“Əliağa Kürçaylı-8”: istilik həm var, həm də yoxdu...

© Sputnik/Murad Orucovİstilik sistemi
İstilik sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
Konkret mənzilin deyirsə, araşdıra bilərik. Bizim 66 saylı qazanxana həmin beşmərtəbəli, altı bloklu, 90 mənzilli binanı istiliklə təmin edir.

“Azəristiliktəchizat” ASC artıq xeyli müddətdir qış vaxtına keçib. Lakin buna baxmayaraq bəzi binalarda hələ də müəyyən problemlər qalır, sakinlər isə qurumun fəaliyyətindən narazı olduqlarını bildirirlər. “Sputnik”ə şikayət edən Nizami rayonu Əliağa Kürçaylı küçəsi-8 ünvanında yerləşən binanın sakinləri iddia edirlər ki, onların istilik təchizatı yoxdur. Sakinlərin sözlərinə görə, yaşadıqları beşmərtəbə binanın istilik xəttləri tam qaydasındadır və veriləcək istilik üçün də pul ödəməyə hazırdırlar. Lakin istilik təchizatı problem olaraq qalıb.

Məsələni aydınlaşdırmağa çalışdıq. “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev “Sputnik”ə açıqlamasında bildirib ki, “Əliağa Kürçaylı küçəsi-8”də yerləşən beşmərtəbəli bina, 5, 7 və 9-cu küçələrdə yerləşən binalar kimi, istiliklə təmin olunub:

“Kürçaylı 8” saylı bina istilik alan binadır. Konkret mənzilin deyirsə, araşdıra bilərik. Bizim 66 saylı qazanxana həmin beşmərtəbəli, altı bloklu, 90 mənzilli binanı istiliklə təmin edir. Yəqin, şikayət edən şəxslərin mənzillərində nəsə problem var. Bizim tərəfimizdən təhcizatda problem yoxdur”. 

Göründüyü kimi, bina sakinləri istilik gözləyir, rəsmi qurumsa təhcizatda heç bir problem olmadığını deyir. Fakt odur ki, şikayət edən sakinlər hələ də istiliklə təmin edilməyiblər.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC hər il qış vaxtına noyabrın 15-də keçir və bu tarixdən etibarən binalara istilik verilməyə başlayır. Lakin bu il binalara istilik yalnız dekabrın əvvəllərində verilməyə başlayıb. Gecikmənin səbəbi isə “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə olan borc olub.

Xəbər lenti
0