Покупка, деньги

Bilirsiniz, əsl kasıblıq dövrü vaxt başlayacaq?

547
(Yenilənib 12:12 24.08.2015)
Ekspertlər qiymət artımında süni amillərin də rol oynadığını deyir

Bilirsiniz, əsl kasıblıq dövrü nə vaxt başlayacaq?
Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanda bir sıra istehlak mallarının qiymətlərinin artmasına səbəb olub. Bu isə öz növbəsində ölkədə alıcılıq qabiliyyətinin düşməsinə təsir göstərib. Azərbaycana taxıl ixrac edən Qazaxstanda da 35 faizlik devalvasiya baş verib. Bu və digər məsələlər ümumiyyətlə dünya iqtisadiyyatının yaxşı vəziyyətdə olmadığını göstərir. Azərbaycan doğurdanmı “kasıblıq” dövrünü yaşayır, ölkədə qiymət artımının qarşısı alınacaqmı? Bu məsələləri araşdırmağa çalışdıq.

İqtisadçı ekspert Pərviz Heydərovun fikrincə, qiymət artımının qarşısını almaq mümkün olmayacaq:

“Qiymətləri inzibati yolla saxlamaq və ya müəyyən eləmək qeyri mümkündür. Sadəcə olaraq, Azərbyacanda son illərdəki təcrübəyə əsasən süni qiymət artımı problemi mövcuddur. Bu da əsasən müəyyən sahələrdəki insiharçılıqdan irəli gəlir. Dünya iqtisadiyyatında gedən proseslərlə bağlı o cümlədən neftin qiymətinin azalması ölkədə qeyri neft sektorunun hələ kifayət qədər inkişaf etməməsi səbəbindən istehlak bazrında müəyyən qiymət artımı, bahalaşma labüddür. Mənim fikrimcə bu ilin axırınacan biz istehlak bazarında müəyyən bahalaşma ilə üzləşə bilərik. Amma bötüvlükdə qiymətlərin nəzarətdən çıxması xüsusəndə kəskin süni qiymət artımlarının baş verməsi mümkün deyil”.

İqtisadçı ekspert Vüqar Bayramlı isə bildirib ki, bahalaşmanın daha çox suni amillər əsasında baş verməsini deməklə yanaşı əlavə edir ki, qiymət artımı tək xaricdən idxal olunan məhsullara aid deyil:

“Avqust ayında nə qədər qəribə olsada bütün şirkətlər eyni vaxtda istər ərzaq, istər qeyri-ərzaq məhsullarının qiymətlərinin artırılması ilə bağlı qərar qəbul etdi. Bizim apardığımız monitorinqlər göstərir ki, heç də bütün qiymət artımları devalvasiya nəticəsində yaranan xərc hesabına deyil. Çünki yerli istehsal olan məhsullarının qiymətlərinində də artımlar olub. Hətta elə məhsullar var ki, onların istehsalında xaricdən gətirilən xammaldan istifadə olunmur, yani tamamən yerli məhsuldur amma həmin məhsullarında qiymətlərində artımlar var. Bu isə onu göstərir ki, son qiymət artımları yalnız iqtisadi deyil, eyni zamanda süni qiymət artımlarıdır. Çox təssüf ki, sahibkarlar süni şəkildə qiymət artımına gedərək daha çox gəlir əldə etməyə çalışırlar. Bu isə bazarlarda orta hesabla 10 faizlik qiymət artımına gətirib çıxarır.”

Vüqar Bayramlı onu da qeyd edib ki, İqtisadiyyat və Sənaye nazirliyi süni qiymət artımlarına qarşı mübarizəni gücləndirməlidir. Güman olunur ki, bəzi  məhsullarda artım faizinin azalması, bəzi  məhsullarda isə qiymətlərin əvvəlki vəziyyətdə saxlanılması mümkündür.

Ekspert həmçinin Qazaxıstanda baş verən devalvasiyanın Azərbaycana satılan taxılın qiymətinə təsiri haqda danışıb:

“Qazaxıstanda baş verən devalvasiya Qazaxıstanda istehsal olan məhsulların həm manat, həm dollar ifadəsində qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Amma taxıl strateji məhsul olduğundan adətən  dünya bazarında taxılın qiyməti dollarla müəyyənləşdirilir. Bu zaman artıq milli valyutanın devalvasiyası zamanı strateji məhsulların qiymətlərinin dollar ifadəsində aşağı düşməsinə gətirib çıxarmır. Taxıl idxalı ilə bağlı Azərbyacan ilə Qazaxıstan arsında aparılan danışıqlarda valyuta növü kimi dollar götürülüb. Devalvasiya Qazaxıstanda istehsal olan məhsulların dollar və ya manat ifadəsində qiymətlərinin aşağı düşməsinə gətirib çıxarsa da, bu, taxılın qiymətinə təsir göstərməyəcək”.

