Taxıl

Rusiyanın taxılı olmadan keçinmək mümkündürmü?

42
(Yenilənib 11:59 26.08.2015)
Keçən il Rusiya öz tərəfdaşlarına rekord göstəricidə buğda satıb

Rusiyanın taxılı olmadan keçinmək mümkündürmü?
Heç bir sanksiya məhdudiyyətləri Rusiyanı qlobal ərzaq bazarının əsas oyunçularından biri adından məhrum edə bilməz. Bundan əlavə, 2014-15 il mövsümündə Rusiya öz tərəfdaşlarına rekord göstərici — 22 milyon tondan çox buğda satıb.

Rusiya dünya bazarına ilk növbədə buğda çıxarır. İndi, buğda ilə yanaşı qarğıdalı da ixrac olunur. 15 il əvvəl Rusiya demək olar ki, qarğıdalı satmasa da, indi satış həcmi ilə üç-dörd milyon ton təşkil edir. Arpa da fəal satılır.

Nəticədə, indi dünya bazarında Rusiya buğdasının payı 13,5%-i ötüb. Rusiya dünya üzrə buğda ixracatçıları siyahısında üç və ya dördüncü yeri tutur. Arpa üzrə göstəricilər daha yaxşıdır – 19%, eləcə də Avropa Birliyi və Avstraliyadan sonra dünya üzrə üçüncü yer. Aqrar-qida Siyasəti və Ətraf Mühit üzrə Federasiyanın Şura Komitəsinin sədr müavini Konstantin Çıbko deyir ki, idxalı əvəzləmək prosesində əldə olunan uğurları unutmaq olmaz:

“Rusiyada çoxdan kənd təsərrüfatı sahəsində idxalı əvəzləmək məsələləri ilə məşğul olurlar. Uzun illərdir ki, yerli istehsalçının stimullaşdırılmasına yönələn proqram fəaliyyət göstərir, eləcə də bu sahənin, güzəştli kreditlərin inkişafına kömək edən regional proqramlar var. Nəticədə, keçən il yaranan vəziyyətdə, o vaxt ki, Rusiya sanksiyalara cavab olaraq bəzi ölkələrin kənd təsərrüfatı məhsullarının tədarükünə embarqo tətbiq etdi, biz Rusiyanın daxili tələblərini ödəməyə 80% hazır idik. Bu il ərzində çox iş görülüb. Həqiqətən də, bizim fermerlər üçün yaradılmış şərait, onlara istehsalı artırmağa və genişləndirməyə imkan verdi. Kənd təsərrüfatı sahəsində idxalı əvəzləmək baxımından mənin şübhəm yoxdur ki, bütün problemlər yaxın gələcəkdə həll olunacaq”.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat institutunun araşdırma şöbəsinin müdir müavini Boris Frumkin hesab edir ki, uzun məhsul siyahısı üzrə Rusiya özünü nəinki təmin edir, eləcə də qlobal satıcılar siyahısında yer tutur:

“Rusiyanın bir sıra məhsullar üzrə özünütəminetmə potensialı var. Bütün məhsulları bir neçə qrupa bölmək olar. Birinci qrup — özümüzü sabit təmin edərək səmərəli ixrac edə bildiyimiz məhsullardır. Onlara buğda, arpa, günəbaxan və onlardan əldə olunan məhsullardır. İkinci qrup ardıcıl istehsal edə bildiyimiz məhsullardır — quşçuluq, toyuq, donuz əti, soya və lobyalar. Üçüncü sırada isə özümüzü təmin edə bildiyimiz meyvə və tərəvəzlər dayanır”.

Bundan əlavə, ölkədə ərzaq istehsalının davamlı artıma nail olmaq üçün görülməli hələ çox iş var, —  Konstantin Çıbko deyir:

“Biz ət istehsalı sahəsində layihələri davam etdirməliyik. İlk növbədə mal və donuz ətinə mümkün qədər diqqət yetirməliyik. Əlbəttə ki, tərəvəz istehsalını da artırmaq lazımdır, baxmayaraq ki, onları dost ölkələrdən idxal etmək mümkündür. Bu sahələr inkişaf edəcəklər”.

“Yaşıl Patrul” ictimai təşkilatının ekoloji proqramlar direktoru Roman Pukalov hesab edir ki, siyasi təzyiq nəticəsində yaradılan problemlərlə yanaşı təbii amillər də mühüm rol oynayır:

“Bu, ilk növbədə iqlim şəraitinin dəyişməsi ilə bağlıdır. Lakin burada başqa narahat edici amillər var. Bizim sərvətimiz qara torpaqlı ərazilər — Belgorod, Kursk, Voronej, Tambov və Orlov vilayətləridir. Orada yaxşı iqlim, kifayət qədər yağış və münbit torpaq var. Amma son illər biz atmosferdə manqan konsentrasiyasının artdığını görürük.

Yeni istehsal, yeni mənbələr yoxdur, konsentrasiya isə artır. İcazə verilən həddə qədər olmasa da, əhəmiyyətli dərəcədə artır. İqlim şəraitinin dəyişməsi, güclü yağıntıların, fırtına və qasırğaların yaranması bu qaratorpaqların məhvinin başlanmasına gətirib çıxarır. Bu bizi çox narahat edir”. 

Ekspertlər deyirlər ki, Rusiya daxili və dünya bazarını təmin etməyə kənd təsərrüfatının inkişafı üçün böyük potensial və yaxşı perspektivlər olduğunu bir daha göstərdi. İndi əsas təbii şəraitdən tutmuş siyasi oyunlaradək hər bir çağırışa cəld və düşünülmüş şəkildə cavab verməyi öyrənməkdir.

"Sputnik" (Rusiya)

42
Teqlər:
sanksiya, taxıl, Rusiya
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

10
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

24
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0