İŞİD-in təzə xəlifəsi - Obama

© FlickrBarak Obama
Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçular ABŞ prezidentinə minnətdarlıqlarını bildirdilər

İŞİD terror qruplaşması ABŞ prezidenti Barak Obamaya video-müraciət ünvanlayıb. Terrorçuların çıxışlarında ABŞ lideri böyük lider kimi göstərilir. Onların fikrincə, məhz Obama, xilafətin yaranmasına səbəb olaraq cihadı yeni səviyyəyə yüksəldib.

Videoda qeyd edilir ki, Obamanın İŞİD üçün etdiyi ən böyük xidmət Müəmmər Qəddafini məhv etməsidir:

“Əfqanıstanı xatırlamaq olar, Corc Buş bizə İraqı gətirdi, lakin əsl qəhrəmanımız xilafətimizin başında duran Barak Obamadır. Onun sayəsində biz şəriət qanunlarına əməl etməyən hökumətdən xilas ola bildik. Obama bizi qanunun bərqərar olması yolunda maneə olan Qəzzafidən qurtardı. İndi, şükür Allaha ki, bizim bütün qruplaşmalarımız birləşib”.

Terrorçular həmçinin bəyan ediblər ki, məhz ABŞ prezidentinin sayəsində onlar silah əldə ediblər. “Obama, sən bizə sənin düşmənlərinə qarşı istifadə etdiyimiz silahları hədiyyə etdin. Obama, sən bizim üçün çox şey etdin, buna görə də biz səni öz xəlifəmiz, Allaha aparan yolda bələdçimiz elan edirik” – müraciətdə deyilir.

Xəbər lenti
0