Neftçi

İxtisar olunan işçilərin sonrakı taleyi necə olacaq?

334
(Yenilənib 12:12 15.01.2016)
Ekspertlər hesab edirlər ki, ixtisarların aparılması qanun çərçivəsində olmalı və işçilər öz hüquqlarını tələb etməlidirlər.

İxtisar olunan işçilərin sonrakı taleyi necə olacaq?
BAKI, 14 yan — Sputnik. Neftin kəskin dəyərdən düşməsi Azərbaycanda iqtisadi artım tempini azaltdı, milli valyuta il ərzində iki dəfəyə yaxın dəyərini itirdi və son illər ərzində ilk dəfə ölkədə iş yerləri bağlanmağa başladı. İxtisarlar həm dövlət, həm də qeyri-dövlət sektorlarını əhatə etməkdədir.

Böyük Britaniyanın neft-qaz şirkəti (BP) bütün dünyada olduğu kimi Azərbaycanda da ixtisarlar keçirdi. Belə ki, şirkətin Azərbaycan nümayəndəliyinin 50-yə yaxın əməkdaşı işdən azad olunub. BP qarşıdakı iki il ərzində ümumiyytələ müxtəlif ölkələrdə 4 min iş yerini ixtisar etməyi planlaşdırır.

Bəs ixtisar olunan işçilərin hüquqları nə dərəcədə qorunur? Sputnik bu və digər məsələləri aydınlaşdırmağa çalışıb. Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı “Sputnik”ə bildirdi ki, hüququ pozulan işçilər onlara müraciət ediblər.

“BP şirkəti ixtisarlarını ötən ildən başlayıb və bu il də davam elətdirir. İxtisarla əlaqədar hüququ pozulan insanlar bizə müraciət etdilər. Onlar dedilər ki, bu gün bizə ixtisar xəbərini verib bütün kompüterləri və email ünvanlarımızı bağlayıb yola saldılar. Bir nəfər BP şirkətinin işçisini isə artıq biz işə bərpa etmişik. Onun cəsarəti çatdı və məhkəməyə müraciət edərək prosesi uddu”, —deyə M.Qəhrəmanlı bildirdi.

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı
Şəxsi Facebook səhifəsindən
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı

Azərbaycan qanunvericiliyinə əsasən, işçilər ixtisar edildikdə onlara orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov xatırladır ki, bu təminatlar yalnız müqavilə ilə çalışan işçilərə aiddir:“Əmək Məcəlləsində minimum tələblərin göstərildiyi prinsip var. Amma elə şirkətlər var, məsələn, yerli şirkətlərdən SOCAR, ola bilsin, BP-nin özündə hansısa proqramlar var. Onlar daha üstün sosial proqramlar tətbiq edirlər və bundan sonra işçiləri ixtisara salırlar. Amma Əmək Məcəlləsində göstərilib ki, işçiyə iki ay əvvəlcədən xəbərdarlıq edilməlidir. İki ay dövründə hər iş həftəsində bir gün ona icazə verilməlidir ki, gedib özünə iş axtarsın".

İki ay bitdikdən sonra ona bir aylıq kompensasiya verilməlidir və onunla əmək müqaviləsinin 70-ci maddəsinin B bəndi ilə xitam verilməlidir. Amma əmək müqaviləsi ilə işləməyən işçilər üçün isə heç bir təminat yoxdur. Onlara deyirlər ki, “sabahdan işə gəlmə”, onlar da gəlmirlər”, —deyə S.Məmmədov vurğuladı.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Lakin bəzi hallarda işçini ixtisar edərkən ona reallaşmayacaq təkliflər də edilir. Mirvari Qəhrəmanlı bu cür hallarda daha ehtiyatlı olmağı məsləhət görür: “Çox vaxt, istər xarici şirkətlərdə, istər də ki, bizim yerli şirkətdə kimisə ixtisara salanda ona ümidverici bir təklif edirlər ki, hələ biz sizi öz kadr bazamızda saxlayırıq və ehtiyac olduqca sizi işə götürəcəyik. Bu aldadıcı bir sözdür və mən bunu düzgün qəbul etmirəm. Yəni, bu halda, mən tək işəgötürəni deyil, öz həmvətənlərimi də qınayıram. Ola bilər ki, xarici işçilərlə də qanun pozuntusu olsun, amma mən həmvətənlərimi qınayıram ona görə ki, qanunu bilmək və qarşı tərəfdən də onu tələb etmək lazımdır”.

