Smart TV

“Qara siyahı” bu dəfə “reket” qəzetlər yox, verilişlər üçün...

232
(Yenilənib 14:16 18.08.2015)
MTRŞ-nın verilişlərin “qara siyahısı”nın hazırlanması lazımdırmı və bu, nəyisə dəyişə bilərmi?

“Qara siyahı” – bu dəfə “reket” qəzetlər yox, verilişlər üçün...
Bir müddət əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq və o dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə Şura tərəfindən baxılacaq.

MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirir ki, dosyedə verilişlərin ümumi məzmunu və məqsədi geniş şəkildə əksini tapacaq.  "Dosyelərin əsasında rəhbərliyə arayış təqdim edəcəyik ki, məsələn, filan verilişdə müsbət məqamlar, filan verilişdə isə mənfi məqamlar üstünlük təşkil edir. Buna tam "qara siyahı" da demək olmaz. Çünki müsbət məqamlar da dosyedə qeyd olunacaq. Amma təbii ki, neqativ aspektdən fərqlənən verilişlərin dosyelər əsasında ayrıca "qara siyahısı" olacaq"-, deyə T.Dadaşov vurğulayıb.

Verilişlərin "qara siyahısı"nın hazırlanması lazımdırmı və bu, nəyisə dəyişə bilərmi? Televiziya üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli sualı belə cavablandırdı:

"Amma mən hesab edirəm ki, siyahıların tərtib olunması o qədər də böyük fayda verməyəcək. Əsas məsələ odur ki, televizya rəhbərləri, produserlər, redaktorlar, müəlliflər, rejisorlar bunlar məsuliyyət hiss etsinlər ki,ekrana çıxardıqları verilişlərə müəyyən məzmun versinlər. Çox gözəl dramaturuji formalardan istifadə edilsə, bu, tamaşaçı üçün də maraqlı olar. Bizdə öyrənmək və daha maraqlı verilişlər hazırlamaq duyğusu azalıb. Belə hesab edirlər ki, necə verilişlər hazırlamalarından asılı olmayaraq, o qəbul olunacaq. İkinci bir ciddi məsələ maliyyə məsələsi ilə bağlıdır, sponsorların sövqün nəzərə alan verilişlər çoxalır. Bu məsələyə ciddi sədd qoyulmalıdı. Büdcədən maliyyələşən və özəl televizyaların verilişləri arasında da müəyyən fərq qoymaq lazımdır".

Professor bayağı verilişlərin nə üçün meydana çıxması məsələsinə toxunaraq deyir ki, birincisi, peşəkarlıq aşağı düşüb, televizya və radionun ifadə imkanlarına əhəmiyyət verilmir. Təcrübəli jurnalistlər bəzən platformadan geri çəkilirlər. Təcrübəsiz insanlar ortaya çıxır ki, onlarda maraqlı verilişlər hazırlaya bilmirlər.

İkincisi, verilişlərdə bəzən heç bir ictimai əhəmiyyət doğurmayan, tamaşaçı və cəmiyyət üçün maraqsız olan mövzulara toxunulur. Xüsusən çox vaxt tamaşaçı üçün maraqsız olan kəskin xarakterli məsələlər ekrana gətirilir. Nəticədə bu cür verilişlər toplanır və "qara siyahı"ların yaranmasına ehtiyac yaranır.

Verilişlərin dosyelərinin hazırlanması müəyyən mənada televiziyaların bədii yaradıcılığına müdaxilı deyilmi? MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov:

"Söhbət verilişlərin bu vaxta kimi yol verdikləri qanun pozuntularından gedir. Bəzi verilişlər varidi ki, mütamadi olaraq ictimayətində ciddi narazılığına səbəb olan qanun pozuntularına yol vermişdir. Ola bilsin efirdə söyüş söymüşdülər, təhqirə yol verilmişdi, bəzi qeyri mədəni, qeyri etik mövzular müzakirəyə çıxarılmışdır. Aparıcılar ictimayətin bəzi kəsimlərini müəyyən mənada təhqirə məruz qoymuşdular. Həmin o qanun pozuntularını sistemləşdirmək məqsədi ilə bu addım atılır. Bu heç də yayımçıların yaradıcılıq fəaliyyətinə qarışmaq kimi anlaşılmamalıdır".

Xatırladaq ki, mətbuat və cəmiyyət münasibətlərini tənzimləməli qurum olan Mətbuat Şurası da ildə bir neçə dəfə qəzetlərin "qara siyahısı"nı hazırlayır. Bu daha çox yazılı medianın "reket" fəaliyyıtinə qarşı mübarizə aparmaq üçün edisə də, bu vaxta kimi belə halları tam aradan qaldırmaq tam mümkün olmayıb.    

232
Teqlər:
özəl televiziya, MTRŞ, Nuşirəvan Məhərrəmli, Qulu Məhərrəmli

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

9
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

9
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov

Millət vəkili: “Hökumət koronavirusla bağlı sərt tədbirlər almaq məcburiyyətində qalacaq”

39
(Yenilənib 09:45 02.12.2020)
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyir ki, cəmiyyət karantin rejiminin diktə etdiyi reallıqlara heç bir sərt karantin rejimi olmadan öz həyat tərzlərini ona uyğun bir şəkildə ortaya qoymalıdır
Rəşad Mahmudov: “Birinci hədəf bu xəstəliyin yoluxma sürətini azaltmaqdır”

“Son günlər dünyada və ölkəmizdə koronavirusla bağlı statistikanın bir əvvəlki günlə müqayisədə rekord qırması heç də yaxşı nəticə deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

“Ölkələrin milli səhiyyə sisteminin çökməsi bu gün inkişaf etmiş ölkələr, həm də digər ölkələr üçün yenə aktualdır. Bütün bunları görən hökumət və Operativ Qərargah xəstəxanada olan resursların tükənməyə getdiyini gördükləri zaman daha sərt tədbirlər almaq məcburiyyətində qalacaq. Cəmiyyət karantin rejiminin diktə etdiyi reallıqlara heç bir sərt karantin rejimi olmadan öz həyat tərzlərini ona uyğun bir şəkildə ortaya qoymalıdır. Birinci hədəf epidemioloji olaraq bu xəstəliyin yoluxma sürətini azaltmaq və nəzarətdə saxlaya bilməkdir. Bu gün həm dünyada, həm də ölkəmizdə yoluxmanın sürətinin, əfsuslar olsun ki, karantin rejimindən asılı olmadan qarşısını almaq qeyri-mümkündür”.

Rəşad Mahmudovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

39
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3