Çap maşını, arxiv şəkli

"MDB", "Böyük Vətən müharibəsi" COVID-19 mövzularında esse müsabiqəsinin qalibləri

11
(Yenilənib 17:40 03.09.2021)
Ümumilikdə müsabiqəyə Cənubi Qafqazdan olan 18-35 yaşlı jurnalist və mütəxəssisdən 40-a yaxın müraciət daxil olub.

İyulun 20-də "Ceyran media" Mətbuat Klubunun təşkilatçılığı ilə beynəlxalq esse müsabiqəsinə yekun vurulub. Esselərin qəbulu aprelin 27-dən iyulun 1-nə kimi keçirilib. Ümumilikdə müsabiqəyə Cənubi Qafqazdan olan 18-35 yaşlı jurnalist və mütəxəssisdən 40-a yaxın müraciət daxil olub.

Hər bir esse üç müstəqil ekspert tərəfindən müsabiqə qaydalarına uyğun şəkildə qiymətləndirilib.

Müsabiqənin mövzuları aşağıdakılardan ibarət idi:

– "Postsovet məkanında inteqrasiya layihələri çərçivəsində müasir beynəlxalq əlaqələr və onların perspektivləri: Avrasiya İqtisadi Birliyi, MDB, KTMT";

– "Böyük Vətən müharibəsi ilə bağlı tarixi yaddaşın qorunması: çağırışlar və təhdidlər";

– "COVID-19: milli problemlər və inteqrasiyalı həllər".

Qaliblər münsiflər heyətinin səs çoxluğu ilə seçilib.

Münsiflər heyətinə daxil olublar:

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radio Sputnik-in, Rossiya Seqodnya BİA-nın Yaxın Xaric və Baltikyanı ölkələr üzrə İdarəsinin rəis müavini Yelena Zaqorodnya, Avrasiya Xalqlar Assambleyası Baş Katibliyinin gənclərlə əməkdaşlıq üzrə Departamentinin rəhbəri, Avrasiya Xalqlar Assambleyasının həmsədri Marianna Qriqoroviç.

Mükafatlandırma mərasimi sentyabrın 7-i saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq.

Qaliblərə təşkilatçılardan xatirə hədiyyələri təqdim olunacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

11
Saksafon

Rusiya cazmenlərinin mətbuat konfransı

38
(Yenilənib 14:29 15.09.2021)
Bakıda ənənəvi olaraq payızın əvvəlində dünyanın müxtəlif ölkələrindən olan onlarla məşhur caz ifaçılarını bir araya gətirən beynəlxalq caz festivalı keçirilir.

BAKI, 15 sentyabr — Sputnik. Bakıda ənənəvi olaraq payızın əvvəlində dünyanın müxtəlif ölkələrindən olan onlarla məşhur caz ifaçılarını bir araya gətirən beynəlxalq caz festivalı keçirilir.

Bu ilin festival iştirakçıları arasında Rusiya nümayəndələri, caz ifaçısı Anna Kaşina və "Jazz du Soleil" layihəsi də Bakıya gələcəklər. Anna Kaşina və "Jazz du Soleil" layihəsi öz repertuarını fransız şansonu, klassik caz standartları və Latın Amerika ritmlərinin qarışığı üzərində qurub. Musiqiçilərin özlərinin dediyinə görə: "Caz dünyanın bütün ölkə və şəhərlərində başa düşülən bir dildir. Amerika, Fransa, Rusiya - o, bütün qapıları açır. Məqsədimiz dinləyicilərin yaddaşında unudulmuş motivləri tanıtmaq və canlandırmaqdır. Yuxarıda göstərilən ölkələrin mədəniyyətlərini birləşdirərək yeni və müasir bir şey yaratmaqdır".

Müğənni Anna Kaşina və "Jazz du Soleil" layihəsinin iştirakçıları sentyabrın 17-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində təşkil olunan mətbuat konfransında bir gün əvvəl keçirilən konsertdən və bütövlükdə festivaldan aldıqları təəssüratlardan danışacaqlar.

Spikerə sualları qabaqcadan bu elektron ünvana göndərmək olar: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.

Əlaqə:

Telefon: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.

38
Teqlər:
caz, Bakı Caz Festivalı, mətbuat konfransı
Şəkiyə gedən yol, arxiv şəkli

2021-ci ilin yay fəslinin isti keçməsinin səbəbləri nəticələri

575
(Yenilənib 16:44 14.09.2021)
Ekspertlər bildiriblər ki, son 25 ildə Abşeron yarımadasında müsbət temperatur anomaliyaları üstünlük təşkil edib.

BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanda yayın son ayları son dərəcədə isti keçib. Bir çox ahıllar bildiriblər ki, bir neçə həftə ardıcıl olaraq davam edən belə isti günləri xatırlamırlar.

Mütəxəssislər bu hadisəni qlobal iqlim dəyişiklikləri ilə əlaqələndiriblər. Ekspertlər bildiriblər ki, son 25 ildə Abşeron yarımadasında müsbət temperatur anomaliyaları üstünlük təşkil edib. Bakıda orta maksimal temperatur xüsusən də avqust ayında xeyli artıb, istilik dalğalarının təkrarlanması və davamlılığı müşahidə olunur.

Bu istiliyin Azərbaycan təbiətinə və təsərrüfat fəaliyyətinə necə təsir etdiyi, yaxın illərdə iqlim proseslərinin necə inkişaf edə biləcəyi və ətraf mühitə necə təsir edəcəyi haqqında sentyabrın 16-da saat 11:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində onlayn mətbuat konfransı zamanı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov məlumat verəcək.

Əlaqə:

Telefon: 404-13-84/85

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

575

Ali məktəbə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

3
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

BAKI, 18 sentyabr - Sputnik. Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatının onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılacağı barədə məlumat verilmişdi.

Sputnik Azərbaycan bildirir ki, Dövlət İmtahan Mərkəzi bu müddətin uzadıldığı barədə məlumat yayıb.

Belə ki, qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılıb. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. 

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.

Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir. 

Eləcə də oxuyun:

3
Teqlər:
tələbə, ali məktəb, qəbul, qeydiyyat, DİM