Qeyd edək ki, bundan sonra da yeni ixtisarların və hüquq pozuntularının olacağı istisna olunmur. Neft sektorunda da yeni ixtisarlar ola bilər. Səbəb isə odur ki, nə qiymətlər nə də hasilat qalxmır.

334
Teqlər:
işçilər, Mirvari Qəhrəmanlı, ixtisar, neftçi, Sahib Məmmədov, BP
Əlaqədar
"Neft Daşları"nda tufan, üç neftçi itkin düşüb
Beynəlxalq Bankın 25-30% işçisi ixtisar ediləcək
BBC yüzlərlə əməkdaşını ixtisar edəcək
HSBC 20 min əməkdaşını ixtisar etməyə hazırlaşır
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev

Turizmin bərpası üçün hansı işlər görüləcək - Fuad Nağıyev açıqladı

22
(Yenilənib 10:48 04.06.2020)
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyir ki, ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq
Fuad Nağıyev: “Xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”

“Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlara həsr olunan “Bərpaya doğru yol” videokonfransında deyib.

“Azərbaycan turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpası, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır. Post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”, – deyə Fuad Nağıyev bildirib.

Fuad Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

22
Mübariz Əhmədoğlu, politoloq

ABŞ demokratiyası rasizmə qalib gələ biləcəkmi politoloq şərhi

81
(Yenilənib 00:03 03.06.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir
Mübariz Əhmədoğlu: “Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir”

ABŞ Prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hökumətin bütün resurslarının səfərbərliyini elan edib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-da baş verənlərə təkcə bu günün hadisəsi kimi baxmaq doğru deyil: “ABŞ-ın tarixində hər zaman “ağlar” və “qara”ların qarşıdurması olub. Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir. Özünü demokratiyanın qoruyucusu və beşiyi adlandıran ölkədə belə proseslərin baş verməsi diqqət mərkəzindədir. Bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir. Bu isə hazırda ABŞ üçün çox qəliz vəziyyət yaradıb”.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

81
Kənddə gün batımı, arxiv şəkli

Hava koronavirus arasında əlaqə varmı? Akademik izah edir

0
(Yenilənib 22:54 04.06.2020)
Koronavirusun yayılması havadan yox, insanların havaya reaksiyasından asılıdır. Bu barədə rusiyalı akademik Vadim Pokrovski Sputnik radiosuna müsahibəsində deyib.

BAKI, 4 iyun — Sputnik. Yayda istilərin düşməsinin koronavirusun yayılmasına necə təsir edəcəyi məsələsi fəal şəkildə müzakirə olunur. Tez-tez fikir söyləyirlər ki, isti və günəşli havada infeksiya daha zəif yayılır.

Havanın koronavirus infeksiyasının yayılmasına necə təsir göstərə biləcəyi barədə fikirlərini rusiyalı akademik Vadim Pokrovski Sputnik radiosu ilə müsahibəsində bölüşüb.

"Burada hava ilə birbaşa əlaqə yoxdur, amma yağışlı və soyuq havalarda insanlar sıx otaqlarda toplanırlar, yayda isə məsafə saxlayırlar, otaqlarda pəncərələr açıq olur və havalandırma yaxşı olur", - Pokrovski qeyd edib.

"Temperatur yox, insanlar arasında daha az ünsiyyətin olması virusu öldürür. Gözləmək olar ki, damcı hava yolu ilə ötürülən koronavirusun yayılması üçün ən yaxşı şərait payız və qış dövründə yaranacaq",- Pokrovski qeyd edib.

 

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Rusiyada koronavirusa yoluxanların sayı 430 mini keçdi