Türkiyəni ilin axırına qədər çətin günlər gözləyir

46
(Yenilənib 11:57 26.08.2015)
Politoloq İlqar Vəlizadə: “Türkiyə ətrafında baş verən proseslər gələcək seçkilərə bilavasitə təsir göstərəcək”

Türkiyəni ilin axırına qədər çətin günlər gözləyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament sədri İsmət Yılmazla üç saat davam etmiş görüşdən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar verib. 

Türkiyə Konstitusiyasına əsasən, koalisiya hökuməti qurmaq üçün seçkilərdə qələbə qazanmış partiya liderinə mandat verildikdən sonra 45 gün ərzində hökumətin qurulmadığı halda növbədənkənar seçkilər keçirilir. 

Seçkiqabağı dövrdə ölkəni hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və kürdyönümlü  Xalqların Demokratiyası Partiyasının (HDP) üzvlərindən yaradılacaq müvəqqəti hökumət idarə edəcək. Digər iki partiya – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası  (MHP) müvəqqəti hökumətdə təmsil olunmaqdan imtina ediblər. Onların müvəqqəti hökumətdəki yerini heç bir partiya üzvü olmayan nazirlər tutacaq. Politoloq İlqar Vəlizadə Türkiyədə  keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı “Sputnik”in suallarını cavablandırıb.

- Türkiyə bu seçkilərə çox ağır bir dönəmdə gedir, belə bir dönəmdə növbədənkənar parlament seçkiləri ölkədəki siyasi vəziyyətə necə təsir edəcək?

—  Türkiyə ətrafında baş verən bütün proseslər keçirilən seçkilərə bilavasitə təsir göstərəcək.  Türkiyənin İŞİD-ə qarşı koalisyanın fəaliyyətinə qoşulması eyni zamanda kürd hərbi birləşmələrinə qarşı aparılan hərbi əməliyyatlar bilavasitə seçkilərə təsir göstərəcək.Yəqin ki, partiyalar öz siyasi ritorikasında müəyyən dərəcədə dəyişiklik edəcəklər. Düşünürəm ki, bu səfər siyasi ritorika daha sərt və kəskin olacaq. Siyasi mübarizələr isə daha ciddi və gərgin şəraitdə keçəcək. Bu isəTürkiyə cəmiyyətinə heçdə müsbət təsir etməyəcək. Çünki, hazırda Türkiyə daxilində ciddi problemlər yaşanır, xüsusilə milli valyutanın məzənnəsinin dollara və avroya nisbətdə aşağı düşməsi bir çox sosial-iqtisadi problemlərin gərginləşməsinə gətirib çıxarır. Çox güman ki, siyasi partiyalar seçiciləri öz tərəflərinə çəkmək üçün bu amildən də istifadə edəcəklər.

- Türkiyənin şərqində xüsusəndə kürd ərazilərində seçkiləri fövqəladə vəziyyət elan edərək keçirmək istəyirlər, buna münasibətiniz necədir?

—    Türkiyənin şərqində baş verənlər onu göstərir ki, bu ərazilərdə seçkilərin dinc şəraitdə keçməsinə çox böyük əngəllər var. Bu yaxınlarda Bakı-Ərzurum qaz kəmərində partlayışla bağlı məlumat əldə etdik. Əlbəttə, bu tip teror aktlarının sayı aratacaq. Burada fəaliyyət göstərən kürd hərbi birləşmələri insanları seçki məntəqələrindən uzaq tutmağa cəhd göstərməklə seçkilərə əngəl törətməyə çalışacaqlar. Həmin bu bölgədə fəal olan siyasi partiyalar xüsusi olaraq Xalqların Demokratiyası Partiyası bu vəziyyətədən istifadə etməyə cəhd göstərəcəklər. Ona görədə bütün bunları nəzərə alaraq atılan addım məqsədə və məntiqə uyğun bir addım ola bilər. Çünki insanların təhlükəsizliyi hər şeydən üstündür. Belə bir vəziyyətdə isə fövqəl metodlarla yaxudda fövqəl tədbirlərlə bu gərginliyi bir qədər azaltmaq olar.