Ekspert Pərviz Heydərov bildirib ki, növbəti illərdə Azərbaycanda real “kasıblıq” dövrü özünü göstərə bilər:

“Kasıblıq dövrü hal-hazırda cəmiyyətə tam hakim kəsilməsə də, dövlət üçün bu dövr artıq başlanmış sayılır. Bizim dövlətin gəlirlərinin 90%-i neftdəndir. Son illərdə bizdə daxildə neft hasilatı azalır, üstəlik də keçən ilin iyun ayından bəri neftin qiymətində iki dəfədən çox ucuzlaşma olub. Hətta gözlənilir ki, qiymətlər daha aşağı səviyyəyə düşsün. Neftin qiyməti ən bədbin proqnozlara əsasən həqiqətən də kəskin şəkildə enərsə, bu artıq cəmiyyətdə də, ölkə iqtisadiyyatının bütün sferalarında özünü hiss etdirəcək. Yəni əsl kasıblıq dövrü növbəti illərdə özünü göstərə bilər”. 

O ki qaldı “kasıblıq” dövrünün nə qədər davam edəcəyi məsələsinə, ekspertlər hesab edir ki, bu dövr yalnız dünya iqtisadiyyatında stabillik əldə edildikdən sonra aradan qalxa bilər.

547
Teqlər:
kasıblıq” dövrü, kasıblıq, manatın devalvasiyası, neft, Pərviz Heydərov, Vüqar Bayramlı
Sədrəddin Soltan

Ekspert İran prezidentinin xüsusi nümayəndəsinin regiona səfərini şərh edir

141
(Yenilənib 10:06 29.10.2020)
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, Azərbaycan ictimaiyyəti İranın bu məsələdə vasitəçi olmasını arzulamır
Sədrəddin Soltan: “İran torpaqlarımızın işğal altında qalması üçün hər işi görüb”

İran prezidentinin xüsusi nümayəndəsi Abbas Əraqçı Qarabağ münaqişəsini müzakirə etmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, Qarabağ münaqişənin həllində İranın yeri yoxdur: “İranın əvvəlki və indiki davranışları onu ədalətli vasitəçi olacağına kölgə salır. Bu ölkə torpaqlarımızın işğal altında qalması üçün hər işi görüb. Azərbaycan ictimaiyyəti İranın bu məsələdə vasitəçi olmasını arzulamır. İran maşınları səhərdən axşamacan Ermənistana ərzaq yanacaq daşıyır. Əraqçının Bakı səfəri məntiqsiz olacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Sədrəddin Soltannın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

141
Пятьдесят первое заседание клуба политологов Южный Кавказ

Politoloq: “Ermənistan atəşkəsdən istifadə etməklə güc toplamaq istəyir”

39
(Yenilənib 00:51 28.10.2020)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrədə həmsədrlərlə görüşünə toxunan politoloq Tofiq Abbasov deyir ki, atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik
Tofiq Abbasov: “Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”

Oktyabrın 29-da Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü keçiriləcək.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Cenevrə görüşündən gözləntilər böyük deyil: “Atəşkəsin kimə daha çox lazım olduğunu qeyd etməliyik. Ermənistan vəziyyətinin ağır olduğunu anlayır və çalışır ki, atəşkəsdən istifadə etməklə güc toplasın. Proseslər göstərir ki, Ermənistan danışıqlara sadiq olan tərəf deyil. Biz Ermənistanı məkrli planlarından əl çəkməyə vadar etməliyik”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

39
Teqlər:
danışıqlar, ATƏT-in Minsk Qrupu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Atəşkəsin pozulması, atəşkəs
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil
Axundov: "Ermənistan nə hərbçilərinin meyitini, nə də vətəndaşlarını təhvil almaq istəyir"
Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

Putin Azərbaycanın əzəli torpaqlarına olan hüquqları barədə

0
Rusiya prezidenti: "Hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var".

BAKI, 29 oktyabr - Sputnik. "Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”.

Sputnik Azərbaycan RİA novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "VTB Kapital"ın "Rusiya çağırır!" investisiya forumunun plenar iclasında deyib.

Putin hər kəsin öz həqiqəti olduğunu bildirib:

"Burda sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü deyirik.

Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqının, Ermənistan dövlətinin maraqlar balansını tapmaq lazımdır ki, insanların özünü təhlükəsiz hiss edə bilməsi, eyni zamanda effektiv regional inkişaf üçün imkan yaradılsın. On illərlə davam edən münaqişə tərəflərinin effektiv inkişafına imkan vermir".

Putin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ilkin mərhələdə hərbi əməliyyatları dayandırılmalı və danışıqlar masası arxasına oturmaq lazımdır.

Rusiya prezidenti Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini də günahlandırıb.

"Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi", - deyə Putin bildirib.

 

0