin azalması və digər oxşar səbəblər nəticəsində Rusiyanı tərk ediblər. Ekspertin sözlərinə görə, Rusiyada azərbaycanlı miqrantların sayında hər ay 2-3 faiz azalma baş verir və bu azalma bundan sonra da davam edəcək.

Azər Allahverənov eləcə də qeyd edib ki, hal-hazırda Azərbaycanda 28 min əcnəbi əmək fəaliyyəti ilə məşğuldur. Onların 47%-i Türkiyə, 10.8%-i – Gürcüstan, 6%-i – Rusiya, 4%-i – Hindistan, 3.5%-i isə İran vətəndaşları təşkil edir. Bütövlükdə isə Azərbaycanda miqrantlar tərəfindən 118 ölkə təmsil olunur.


Xəbər lenti
0