Центр Астаны, Казахстан

Parlamenti buraxmağın Qazaxıstan yolu

327
(Yenilənib 12:47 22.01.2016)
Prezident Nursultan Nazarbayevin növbədənkənar parlament seçkiləri təyin etməsi sosial gərginlik dövründə qanunverici orqanların missiyası ilə bağlı müzakirələrə səbəb olub

Parlamenti buraxmağın Qazaxıstan yolu
BAKI, 21 yan — Sputnik. Prezident Nursultan Nazarbayev Qazaxıstanın Parlament Məclisinin beşinci çağırış deputatlarının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Növbədənkənar seçkilər 2016-cı il martın 20-nə təyin edilib. Palatanın vaxtından əvvəl buraxılmasını və 2016-cı ildə növbədənkənar seçkilərin təyin olunmasını ölkə prezidentindən parlament özü istəyib.

Moldovada isə vəziyyət daha gərgindir. Qəzəblənmiş Moldova xalqı nazirlər kabinetinə etiraz edərək parlament binasını tutublar. Binada olan deputat və nazirlər isə oradan fövqəladə hallarda insanların köçürülməsi üçün inşa olunan yeraltı tunellər vasitəsilə çıxarılıb.

Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı
© Photo : APA
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı

Bəs böhran səbəbindən yaranmış sosial gərginlik və keçid dövründə parlamentlərin rolu nədən ibarət olur? Bu və digər məsələləri aydınlaşdırmağa çalışdıq.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, parlamentin əsas rolu seçicilərin hüquqlarının qorunmasıdır:

“Əslində parlamentin əsas rolu öz seçicilərinin hüquqlarının müdafiəsidir. Eləcə də onun rolu ölkənin dövlət sistemində önəmli islahatlar üçün hüquqi bazanın yaradılması və bir neçə idarəetmə sistemlərinin təkminləşdirilməsində ölkəyə dəstəkdir”.

YAP-dan olan millət vəkili Hikmət Babaoğlu isə hesab edir ki, dünya ölkələrinin parlamentləri fərqli olduğundan sosial gərginlik zamanı onların hansı funksiyaları yerinə yetirə bilməsini müəyyənləşdirmək qəliz məsələdir: “Hər bir ölkənin özünəməxsus siyasi sistemi var və hər bir ölkədə parlamentin bənzər və fərqli xüsusiyyətləri, eyni zamanda, fərqli səlahiyyətləri var. Ümumiyyətlə, dünyadakı bütün ölkələrdə vahid standarta uyğun, konkret funksiyaları həyata keçirən parlament yoxdur ki, biz hansının nə edə biləcəyini təyin edək".

"Ona görə də, hansı ölkənin parlamentinin hansı səlayiyyətlərə sahib olduğunu və müxtəlif vəziyyətlərdə hər hansı funksiyaları yerinə yetirə biləcəyi ümumi sual ilə aydınlaşacaq məsələ deyil. Konkret ölkələrin parlamentlərinin konkret səlahiyyətləri var”, —deyə deputat bildirdi.

Fikrət Sadıxov_politoloq
sputnik.az
Fikrət Sadıxov_politoloq

Maraqlıdır, Qazaxıstan və Moldovada yaşanan “parlament böhranı” digər ölkələrdə də baş verə bilərmi? Politoloq Fikrət Sadıxov bu haqda belə düşünür: “Parlamentin rolu hər bir dövlətdə yüksəkdir, çünki o, qanunverici bir orqandır. Parlamentlər tərəfindən təstiq olunan qanunlar hər bir cəmiyyət üçün əsas qanun prinsiplərdir. Digər ölkələrə gəldikdə isə, parlament böhranı haqda danışmaq hələ ki, tez və əsassızdır. Çünki onlarda səbəblər və müəyyən fon başqadır, siyasi-iqtisadi inkişaf da müxtəlif səviyyələrdədir. Həqiqət ondan ibarətdir ki, parlamentlərin rolu kifayət qədər geniş və böyükdür".

"Parlament respublikası olmasa belə, hər halda qanunverici orqanların qəbul etdiyi qərarlar, razılıqlar və kompromislər hər bir ölkədə siyasi sabitliyə və cəmiyyət üçün lazım olan qərarların qəbul edilməsinə gətirib çıxarır”, —politoloq deyir.

Ekspertlərin də açıqlamalarından göründüyü kimi, keçid dövründə, böhran və neftin qiymətinin aşağı düşməsi ilə müşahidə olunan sosial gərginlik zamanı parlamentlər mühüm rol oynaya bilər. Lakin, onların gördükləri işlər məhz aid olduqları dövlətlərin siyasi sistemlərindən və onlara verilən səlahiyyətlərdən asılıdır.

327
Teqlər:
Fikrət Sadıxov, Hikmət Babaoğlu, Asim Mollazadə, Nursultan Nazarbayev, Qazaxıstan
Əlaqədar
Parlament toplanır: hansı anti-böhran qərarları veriləcək?
"Böhran parlamenti formalaşdırılmalıdır"
"Bəzi nazirlər parlamentin qərarlarını saya salmırlar"
Deputatlara parlamentdə növbədənkənar danışmaq hüququ verildi

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

73
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

73
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “İran ABŞ-ın şərtlərinə əməl etsə, münasibətlər normallaşa bilər”

21
(Yenilənib 14:59 23.11.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz
Mübariz Əhmədoğlu: “Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək”

ABŞ rəhbərliyi ölkəsinin təktərəfli sanksiyalarına şamil olan İran fiziki və hüquqi şəxslərinin siyahısını növbəti dəfə genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın İrana qarşı siyasətini  nəzərdən keçirərkən 4 il əvvəl Trampın hakimiyyətə gəldiyi dövrü xatırlamaq lazımdır:

“Tramp elə vəziyyət yaradır ki, Bayden hakimiyyətə gəlsə də, yeni administrasiya İranla münasibətləri normallaşdırmağa çətinlik çəksin. Bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz. Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək. O, İranın qarşısına şərt qoyacaq ki, bu ölkə qonşu dövlətlər üçün təhlükə yaratmasın. İran Baydenin şərtlərini qəbul etsə, ABŞ İranla əməkdaşlıq edə bilər”.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Teqlər:
normallaşma, şərtlər, münasibətlər, İran, ABŞ

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

0
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0