Students from the Moscow State Pedagogical University

Bizim universitetlərin dünya reytinqinə düşməsi mümkündürmü?

50
(Yenilənib 14:14 18.08.2015)
Ekspertlərin fikrincə, bunun üçün coxsaylı problemləri həll etmək lazımdır.

Bizim universitetlərin dünya reytinqinə düşməsi mümkündürmü?
Şanxayın Tszyao Tun universitetinin Dünya Səviyyəli Universitetləri Araşdırma Mərkəzi dünya universitetlərinin 2015-ci il üçün akademik reytinqini təqdim edib. 2003-cü ildən dərc olunan reytinqə 500 unversitet daxildir. 

Dərc olunana reytinqin ilk 3 yerində ABŞ-ın Harvard və Stanford universitetləri, eləcə də Massaçusets Texnologiya İnstitutu qərarlaşıblar. 

Post-sovet məkanın təmsilçisi kimi Lomonosov adına Moskva Dövlət Universiteti isə 86-cı yeri tutub. Bəs Azərbaycan universitetlərinin nə vaxtsa belə reytinqlərə düşəcəyi realdırmı? Bu məsələni araşdırmağa çalışdıq.

Əməkdar müəllim Asif Cahangirov bildirib ki, Azərbaycan universitetləri ancaq öz aralarında özlərindən qürur duya bilirlər:

“Bu reytinqin öz tələbləri var, o tələblərə də hələ ki bizim universetlər cavab vermir. Əfsuslar olsun ki, bizim universtelər Azərbyacan daxilində özlərinin fəaliyyətindən çox böyük qürür hissi ilə danışırlar. Amma, bunlar beynəlxalq reytinqlərdə öz yerini görmədikdə heç də peşiman olmurlar”.

Ekspert eləcə də müasir univeristetin yaranma yollarından söz açıb: “Heç olmasa birdənə normal universet yaratmaq üçün ölkənin bütün potensialını cəmləşdirib hansısa bir universeti götürüb onu müəyyən bir dövr ərzində  bu səviyyə çatdırmaq olar”.

Təhsil eksperti Məlahət Mürşüdlü də hesab edir ki, yaxın beş il ərzində Azərbaycan universitetlərinin bu cür reytinqlərə düşməsi real deyil. Məlahət xanım ali məktəblərin pedaqoji kadrlarının böyük əksəriyytəinin sovet dövründən qaldığını bildirməklə yanaşı Boloniya prosesinin tətbiqində də problemlər olduğunu deyir:

“Mən deyərdim ki, bu beş il ərzində görünmür, çünki universetlərimiz buna hazır deyil. Universetlərdə tədris olunan proqramlar və texniki baza imkan vermir ki, yaxın beş ildə Azərbaycan universetləri həmin reytinqdə özünə yer alsın. 2005-ci ildə Azərbaycan universetləri Boloniya sisteminə qoşulub. Bu gün təhlil aparsaq görərik ki, bu prosesin yerinə yetirilməsində sual doğuran məqamlar var. Universetdə çalışan professor-müəllim heyətinin hazırlığı baxımından da böyük problemlər var. Sovet təhsil priotetləri hələdə bu müəllimlərin metodikasında qalıb”.

Dünya universitetlərinin akademik reytinqi şəffaflıq və maraqlı olmayan tərəflərin məlumatları əsasında müəyyənləşir. 2000-dən çox universitet arasında aparılan seçimdə Nobel və ya Filds mükafatı almış məzun və əməkdaşların sayı, tədqiqatlarından sitat gətirilməsi, elmi jurnallarda son 10 ildə dərc olunmuş məqalələrin sayı və digər amillər rol oynayır.

50

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

12
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Düsen Kaseinov, arxiv şəkli

Düsen Kaseinov:“Dini abidələrin dağıdılması bəşəriyyətin təhqir olunmasıdır”

12
(Yenilənib 10:02 19.01.2021)
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək
Düsen Kaseinov:“Dağıdılmış irsimizin qısa zamanda bərpa ediləcəyinə inanıram”

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Sputnik Azərbaycan xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında  Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpasını arzuladığını söyləyib.

“Bu, dağıntılar bütün bəşəriyyətə qarşı törədilib. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir. Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin. Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”, – deyə baş katib bildirib.

Düsen Kaseinovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

0
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

0