Bakı bulvarından Xəzər dənizinə mənzərə, arxiv şəkli

Xəzər dialoqunun perspektivləri

38
Avqust ayının 12-də Aktauda Xəzər Konvensiyası qəbul olunub və bu sənəd regionun siyasi həyatının əsas hadisəsinə çevrilərək Xəzəryanı dövlətlərin qarşısında duran geniş vəzifələrin həlli üçün siyasi və hüquqi konteksti müəyyənləşdirib.

BAKI, 9 avqust — Sputnik. Hər il avqustun 12-si Xəzər Dənizi Günü kimi qeyd olunur. Bu barədə qərar 2006-cı ildə qəbul olunub. Bu tarix dəniz mühitinin qorunması ilə bağlı Tehran Çərçivə Konvensiyasının ratifikasiyası ilə üst-üstə düşür.

Eyni zamanda, son illər ərzində bu tarix təkcə planetin ən böyük gölünün ekoloji vəziyyətindən danışmaq üçün deyil, həm də dünyanın ən aktual mövzularını müzakirə etmək üçün geniş gündəmi formalaşdırmaq məqsədilə də qeyd olunmağa başlanılıb.

12 avqust 2018-ci il tarixində Aktauda Xəzər Konvensiyası qəbul olunub və bu sənəd regionun siyasi həyatının əsas hadisəsinə çevrilərək Xəzəryanı dövlətlərin qarşısında duran geniş vəzifələrin həlli üçün siyasi və hüquqi konteksti müəyyənləşdirib.

Hazırda Xəzər dialoqunun necə reallaşdırıldığı, onun iştirakçılarının qarşısında hansı vəzifələrin dayandığı barədə avqustun 12-si saat 14:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin "Şimal-Cənub" politologiya mərkəzi, "Trend" informasiya agentliyi və "BakuNetwork" analitik ekspert şəbəkəsi tərəfindən birgə təşkil olunacaq Xəzər problemlərinə həsr olunmuş videokonfransların yekun videotədbirində danışılacaq.

Tədbirdə iştirak edəcəklər:

Azərbaycan Diplomatiya Akademiyasının (Bakı şəhəri) prorektoru Fariz İsmayılzadə;

"Şimal-Cənub" Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova;

Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münsibətlər Milli Tədqiqat İnstitutunun Baş elmi işçisi, Beynəlxalq Münsibətlər üzrə Rusiya Şurasının eksperti Stanislav Pritçin;

"Valday" beynəlxalq diskussiya klubunun eksperti Fərhad İbrahimov;

Qazaxıstan Respublikası Parlamentinin senat sədrinin müşaviri Janar Tulindinova;

"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, "BakuNetwork" analitik mərkəzinin rəhbəri Gülnarə Məmmədzadə (aparıcı).

Spikerə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

38
Teqlər:
Xəzər dənizi, anons, dialoq, perspektiv
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Vətən müharibəsinin ilk günləri yaddaşlarda necə qalıb

12
(Yenilənib 12:28 21.09.2021)
Şahidlər həmin günləri necə xatırladıqları barədə Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada danışacaqlar.

BAKI, 21 sentyabr — Sputnik. İkinci Qarabağ müharibəsinin başlanması ərəfəsində Azərbaycanın informasiya məkanında bu hadisəyə həsr olunmuş bir çox nəşr və videolar ortaya çıxır.

Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız ölkənin qeyrətli oğul və qızlarının qəhrəmanlığı və cəsarəti sayəsində Azərbaycana qaytarılıb. Təəssüf ki, 44 gün davam edən döyüşlərdə yüzlərlə döyüşçü cəbhə xəttindən geri dönməyib. Ölkənin gələcəyi uğrunda onlarla dinc vətəndaş həyatını qurban verib. Azərbaycan vətəndaşları onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaqlar.

Sentyabrın 24-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışacaqlar:

Cavid Babayev - hərbi həkim,

Ədalət Verdiyev - hərbi ekspert,

Vüqar Muradov - müğənni, müharibə iştirakçısı,

Elmira Musazadə - CBC telekanalının aparıcısı,

Zamin Zeynalov - Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru,

Sergey Saçkov – radio operatoru, müharibə iştirakçısı, Azərbaycan Rus Cəmiyyətinin üzvü,

Vüsal Şahkərimov - topçu, müharibə iştirakçısı, məşhur fotoşəklin qəhrəmanı,

Vüsal Azayev - Sputnik Azərbaycan-ın redaktoru, müharibə iştirakçısı.

Spikerə sualları qabaqcadan bu elektron ünvana göndərmək olar: ivelizade@gmail.com.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

12
Azərbaycan və Rusiya bayraqları olan yük maşınları, arxiv şəkli

İlin birinci yarısında Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığı

6
(Yenilənib 11:36 21.09.2021)
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında ilin birinci yarısının nəticələrinə əsasən işlərin hazırkı vəziyyətindən danışacaq.

 

BAKI, 21 sentyabr — Sputnik. Cari ilin birinci yarısı Rusiya və Azərbaycan biznes nümayəndələri arasında sıx əlaqələrlə xarakterizə olunub. Rusiya Azərbaycandan qeyri-neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutub.

Koronavirus pandemiyasından əvvəl Moskva ilə Bakı arasında ticarət dövriyyəsi 3,17 milyard dollar dəyərində qiymətləndirilib ki, bu da 2018-ci ilin göstəricilərindən, demək olar ki, 30% (27,46%) çoxdur. Pandemiya 2020-ci ildə 10% "azalaraq" 3 milyard dollar səviyyəsindən aşağı düşüb.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov sentyabrın 23-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında ilin birinci yarısının nəticələrinə əsasən işlərin hazırkı vəziyyətindən danışacaq.

Spikerə sualları qabaqcadan bu elektron ünvana göndərmək olar: ivelizade@gmail.com.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

6
Teqlər:
Rusiya, Azərbaycan, ticarət, iqtisadiyyat, əməkdaşlıq, mətbuat konfransı
Ata oğulları ilə birgə, arxiv şəkli

Övladlığa verilmə bu qurumun səlahiyyətindən çıxarıldı

0
(Yenilənib 17:51 21.09.2021)
Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu da daxil edilib.

BAKI, 21 sentyabr — Sputnik. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb. Agentlik övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etməyəcək.

Eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu da daxil edilib. Eyni zamanda mediasiya xidmətlərinin təşkili də DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə olunub.

0