Astana- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti

Türk dünyasının Astana gözləntisi

74
Beynəlxalq miqyasda vahid türk xəbər məkanının yaradılması mühüm dividentlər vəd edir

Türk dünyasının Astana gözləntisi
Sentyabrın 11-i Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 5-ci sammiti keçirilib. Sammitdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan prezidentləri, eləcə də Türkiyənin dövlət rəsmiləri iştirak ediblər.

Forumun iştirakçıları türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf perspektivləri, potensial problemlər və onların həlli haqqında danışıblar. Müzakirə olunan mövzular arasında eləcədə türkdilli dövlətlərin ticarət-iqtisadi, təhsil və mənəvi əməkdaşlıq məsələləri olub.

Keçirilən sammit Azərbaycana nə vəd edir və o, türkdilli xalqların daha da yaxınlaşmasına necə təsir edəcək? Bu və digər məsələlərə aid ekspertlərin fikirlərini öyrənməyə çalışdıq.

Türkdilli ölkələr arasında vahid informasiya məkanının yaradılmasının vacibliyini qeyd edən politoloq Elman Nəsirov keçirilən sammitin yaratdığı yeni imkanlar haqda danışıb:

“Türkdilli dövlətlər arasında əlaqələr güclənməkdədir və onlar bir- birilərinə həm ikitərəfli, həm beynəlxalq formatda dəstək verirlər. Belə sammitlərin keçirilməsi iqtisadi, maliyyə, nəqliyyat, mədəniyyət, turizm və digər sahədələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar pəncərəsi açır. 21-ci əsrin informasiya əsri olduğunu nəzərə alsaq, informasiya sahəsində düzgün siyasət quran dövlətin digər problemlərin həllində də öndə olacağı şübhə doğurmayan məsələdir. Bu nəzərdən türkdilli ölkələrin vahid informasiya məkanı yaratması və bu istiqamətdə vahid televiziyanın yaradılması çox aktual məsələdir. Bununla bağlı müvafiq razılaşmalar əldə edilib, amma prezidentlər səviyyəsində isə yekun sənədin, yekun razılaşmanın əldə edilməsi gözlənilir. İnformasiya sahəsində vahid məkanın əldə edilməsi və dünyanın informasiya məkanına türk inkişafını və eyni zamanda onların üzləşdiyi problemləri, ayrıseçkilik hallarının daha obyektiv şəkildə təqdimatını reallaşdıran televiziyanın yaradılması çox mühüm bir siyasi əhəmiyyətli hadisədir”.

Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət isə türk birliyinin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq keçirilən sammit haqda gözləntilərini belə bölüşüb:

“Biz anlayırıq ki, Azərbaycan türk birliyindən kənarda qala bilməz. Təbii ki, dövlət başçılarımız görüşən zaman bizim çox gözləntilərimiz olur. Məlum olduğu kimi, Beynəlxalq Türk Xəbər Kanalı yaradılır. Biz çoxdandır bunu gözləyirik. Hesab edirik ki, bu sammit bizim xalqları daha da yaxınlaşdıracaq. Üstəlik biz çox şadıq ki, Türkmənistan da bu türk dövlətlərinin birliyinə yaxınlaşır”.

Astanada Geosiyasi Araşdırmalar İnstitutunun direktoru Asılbek İzbairov hesab edir ki, sammitdə qəbul olunan qərarlar yeni işlərin başlanmasına yardımçı olacaq:

“Qəbul edilən qərarlar yeni işlərin başlanmasına səbəb olacaq. Türkdilli inteqrasiya çərçivəsində fəaliyyət göstərən çoxsaylı birləşmələr var: Türkiyədə TÜRKPA və TÜRKSOY, Bakıda Türk Mədəni İrs Fondu, Qazaxıstanda Türk Akademiyası və digərləri. Onlar inteqrasiyanın daha da inkişaf etməsinə səbəb olurlar. Hal-hazırda türk inteqrasiyası dünyada müşahidə olunan bütün ümumi tendensiyalara cavab verir. Bu gün biz çətinliklərə, iqtisadi zəifliyə yalnız inteqrasiyanın köməyi ilə qalib gələ bilərik”.

