Neft

Uşaqlar deyir atamızı verin!

48
(Yenilənib 12:11 08.12.2015)
“Günəşli” faciəsində itkin düşən qaynaqçı Xalid İbrahimovun ailəsinin gözü yolda qalıb

“Evə gedən kimi uşaqları qabağımıza qaçır ki, bəlkə atamızı gətirdilər” —, bunu “Günəşli” yatağındakı qəzada itkin düşən 29 nəfərdən biri də qaynaqçı Xalid Bəşir oğlu İbrahimov əmisi oğlu deyir. 

 O, “Sputnik”ə bildirib ki, onlara heç nə lazım deyil, sadəsə uşaqları atalarının hayatda olub-olmamasına inandırmaq istəyirlər: “Bizə heç nə lazım deyil, ya ölüsünü ya dirisini versinlər ki, təsəlli tapaq. Üç balası var, heç olmasa balaları görsün ki, ataları ölüb ya yox. Üç gündür axtarırş gedir gözümüz yolda qalıb. Gah deyirlər gedin “Nərimanov”a, gah deyirlər gedin evə, hərəni bir tərəfə göndərirlər. Nə qədər gözləməliyik? Evə getmək omur. Uşaqlar atasın istəyir, “atamı gətir”, “atamı gətir” deyirlər”.

Qohumları Xalidin dənizdə batmasına hələ də inanmırlar. Qardaşının sözlərinə görə, Xalid üzməyi çox yaxşı bacarırdı. Orada da yoldaşlarına kömək edib və ən axırıncı mühəndislə birlikdə qayığa düşərkən ayağı sürüşüb və dənizə yıxılıb.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

48
Mövzu:
Günəşli neft platformasında yanğın (59)