UK elections, selfies

Qalibləri payızda sayacaqlar

28
(Yenilənib 12:20 17.09.2015)
Ekspertlər bu ilin oktyabrında Polşa və Kanadada keçiriləcək parlament seçkilərinin Rusiya ilə münasibətlərə təsirindən danışırlar

Polşada parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Polyaklar Seym üçün 460 millət vəkili və 100 senator seçəcək. Bundan sonra yeni parlament ölkə hökumətini formalaşdıracaq. Qarşıdan gələn seçkilər nəticəsində 2007-ci ildə “Polşa Kəndli Partiyası” ilə koalisiyada iqtidar olar “Vətəndaş Platforması”nın öz yerini keçmiş baş nazir Yaroslav Kaçinskinin “Hüquq və ədalət” müxalif partiyasına verəcəyi gözlənilir. Yeri gəlmişkən, may ayında prezident seçilmiş Andjey Dudanın namizədliyi məhz bu siyasi formalaşma tərəfindən irəli sürülüb.

Rəy sorğularının nəticələrinə görə, seçicilərin üçdə biri “Hüquq və Ədalət” partiyasına, 23 faizi “Vətəndaş Platforması”na, 18 faizi isə prezident seçkilərində fərqlənən müğənni və aktyor Pol Kukiz tərəfindən yaradılan partiyaya səs verməyə hazır olduqlarını bildirdilər. Yayda yaranmış “Birləşmiş Solçülar” partiyasının seçici səsi 7 faiz təşkil edirdi. Ali İqtisadiyyat Məktəbinin dosenti Dmitri Ofiserov-Belskinin fikrincə, prezident kampaniyasını xatırlasaq cari səsvermədən də sürprizlər gözləyə bilərik:

“Çox böyük ehtimal var ki, sağçılar parlament seçkilərində də qalib gəlsinlər. Əlbəttə ki, çox şey ola bilər. Məsələ ondadır ki, əvvəlki prezident seçkilərinə hazırlıq qalmaqal şəraitində keçirdi. Buna görə də, bəzi hadisələrin baş verməsi mümkündür. Ümumillikdə, sağçıların mövqeləri möhkəmdir, Duda isə hətta ona səs verməyən insanlar arasında populyarlıq əldə edir”.

Aydındır ki, ekspertlərin əksəriyyəti Polşa ilə Rusiya əlaqələrinin necə inkişaf edəcəyini proqnozlaşdırmağa çalışır. Lakin düşünmək olmaz ki, Polyaklar Moskva ilə necə münasibət quracaqlarına özləri qərar verir. Tarix göstərir ki, Varşavanın mövqeyi Moskva və Vaşinqton arasındakı münasibətlərdən çox asılıdır, — ekspert davam edir:

“Əslində, Polşa və Rusiya arasında münasibətlər kimin prezident vəzifəsini tutduğundan və parlamentdə kimlərin əksəriyyət təşkil etdiyindən elə də asılı deyil. Nümunə kimi 2000-ci illərin əvvəlindəki vəziyyəti gətirmək olar. Polşada hökuməti Kvasnevski təmsil edirdi. Əvvəl münasibətlər çox yaxşı formalaşırdı, nə qədər ki Rusiya və ABŞ arasında olduqca yaxşı münasibətləri var idi. Putin hakimiyyətə gəlib kiçik Buş ilə əlaqələri qururdu. Amerikalıların İraka daxil olmasından sonra isə əlaqələr kəskin şəkildə dəyişildi. Daha sonralar da, Rusiyanın ABŞ-la münasibətlərində yenidən yüngülləşmə baş verəndə, Polşa ilə Rusiya əlaqələrində yenidən inkişaf başladı. Əlbəttə, bunu hakimiyyətə yeni prezidentin gəlməsi ilə bağlamaq olar. Lakin məsələ şəxsiyyətlərdə deyil, ABŞ və Rusiya arasında hazırda formalaşan əlaqələrdədir”.

Atlantik okeanının digər sahilində də fəal iş gedir – oktyabrın 19-u Kanadada parlament seçkiləri keçiriləcək. Seçkiöncəsi kampaniyanın əsas mövzusu iqtisadi məsələlər olacaq. Mühafizəkarlar hakimiyyətdə dördüncü müddətə qalmağı çox istəyirlər. Hələki seçki nəticələrini proqnozlaşdırmaq da çox çətindir. Lakin daha çətini — mühafizəkarların bir daha qalib gəldiyi təqdirdə əksəriyyətin hökumətini formalaşdırmaq olacaq. Hələki baş nazir Stiven Harper Kanada iqtisadiyyatını bundan sonra da idarə etməyə hazır olduğunu təkrar edir, müxalifət isə onu səhv iqtisadi qərarlarda günahlandırır. Lakin onların dövlət xərclərinin artırılması çağırışlarına Harper çox kəskin reaksiya verir: bu addım Kanadanı yeni Yunanıstan edə biləcək bir böhran ilə nəticələnə bilər.

Nəticədə, bütün tərəflər finiş xəttinə doğru vahid qrup şəklində hərəkət edir, — Qloballaşma və Sosial Hərəkatlar İnstitutunun Beynəlxalq siyasət məsələlərinin təhlili Mərkəzinin rəhbəri Mixail Neyjmakov hesab edir:

“Bu gün biz görürük ki, üç əsas Kanada partiyaları, demək olar ki, burun-buruna gedirlər. Avqustun ortalarında keçirilən sorğu göstərdi ki, “Yeni Demokratlar” Stiven Harperin mühafizəkarlarından təxminən 2% öndədirlər. Liberallar isə onlardan 3% geridirlər. Fərq çox kiçikdir. Çox güman ki, yaxın bir ay yarım müddət ərzində hər hansı bir ciddi sarsıntı baş verməsə, seçkilərin nəticələrini “fotosonluq” həll edəcək”.

Mixail Neyjmakov onu da əlavə edib ki, Kanadadakı seçkilərə orada yerləşən Ukrayna icması da təsir göstərə bilər:

“Məlum olduğu kimi, Rusiya və Kanada arasında ən yaxşı münasibətlər 2006-cı ilə qədər hökmranlıq edən liberallar dövründə formalaşırdır. Və əksinə — mühafizəkarların Stiven Harperin başçılığı altında hökmranlıq etdiyi 9 il ərzində Rusiya ilə Kanada münasibətləri ancaq pisləşməyə doğru gedib. İndiki Ukrayna böhranı ölkələrimiz arasındakı uçurumu daha da möhkəmləndirir.

Səbəblərdən biri Kanadada böyük Ukrayna icmasının olmasıdır. Faktiki olaraq, ölkə əhalisinin 4%-dən çoxu Ukrayna mənşəlidir. Həmişə olduğu kimi, seçki iştirakçılarının arasındakı uçurumun az olduğu vaxt, onlar fəal azlıqlar arasından tərəfdarlar cəlb etməyə çalışırlar. Bu halda aydındır ki, onlar Ukrayna maraqları çərçivəsində Rusiyaya mümkün təziq mövzusundan da istifadə edəcəklər”.

Bununla yanaşı unutmaq olmaz ki, seçki debatları zamanı siyasətçilər tərəfindən deyilən ən səs-küylü bildiriş və vədlər heç də hər zaman reallaşmır. Rusiya ilə münasibətlərə gəlincə isə, Kanada Polşadan elə də çox fərqlənmir. Yaxşı məsləhətçi də yaxındır.

“Sputnik” (Rusiya)

28