Qafqaz xalqlarının Rusiya Konqresinin sədri Aliy Totorkulov da öz növbəsində türk xalqlarının inteqrasiyasını dəstəkləyərək Dağlıq Qarabağ mövzusunda öz fikirlərini bildirib:

“Ermənilər və azərbaycanlılar arasındakı daimi münaqişə və ermənilərin türklərə nifrəti hamıya, eləcə də ümumi inteqrasiyaya mane olur. Bunu döyüş meydanında deyil, Rusiya ilə birgə danışıqlar masasında həll etmək lazımdır. Elə ortaq məxrəcə gəlmək lazımdır ki, Dağlıq Qarabağ problemi birdəfəlik həll olsun. Türk xalqlarının inteqrasiya məsələsinə gəldikdə isə, bilirsiz ki, Rusiyada türkçülük fobiyası var. Türk xalqları dostlaşmağa başlayan kimi bizi türkçülükdə günahlandırırlar. Şükürlər olsun ki, bu kütləvi hal daşımır, bunu ayrı-ayrı şəxslər edir. Lakin bu, bizə birləşməyə mane olmalı deyil. Biz, türk xalqları da, Rusiya da birləşməliyik ki, dünyadakı narahatlıq, siyasi, iqtisadi, hərbi və digər sahələrdəki problemləri həll edək. Biz onları bir yerdə həll edə bilərik. Ona görə, heç nəyə baxmayaraq inteqrasiyaya davam etmək, birləşmək lazımdır. Türk qardaşlarımız, siz bizi Rusiyada yad ölkə kimi hesab etməyin. Biz 15 milyonuq və sizi dəstəkləyirik. Bizdən üz döndərməyin”.

Azərbaycan və digər ölkələrin ekspertlərinin sözlərindən də bəlli olduğu kimi, qlobal dünyada rahat yaşayıb inkişaf etmək üçün türkdilli dövlətlər mümkün qədər yaxın olub birgə addımlamalıdırlar.  

Qeyd edək ki, Türkdilli dövlətlərin əməkdaşlıq Şuranın tırkibində həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) fəaliyyət göstərir. Təşkilatın iştirakçıları arasında Rusiya Federasiyasının türkdilli regionları – Tatarıstan, Başqırdıstan, Şimali Qafqaz Respublikaları aktiv rol oynayırlar.

74
Teqlər:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti, TÜRKPA, TÜRKSOY
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli

Hərbi ekspert hərbçilərin maaşlarına edilən artım əlavələr haqqında danışır

10
(Yenilənib 23:01 04.03.2021)
Hərbi ekspert Emin Həsənli deyir ki, Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir
Emin Həsənli: “Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:

“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.

Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Ramil Həsən, deputat

YAP-ın qurultayı hansı zərurətdən keçirilir millət vəkili açıqlayır

57
(Yenilənib 00:46 04.03.2021)
YAP-ın üzvü, millət vəkili Ramil Həsən deyir ki, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir
Ramil Həsən: “YAP-da bu addımların atılması normal qəbul edilməlidir”

“Yeni Azərbaycan Partiyasının Qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib”. Bunu Sputnik Azərbaycan-a YAP-ın üzvü, millət vəkili Ramil Həsən deyib.

Millət vəkili qeyd edib ki, o, partiyanın Milli Məclisdə təmsil olunan 70-ə yaxın deputından biri, həm də sıravi üzvüdür və daxili nizamnaməyə uyğun olaraq partiya rəhbərliyi tərəfindən verilən əmri yerinə yetirmək onun borcudur:

“Qurultayın hansı zərurətdən keçirilməsi haqqında fikir bildirmək üçün bu barədə rəsmi açıqlama olmalıdır. Partiyanın qurultayı nə vaxtsa keçirilməlidir. Bu ola bilsin ki, mətbuatda göstərilən tarix, ya da başqa bir vaxtda baş tutsun. Qurultayın keçirilməsinə zərurət və vaciblik baxımından onu qeyd edə bilərəm ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbəriyi və vitse-prezident Mehriban Əliyevanın xoş məramı ilə iştirak etdiyi islahatlar və reforma siyasəti uğurla davam edir. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir. Ona görə də YAP-da da dövlətimizin və ölkənin siyasətinin müxtəlif sferalarında həmahənglik təşkil edə biləcək addımların atılması normal qəbul edilməlidir”.

Ramil Həsənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

57
Teqlər:
millət vəkili, zərurət, qurultay, YAP

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

0
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

0
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