the latest issue of Charlie Hebdo newspaper at a newsstand

Təhqir Avropa dəyəridirmi?

23
(Yenilənib 11:41 25.08.2015)
Charlie Hebdo jurnalına hücümdan sonra bu mövzu daim müzakirə olunmaqdadır

Təhqir Avropa dəyəridirmi?
Avropa yeni qayda-qanunlarla yaşamağa öyrəşir. Fransanın Charlie Hebdo həftəlik  jurnalının redaksiyasında jurnalistlərin güllələnməsi əvvəlcə Avropa dəyərlərinə real zərbə kimi qəbul edilib. Lakin tezliklə bir çox siyasətçi və ekspertlər məhz təhqirlərin Avropa dəyərləri kimi hesab edilməsi haqda danışmağa başladılar. Bu müzakirələr hələ də davam edir.

Charlie Hebdo müntəzəm olaraq Məhəmməd Peyğəmbərin karikaturalarını öz səhifələrində dərc edirdi ki, buna da dindarlar biganə qala bilməzdi. 2007-ci ildə məhz peyğəmbərin karikaturaları jurnalın baş redaktoru Filip Valı məhkəmənin şübhəli kürsüsünə çıxardı. Lakin məhkəmə ona bəraət verdi. Növbəti ismarıc 2011-ci ildə, redaksiyanın naməlum şəxslər tərəfindən yandırılması zamanı gəldi. Bunun səbəbi növbəti buraxılışın redaktoru kimi Məhəmməd peyğəmbərin elan edilməsi qərarı oldu. Bu buraxılış Tunis və Liviyadakı vəziyyətə həsr olunaraq “Şəriət-Ebdo” adı ilə çıxmalı idi. Bir il sonra redaksiya bir sıra yeni karikaturalar dərc etdi. Bu, “Müsəlmanların məsumluğu” filminin yaratdığı iğtişaşlar ərəfəsində idi. Artıq o zaman, Avropanın radikal islamçılar tərəfindən xüsusilə sarsıdıldığı vaxtda, jurnalistlərin odla oynadıqlarını ehtimal etmək olardı. Lakin heç kim düşünməzdi ki, məsələ karikaturaların müəllif və təhrikçilərinin həyatlarına son qoyulmasına gətirib çıxaracaq. Avropanın ictimai rəyi redaksiyada baş verən hadisələri dəhşətli faciə kimi qiymətləndirir. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorovun sözlərinə görə, Fransa bu cür hadisəni yüz ildən artıq idi ki görmürdü:

“Charlie Hebdo jurnalının siyasəti müxtəlif cür qiymətləndirilir. Fransız xalqının əksəriyyəti onunla həmrək olsa da, dünyada çoxu onu tənqid edirdi. Çünki hər hansı bir növ mənəviyyatı və digər əsasları alçaldan jurnalı heç də hamı bəyənmə bilməz. Amma bu, orada işləyən jurnalistləri öldürmək üçün səbəb ola bilməzdi. Faciənin başlanğıc nöqtəsi jurnalın karikaturaları ilə formal təhqir olunan qatillərin davranışları oldu. Əslində, terrorizm fenomeninin mənşəyi daha dərindir. Bu hadisə miqyasına görə bütün Fransanı sarsıtdı”.

Redaksiyadakı faciə 2015-ci ilin əvvəlində Fransanı sarsıdan ilk terror hücumu oldu. Yanvarın 8-i Paris yaxınlığında polis işçisinə hücüm olundu, ertəsi gün daha iki polis işçisi girov götürüldü. Kədərli statistika belədir ki, üç gün ərzində üçü polis olmaqla 17 nəfər həlak oldu. Yanvarın 9-da isə polislər üç terrorçunu öldürdü.

Fransada immiqrasiya probleminin həll edildiyi deyil, hər il daha da artdığı haqda danışmağa başladılar. Strateji Konyuktura Mərkəzinin direktor müavini Mixail Çernovun fikrincə, bunun nəticəsində orada ekstremist ideyaların inkişafı üçün şərait yaranır:

“Fransada immiqrasiya ilə bağlı ciddi problem var. İmmiqrantlar yerli əhaliyə qarışmayaraq cəmiyyətdə muxtar varlıqlarını davam etdirirlər. Miqrant işçilər, nədənsə məhrum insanlar, yerli icma tərəfindən anlaşılmayan şəxslər aqressiv tolerantlığın obyektinə çevrilirlər. Bu, terrorizm və ekstremizm üçün münbit zəmin yaradır”.

Baş verənlər bütün Avropa üçün sarsıdıcı oldu, — Sergey Fyodorov davam edir:

“Bu terror aktı Avropa reallığında kədərli bir səhifə açdı. Bundan sonra digər oxşar hadisələr baş verdi. Fransada təhlükəsizliyin gücləndirilməsinə baxmayaraq, heç kim oxşar terror hücumlarının təkrarlanacağını istisna etmir. Bunu bütün siyasətçilər deyir. Bu, dünyanın ümumi vəziyyəti ilə bağlıdır — Suriya, İraqda baş verən hadisələr və İŞİD ilə”.

Bunun nəticəsi regional problemlərin çox qısa bir müddətdə qlobal problemə çevrilməsi oldu. Həmçinin o oldu ki, insanların çoxu məhz onların ölkələrinin Suriya müxalifətinə silah verməklə Bəşər Əsədi yıxmağa kömək etdiklərini xatırlayırlar.

“Sputnik” (Rusiya)

23
Teqlər:
Charlie Hebdo
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

10
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

24
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0