Russian Foreign Minister Sergey Lavrov meets with US Secretary of State John Kerry

Vaşinqton Moskvayla razılaşır

25
(Yenilənib 16:35 17.12.2015)
Ekspertlər Lavrov və Kerri görüşünün nəticələrini təhlil edir

Vaşinqton Moskvayla razılaşır
Moskva və Vaşinqton Suriyaya dair çətin məsələlər üzrə mövqelərini yaxınlaşdırıblar. RİA Novosti” nin verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Con Kerri Moskvada görüşlərinin yekununa dair bəyanatında bildirib.

Con Kerri deyib ki, həqiqətən biz bəzi məsələlər üzrə razılıq əldə etdik, həmçinin terror qruplaşmalarının təsnifləşdirilməsinin çətinliyi barədə danışdıq. Biz razıyıq ki, İŞİD və “Əl Nusra” bu proseslərin çərçivəsindən kənardadır. Hamı bununla razıdır, bu yekdil fikirdir- deyə o qeyd edib. 

Siyasi təhlilçilərdə  Qərb və Rusiya arasında hansısa ilkin razılığın əldə olunmasını istisna etmirlər. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq  Elxan Şahinoğlu “ Sputnik”ə açıqlamasında bildirib ki, Qərb və Rusiya bəzi məsələlərdə ortaq məxrəcə gəliblər: 

“Mən düşünürəm ki, iki məsələ razılaşdırıla bilərdi. Birinci məsələ odur ki, Nyu-Yorkda Suriya ilə bağlı geniş bir konfrans keçiriləcək. Amerika Rusiya ilə fikir ixtilafına rəğmən Rusiyanın orada iştirakını arzulayır. Məncə Rusiya bu toplantıda iştirak edəcək. S.Lavrovun Amerikadakı toplantıya qatılması ABŞ üçün birinci nəticədir. İkinci nəticə də odur ki, ola bilsin ki, terorçuların ümumi siyahısını hazırlamaq məsələsində ortaq məxrəcə gəliblər.  Yəni iki terorçu təşkilatı artıq hər iki tərəf qəbul edib bu İŞİD və  Əl-Nusradı digərləri ilə bağlı isə fikir mübadiləsi gedir. Bu məsələdə də Rusiya ilə ABŞ ortaq məxrəcə gəlməyə yaxındır. Ancaq əsas fikir ixtialfı Əsədlə bağlıdır. Burada da Amerika müəyyən qədər geri addım atmağa hazırdır.  Amma, keçid höküməti yaradılandan sonra Əsədin Suriyanın gələcəyində rolu olmamalıdr. Əsas bunu Rusiyaya qəbul etdirməkdir. Rusiya da hələ ki, bunu qəbul etmir, hələ də ixtilaf qalır. Amma, iki məsələdə ortaq məxrəc varsa, artıq bu müəyyən qədər uğur sayıla bilər”.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclunun fikrincə isə müəyyən məsələlərdə razılıq ola bilər. Amma, hansısa  bir əsaslı razılaşmanın əldə edildiyi inandırıcı görünmür:

“Rusiya ilə Qərb arasında ziddiyyətli məsələlər çoxdur. Amma, təxminən ehtimal eləmək olar ki, ilk növbədə Ukrayna ilə bağlı hansısa razılaşma əldə olunubdur. Eyni zamanda Türkiyə-Rusiya münasibətləri və digər məsələlərin fonunda  ümumi bir anlaşma əldə olunması mümkündür ki, yaranmış belə bir ziddiyyətli durumda hərbi gücə əl atılmasın. Münaqişə, yaranmış mübahisə istənilən halda yalnız və yalnız dinc vasitələrlə müzakirə yoluyla qaydaya salına bilər. Hansısa  əsaslı konseptual bəndlərdən ibarət razılaşmanını əldə olunması inandırıcı görünmür”.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqların konkret və ətraflı olduğunu qeyd edib, əsas məsələnin Suriya probleminin həlli istiqamətində irəliləyişə nail olunduğunu bildirib.  Nazir həmçinin bildirib ki, dekabrın 18-də Nyu-Yorkda XİN rəhbərləri səviyyəsində Suriya dəstək qrupunun görüşəcəyini bildirib. Lavrov danışıqların yekunlarına dair qətnamə layihəsinin BMT TŞ-in müzakirəsinə çıxarılmasına ümid etdiyini bildirib.

Elxan Şahinoğlunun sözlərinə görə, B.Əsəd hakimiyyətdə qaldıqca İŞİD-in mövqeləri güclənəcək: 

“Belə fikir mübadilələri çox olub, amma, bu məsələnin həllini yaxınlaşdırmır.  Səudiyyə Ərəbistanı özü də terrorizmə qarşı İslam koalisiyası yaradır. Ona görə düşünürəm ki, əsas fikir ixtilafı Əsədlə bağlıdır. Əsədlə bağlı ortaq məxrəcə gəlsələr, Suriya ətrafında geniş bir koalisiya yaradıla bilər. Əsədin təklifi ilə partiyasından başqa biri onu əvəz edə bilər. Bu olmadığı halda düşünmürəm ki, böyük dövlətlər fəaliyyət ortaya qoya bilsinlər”.

Qeyd edək ki, dekabrın 15-də ABŞ dövlət katibi Con Kerri Moskvada səfərdə olub.

25
Teqlər:
Ərəstun Oruclu, Elxan Şahinoğlu, Con Kerri, Sergey Lavrov, Moskva, Suriya
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

12
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Politoloq Ramiyə Məmmədova

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək”

19
(Yenilənib 10:08 29.11.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmür
Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”

“ABŞ-ın yeni administrasiyasının hazırkı Prezident Donald Trampın İrana qarşı qəbul etdiyi qərarlarını tez bir zamanda ləğv edəcəyinə ümid edirik”. Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, yanvarda Bayden hakimiyyəti işə başlayacaq, ancaq bu günə qədər ABŞ hökumətinin İran siyasəti dəyişməz qalır:

“ABŞ geopolitik maraqlarını bütün maraqlarından öndə tutur. Ona görə də Bayden administrasiyasının Trampdan çox da fərqli siyasət yeridəcəyini düşünmürəm. ABŞ bu yaxınlarda İran sərhədlərinin yaxınlığına qırıcı təyyarələr göndərib. Bu o deməkdir ki, İranı hələ də ABŞ təhdidi gözləyir. Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə bilər”.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

0
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

0
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla