BMT baş katibi Pan Gi Mun

Pan Gi Mun hər il bəyanat verir

141
(Yenilənib 12:21 22.09.2015)
Politoloq Fikrət Sadıxov: “Bəyanat vermək əvəzinə konkret işlər görmək lazımdır”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun hər il sentyabrın 21-də qeyd olunan Beynəlxalq Sülh Günü ilə əlaqədar müraciətində qətllərin, dağıntıların dayandırılması və davamlı sülhün təmin olunması ilə bağlı bütün müharibə edən tərəfləri bir günlük atəşkəsə əməl etməyə çağırıb. Onun sözlərinə görə, bu il Beynəlxalq Sülh Günü zorakılıq və qeyri-stabillik yaradan münaqişələrin baş verdiyi dövrə təsadüf edir. O bildirib ki, “Məyus olmaq əvəzinə, üzərimizə məsuliyyət götürməli və dünyada hazırda hökmranlıq edən qəddarlıq və cəzasızlığa son qoyulmasını tələb etməliyik”. BMT Baş katibi gələcək nəsilləri müharibənin gətirdiyi fəlakətlərdən qorumağa çağırmaqla yanaşı, bu məsələdə gənclərin də mühüm rolunu vurğulayıb.

Politoloq Fikrət Sadıxov BMT-nin dünyada davamlı sülhün təmin olunmasındakı rolunu belə qiymətləndiririr.

“Onun bu bəyanatına şübhə ilə yanaşıram, çünki bəyanat vermək əvəzinə konkret işlər görmək lazımdır. BMT-nin Dağlıq Qarabağ problemi ilə bağlı dört qatnaməsi qəbul olunubsa və orada Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması haqqında qərar verilibsə, Pan Gi Mun buna fikir verməlidir. Ümumi çağırışlarla məsələ həll olunmur. Bu, sadəcə ritorik bir bəyanatdır. Düşünürəm ki, BMT-nin növbəti sessiyası ərəfəsində  Baş katibin bir mesajdıdır. Bunu daha çox hümanitar addım kimi qiymətləndirirəm”.

BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnəmələrin yerinə yetirilməməsinə gəldikdə isə politoloq hesab edir ki, bunun üçün Təhlükəsizlik Şurasının üzvləri bu qətnamələrin arxasında dayanmalıdır.

“BMT bu qatnamələrə ona görə reaksiya verə bilmir ki, dünya birliyi çərçivəsində bütün hakimiyyət aparıcı dövlətlərin əlindədir. Onlar faktiki olaraq BMT-nin Təhlükəsizlik Şurasında 1993- cü ildə bu qərarları qəbul etdilər. Bir çox hallarda bir sıra ölkələrin maraqlarına cavab verən də bu qatnamələr çox asanlıqla yerinə yetirilir. Hətta əvvəl əməliyyatlar başlanır və paralel olaraq qatnamələr qəbul olunur. Bunlar Ermənistanın Azərbaycanın torpaqların işğal etmə fakrını inkar edə bilmədilər və belə bir qatnamələr qəbul etdilər. Amma, çox təssüflər olsun ki, bunun arxasında dayanmayıblar”. 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazi bütövlüyünü dəstəkələyən 4 qatnamə qəbul etsə də, onların heç biri yerinə yetirilməyib. 

141