- Bəzi təhlilçilərin fikrincə AKP gözlənilənlərin əksinə olaraq növbəti seçkilərdə səs itirə bilər, siz nə deyə bilərsiz bu haqda?

—    Hazırda yaşanan sosial-iqtisadi gərginlik, əlbəttə hakim partiyanın xeyrinə deyil. Lakin, birmənalı olaraq AKP-in bütün səslərini itirəcəyini demək çətindir. Çünki, burada bir çox şey siyasi texnologiyadan və siyasi ritorikadan asılıdır. Əgər AKP fəalları seçiciləri inandıra bilsələr ki, bütün bu problemlər ondan irəli gəlir ki, digər müxalifət partiyaları ilə bu müddət ərzində ortaq məxrəcə gəlinməyib. Bu vəziyyətdə isə əsas günahkarlar məhz bu müxalifət partiyalarıdır. Onda ola bilər ki, AKP hətta əlavə xal da qazana bilər. Əgər bunu edə bilməsələr, onda onlar doğurdan da səs itirəcəklər. Bir neçə ay bundan qabaq yaranan siyasi böhran daha ciddi fəsadlarla davam edə bilər. Hər halda Türkiyəni ilin axırına qədər çətin günlər gözləyir. Siyasi gərginlik artır və bunun çox ciddi fəsadlarla nəticələndiyini görürük. Belə bir vəziyyətdə bəzi regionlarda xüsusi olaraq cənubi-şərqi Anadoluda vətandaş qarşıdurması elementləridə özünü göstərir. Bu həm Türkiyənin siyasi elitası, həm də qonşuları üçün bir siqnaldır. Güman edirik ki, seçkilərdə iştirak edən aparıcı siyasi qüvvələr bunu dərk edərək münasibətləri vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarmayacaqlar.

Qeyd edək ki, 7 iyunda keçirilmiş seçkidə 13 ildir iqtidarda olan AKP təkbaşına hökumət qurmaq üçün lazım olan 276 mandatı qazana bilməyib. Prezident Ərdoğan yeni hökuməti qurması üçün 9 iyulda AKP lideri Əhməd Davudoğluna səlahiyyət verib. AKP ilə ana müxalifətdəki  CHP və MHP arasında koalisiya qurmaq istiqamətində danışılar uğursuz olub.

46
Teqlər:
Ədalət və İnkişaf Partiyası, AKP, İŞİD, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “İrandan silah alacaq ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər”

0
(Yenilənib 10:24 21.10.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmır
Elxan Şahinoğlu: “İran müasir silah texnologiyaları almağa çalışacaq”

“Silah embarqosunun ləğvindən sonra rəsmi Tehran silah almağı yox, əksinə, külli miqdarda silah satmağı planlaşdırır”. Bunu İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, İranın hər zaman müasir silah texnologiyalarına ehtiyacı olub və indi də var:

“Silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmıram. Bunun nəticəsi olaraq həmin ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər. Bununla belə İran özünə tərəfdar qrupları silahlandırmağa davam edəcək. İran çalışacaq ki, Rusiyadan və ya hansısa Avropa ölkəsindən müasir silah texnologiyaları alsın. Problem burasındadır ki, hazırda İran iqtisadiyyatı ağır günlərini yaşayır və hansı pulla bu texnologiyaların idxal ediləcəyi sual altındadır”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

33
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya XİN: döyüşlər dərhal dayandırılmalıdır

0
(Yenilənib 14:25 21.10.2020)
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib ki, döyüşlər dərhal dayandırılmalı və dinc əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır.

BAKI, 21 oktyabr — Sputnik. Rusya Azərbaycan və Ermənistan rəhbərlərinin barışıq niyyətini alqışlayır. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən verdiyi xəbər görə, bu fikri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko səsləndirib.

"Biz hər iki tərəfin fikrini eşitdik (Azərbaycan və Ermənistan nazirlərinin Rusiya Federasiyasına səfər etməyə hazır olduqları barədə). Onların sülhə nail olmaq arzusunu alqışlayırıq", – deyə Rudenko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, döyüşlər dərhal dayandırılmalı və dinc əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır.

Bir qədər bundan əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Rusiyaya səfər etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

https://ria.ru/20201021/vizit-1580795863.html

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə