Serzh Sargsyan

Ermənistanda sovet hökuməti qurulur

161
(Yenilənib 11:53 28.08.2015)
Ekspertlərin fikrincə, Sarkisyan Konstitusiya islahatları adı altında zəbt etdiyi hakimiyyətin ömrünü uzatmaq istəyir

Ermənistanda sovet hökuməti qurulur
Avqustun 22-si Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiya islahatları haqda parlamentə layihə göndərib. İslahatlara əsasən, prezidentli respublika parlamentli respublikaya çevrilməlidir. Bəs bu addımın əsl səbəb və məqsədləri nədir? Bəzi ekspertlərin fikrincə, müstəqil siyasət yürütmək bacarığında olmayan Sarkisyan müxalifətin fikirlərini nəzərə almır və bu, addımı atmaqla hakimiyyətinin ömrünü uzatmağı hədəfləyib. 

Politoloq Elman Nəsirovun sözlərinə görə, Sarkisyan rejimi konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarında öz adamlarını möhkəmləndirmək niyyətindədir:

“De-fakto, de-yure onun növbəti dəfə prezident seçilmək hüququ yoxdur. Lakin heç bir şərtlə o, 2008-ci ildə zəbt etdiyi hakimiyyəti ilə vidalaşmaq istəmir. Bəs bunu necə etsin? Hansı yol ilə öz hakimiyyətini qoruyub saxlaya bilsin? Bunun üçün ən yaxşı vasitə Konstitusiya islahatıdır. Elə bir islahatı həyata keçirsin ki, ölkəni prezidentli respublikadan parlament respublikaya çevirsin. Ölkədə əsas səlahiyyət sahibi prezident deyil, hökümətin rəhbəri olsun. Əsas niyyəti bundan ibarətdir”.

Elman Nəsirov Ermənistanın daxili siyasi vəziyyəti və hadisələrin sonrakı inkişaf ssenariləri ilə bağlı fikirləri ümumiləşdirərək deyir ki, prezident olmayacağı təqdirdə və baş nazirliyi də iddia etmədiyini elan etmiş Sarkisyan çox böyük ehtimalla spiker olmaq istəyəcək. Məlumdur ki, parlamentli respublikada spikerin böyük səlahiyytələri olur.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu hesab edir ki, Konstitusuya islahatları adı altında Sarkisyan həm özünün Avropada demokrat imicini yaratmaq istəyir, digər tərəfdən isə siyasi elitasında təmsil olunduğu Qarabağ klanının mənafelərini güdür. O, yaxşı başa düşür ki, hakimiyyətdən gedəcəyi təqdirdə özü də, Qarabağ klanına daxil olan digər məmurlar da etdikləri cinayətlərə görə cavab verəcəklər. 

“Serj Sarkisyan situasiyanı dəyişir, elə vəziyyət yaradır ki, özü Ermənistanı idarə edə bilsin. Ona görə keçmiş Sovet İttifaqı Komunist Partiyasının idarəçilik metodunu seçib. Ermənistandakı Konstitusiya islahatlarının əsas mahiyyəti odur ki, Serj Sarkisyan rəhbərlik etdiyi partiya bütün hallarda parlament seçkilərini udur, baş naziri təyin edir və baş nazir, eləcə də hökümət üzvlərinin üzərində partiyanın təsiri çox güclü olur. Hansı nazir partiya cəzası alacaqsa, hesab edin ki, o dərhal vəzifədən uzaqlaşdırılacaq. Serj Sarkisyan özü isə hakim partiyanın lideri olaraq qalır və beləliklə bütöv Ermənistanı idarə edir. Nə baş nazir, nə prezident olur, amma ölkəni edir”.

Politoloq Elman Nəsirov Ermənistanda hasisələrin tamamilə yeni — ikinci versiya üzrə də inkişaf edəcəyini istisna etmir:

“İkinci versiya isə ondan ibarətdir ki, Sarkisyan mövqeyininə əks olaraq əslində baş nazir olmaq istəyir. İndidən baş nazir olmayacağı ilə bağlı fikirlər söyləsə də, buna inanmaq lazım deyil. Çünkü o, tarixə yalançı prezident kimi daxil olub. Bunu erməni ziyalıları və erməni müxalifəti deyirlər”.

Ekspertlər onu da qeyd edirlər ki, Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyəti xalqın getdikcə daha böyük etirazına səbəb olur. Avropa İttifaqi ilə danışıqlarda Sarkisyanın anlaşılmaz mövqe tutması və nəhayət də xalqa yalan vədlər verməsi ona qarşı imanı sarsıdıb. Belə ki, o, 3 il müddətində Avropa İttifaqı ilə assosiativ saziş imzalayacağı ilə bağlı danışıqlar apardı və onları əmin etdi ki, saziş imzalayacaq, hətta bununla bağlı son mərhələdə təbriklər də alırdı. Amma bir gecədə qərarını dəyişdi və illərlə aparılan danışıqların üstündən xətt çəkdi. Beləliklə, siyasi rəqibləri, həmçinin eksər ekspertlər hesab edirlər ki, Konstitusiya islahatları adı altında Sarkisyan hakimiyyətinin ömrünü uzatmağa çalışır.

161
Teqlər:
Sarkisyan rejimi, Serj Sarkisyan, Ermənistan

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

7
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov

Millət vəkili: “Hökumət koronavirusla bağlı sərt tədbirlər almaq məcburiyyətində qalacaq”

38
(Yenilənib 09:45 02.12.2020)
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyir ki, cəmiyyət karantin rejiminin diktə etdiyi reallıqlara heç bir sərt karantin rejimi olmadan öz həyat tərzlərini ona uyğun bir şəkildə ortaya qoymalıdır
Rəşad Mahmudov: “Birinci hədəf bu xəstəliyin yoluxma sürətini azaltmaqdır”

“Son günlər dünyada və ölkəmizdə koronavirusla bağlı statistikanın bir əvvəlki günlə müqayisədə rekord qırması heç də yaxşı nəticə deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

“Ölkələrin milli səhiyyə sisteminin çökməsi bu gün inkişaf etmiş ölkələr, həm də digər ölkələr üçün yenə aktualdır. Bütün bunları görən hökumət və Operativ Qərargah xəstəxanada olan resursların tükənməyə getdiyini gördükləri zaman daha sərt tədbirlər almaq məcburiyyətində qalacaq. Cəmiyyət karantin rejiminin diktə etdiyi reallıqlara heç bir sərt karantin rejimi olmadan öz həyat tərzlərini ona uyğun bir şəkildə ortaya qoymalıdır. Birinci hədəf epidemioloji olaraq bu xəstəliyin yoluxma sürətini azaltmaq və nəzarətdə saxlaya bilməkdir. Bu gün həm dünyada, həm də ölkəmizdə yoluxmanın sürətinin, əfsuslar olsun ki, karantin rejimindən asılı olmadan qarşısını almaq qeyri-mümkündür”.

Rəşad Mahmudovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

38
Şəhidin dəfni

Qırx gün itkin sayılan şəhid dəfn olundu

0
(Yenilənib 11:36 03.12.2020)
Dünən Şabran rayonunun Rəhimli kəndinə İkinci Qarabağ müharibəsində həyatını itirmiş 3-cü şəhid gəlib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dünən Şabran rayonunun Rəhimli kəndinə Vətən müharibəsində həlak olmuş 3-cü şəhid gəlib. 2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlu Vətən müharibəsində 40 gün idi ki, itkin sayılırdı. Lakin dünən onun şəhid olduğu məlum olub.

  • Həmzəyev Musa
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Həmzəyev Musa

Şəhid doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

Şəhid Musa Həmzəyev Axıska türküdür.

Allah rəhmət eləsin!

0
Teqlər:
itkin, şəhid, Şabran rayonu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə