Xəzər dənizində balıq ovu

Xəzər iqtisadi əməkdaşlığı yeni mərhələdə

16
(Yenilənib 17:44 07.07.2021)
Hazırda region dövlətləri arasında qarşılıqlı iqtisadi fəaliyyətin əsas mövzuları investisiya əməkdaşlığı, birgə istehsalatların yaradılması, nəqliyyat dəhlizlərinin inkişafı, enerji layihələrinin həyata keçirilməsidir.

BAKI, 7 iyul — Sputnik. Moskvada avqustun 10-12-də keçiriləcək II Xəzər İqtisadi Forumu (XİF) ərəfəsində region ölkələri arasında ticari-iqtisadi əlaqələrin perspektivlərinə dair diskussiyalar aktuallaşır.

Hazırda region dövlətləri arasında qarşılıqlı iqtisadi fəaliyyətin əsas mövzuları investisiya əməkdaşlığı, birgə istehsalatların yaradılması, nəqliyyat dəhlizlərinin inkişafı, enerji layihələrinin həyata keçirilməsidir.

Regionda iqtisadi əməkdaşlığın necə inkişaf edə biləcəyi barədə iyulun 9-da saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, “Şimal-Cənub” Politologiya Mərkəzi, Trend İnformasiya Agentliyi və “Baku Network” Ekspertlər Şurası tərəfindən birgə keçiriləcək onlayn dəyirmi masada bu şəxslər danışacaqlar:

- Elşad Məmmədov – UNEC-in professoru və eyni zamanda Rus İqtisad Məktəbinin direktor müavini,

- Aleksandr Karavayev – REA İqtisadiyyat İnstitutunun elmi işçisi,

- Lidiya Parxomçik – Nursultan Nazarbayev Fondu yanında Dünya İqtisadiyyatı və Siyasət İnstitutunun eksperti

- Gülnarə Məmmədzadə - Trend İnformasiya Agentliyinin direktor müavini, “Baku Network” analitik mərkəzinin rəhbəri (aparıcısı).

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi.

16
Teqlər:
dəyirmi masa, əməkdaşlıq, iqtisadi, Xəzər dənizi
Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Saxta xəbərləri yaymaqda məqsəd nədir? - Timur Şafir danışır

23
Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib ki, mediadakı dezinformasiya yeni bir fenomen deyil və uzun müddətdir mövcuddur
Timur Şafir: “Saxta xəbərləri yaymaq üçün bir çox məqsəd var”

“Saxta xəbərlər mediada və sosial şəbəkələrdə yayılan məlumatlardır”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV təmsilçiləri üçün keçirilən ustad dərslərində Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib.

“Pandemiya bizə əhalinin "çiplənməsi", sarımsaq və arağın virusla mübarizədə faydaları və müxtəlif nəzəriyyələr barədə şayiələri ortaya çıxardı. İndi sosial şəbəkələrdə uydurma və saxta xəbərlərin əsas mövzusu peyvənd və onunla əlaqəli hər şeydir. Mediadakı dezinformasiya yeni bir fenomen deyil və uzun müddətdir mövcuddur. Feyk nyusu yayanlar düşünür ki, yalan nə qədər dəhşətli olsa, o qədər çox inanan olacaq. Saxta xəbərlər yeni texnologiyalardan istifadə edilərək yayılmağa başladığı üçün günümüzün realllığına çevrilib. Belə xəbərlər yalnız hər hansısa xəbər saytında, bir qəzetdə və ya bəzi anonim telegram kanallarında yayımlandıqdan sonra reallığa çevrilir. Qeyd etmək lazımdır ki, saxta xəbərləri yaymaq üçün bir çox məqsəd var.Bu səbəblər ticarətdən tutumuş siyasi məqsədlərə qədər dəyişir” – deyə Timur Şafir bildirib.

Timur Şafirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

23
Sputnik Beynəlxalq İnformasiya Agentliyinin loqosu, arxiv şəkli

SputnikPro: Bakıda yenidən KİV təmsilçiləri üçün ustad dərsləri keçiriləcək

32
(Yenilənib 13:22 22.07.2021)
Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına “feyk nyus” və onunla mübarizə yollarından danışacaqlar.

BAKI, 22 iyul — Sputnik. Sputnik beynəlxalq informasiya agentliyi və radiosu koronavirus pandemiyası ucbatından yaranan onlayn fasilədən sonra yenidən Bakıda SputnikPro maarifləndirmə proqramına start verir. İyulun 26-da, bazar ertəsi günü Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV təmsilçiləri üçün ustad dərsləri seriyası başlayır.

Pandemiya əhalinin "çipləşdirilməsi", koronavirusla mübarizədə sarımsağın və arağın faydaları barədə söz-söhbətlə yanaşı, bir sıra konspiroloji nəzəriyyələrin də ortaya çıxmasına səbəb oldu. Hazırda isə sosial şəbəkələrdə ən geniş yayılmış mif və feyk xəbərlər vaksinasiya ilə bağlıdır.

Sputnik Azərbaycan media mərkəzində jurnalistlərə “feyk nyus”ların hansı şablonlar əsasında yaradıldığı, bir sıra məşhur feyklərin necə ortaya çıxdığı barədə məlumat veriləcək, eləcə də, çoxsaylı nümunələr əsasında xəbəri "şübhə testindən" necə keçirməyin, identifikasiya və ifşa etməyin yolları göstəriləcək.

““Feyk-nyus” barədə gözəl və maraqlı” mövzusunda ustad dərsini isə RİA Novostinin məşhur "İnanmıram!" antifeyk podkastının aparıcıları Natalya Şaşina və Artyom Buftyak keçəcəklər.

Nataliya Şaşina "Rossiya Seqodnya" media qrupunun İnnovativ Jurnalistika Mərkəzinin sədr müavinidir. 2012-ci ildən 2019-cu ilə kimi “Business FM” radiostansiyasının şərhçisi və aparıcısı olub. Buna qədər isə “Finam FM” radiosunda və "Moskovski Komsomolets" qəzetində işləyib.

© Photo : Vladimir Trefilov
"Rossiya Seqodnya" media qrupunun İnnovativ Jurnalistika Mərkəzinin sədr müavini Nataliya Şaşina

Artyom Buftyak "İnanmıram!" və "Hamımız öləcəyik, ancaq bu dəqiq deyil" podkastlarının aparıcısıdır. O, həmçinin "Bu, rusca necə səslənir" və "İstoriya.DOC" podkastları üçün də ssenarilər yazır. "Rossiya Seqodnya" media qrupuna qədər isə energetika, IT və reklam sahəsində çalışıb.

© Photo : Vladimir Trefilov
"İnanmıram!" və "Hamımız öləcəyik, ancaq bu dəqiq deyil" podkastlarının aparıcısı Artyom Buftyak

"Müasir jurnalistika üçün fakt dəqiqləşdirmə texnologiyaları" mövzusunda keçiriləcək ustad dərsində spiker qismində Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir çıxış edəcək. O, beynəlxalq mövzular üzrə ixtisaslaşmış jurnalist və politoloqdur. Bakıda anadan olub. 2019-cu ildə Beynəlxalq Jurnalistlər Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.

© Photo : Courtesy of Timur Shafir
Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar:

https://www.facebook.com/SputnikProject/

32
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

0
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0