Neft buruğu, arxiv şəkli

OPEC+ razılaşmasının gələcəyi necə olacaq

18
Bu həftə OPEC+ üzvlərinin neft hasilatının həcmini müyəəyən edəcək danışıqları gedir. Bu dəfə BƏƏ danışıqları müşkülə salıb, Əbu-Dabi OPEC-dən sutkalıq neft hasilatı kvotasını hazırkı 3,2 milyon bareldən 3,8 milyona çatdırmağı xahiş edib.

Azərbaycan may ayı üzrə OPEC+ qarşısında öhdəliklərini yerinə yetirib: respublika üzrə sutkalıq neft hasilatı (kondensatla birlikdə) 674  milyon barel təşkil edib. Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat verir. Ümumi hasilat həcmindən 586 min bareli xam neft, 88 min bareli isə kondensat təşkil edib.

Beləliklə, Azərbaycan may ayında neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətən sutkada 132 min barel azaldıb.

OPEC+ ölkələri üçüncü və dördüncü rübdə kvotaların bölünməsi və neft hasilatının artırılması barədə razılığa gələ biləcəklərmi, bu qərarlar Azərbaycanda hasilatın həcminə neftin nəqlinə necə təsir edəcək - bu və digər suallara iyulun 7-də 18:00-da, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəsində təşkil olunmuş onlayn mətbuat konfransı zamanı "Geoenergetika.ru" analitik jurnalının baş redaktoru Boris Marsinkeviç cavab verəcək.

Spikerə qabaqcadan bu elektron ünvana göndərmək olar: ivelizade@gmail.com.

Tədbir Facebook-da Sputnik Azərbaycan səhifəsində yayımlanacaq.

Əlaqə:

Telefon: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia mətbuat mərkəsinin ünvanı: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.

18
Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

Saxta xəbərləri yaymaqda məqsəd nədir? - Timur Şafir danışır

38
Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib ki, mediadakı dezinformasiya yeni bir fenomen deyil və uzun müddətdir mövcuddur
Timur Şafir: “Saxta xəbərləri yaymaq üçün bir çox məqsəd var”

“Saxta xəbərlər mediada və sosial şəbəkələrdə yayılan məlumatlardır”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV təmsilçiləri üçün keçirilən ustad dərslərində Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir deyib.

“Pandemiya bizə əhalinin "çiplənməsi", sarımsaq və arağın virusla mübarizədə faydaları və müxtəlif nəzəriyyələr barədə şayiələri ortaya çıxardı. İndi sosial şəbəkələrdə uydurma və saxta xəbərlərin əsas mövzusu peyvənd və onunla əlaqəli hər şeydir. Mediadakı dezinformasiya yeni bir fenomen deyil və uzun müddətdir mövcuddur. Feyk nyusu yayanlar düşünür ki, yalan nə qədər dəhşətli olsa, o qədər çox inanan olacaq. Saxta xəbərlər yeni texnologiyalardan istifadə edilərək yayılmağa başladığı üçün günümüzün realllığına çevrilib. Belə xəbərlər yalnız hər hansısa xəbər saytında, bir qəzetdə və ya bəzi anonim telegram kanallarında yayımlandıqdan sonra reallığa çevrilir. Qeyd etmək lazımdır ki, saxta xəbərləri yaymaq üçün bir çox məqsəd var.Bu səbəblər ticarətdən tutumuş siyasi məqsədlərə qədər dəyişir” – deyə Timur Şafir bildirib.

Timur Şafirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

38
Sputnik Beynəlxalq İnformasiya Agentliyinin loqosu, arxiv şəkli

SputnikPro: Bakıda yenidən KİV təmsilçiləri üçün ustad dərsləri keçiriləcək

35
(Yenilənib 13:22 22.07.2021)
Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına “feyk nyus” və onunla mübarizə yollarından danışacaqlar.

BAKI, 22 iyul — Sputnik. Sputnik beynəlxalq informasiya agentliyi və radiosu koronavirus pandemiyası ucbatından yaranan onlayn fasilədən sonra yenidən Bakıda SputnikPro maarifləndirmə proqramına start verir. İyulun 26-da, bazar ertəsi günü Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV təmsilçiləri üçün ustad dərsləri seriyası başlayır.

Pandemiya əhalinin "çipləşdirilməsi", koronavirusla mübarizədə sarımsağın və arağın faydaları barədə söz-söhbətlə yanaşı, bir sıra konspiroloji nəzəriyyələrin də ortaya çıxmasına səbəb oldu. Hazırda isə sosial şəbəkələrdə ən geniş yayılmış mif və feyk xəbərlər vaksinasiya ilə bağlıdır.

Sputnik Azərbaycan media mərkəzində jurnalistlərə “feyk nyus”ların hansı şablonlar əsasında yaradıldığı, bir sıra məşhur feyklərin necə ortaya çıxdığı barədə məlumat veriləcək, eləcə də, çoxsaylı nümunələr əsasında xəbəri "şübhə testindən" necə keçirməyin, identifikasiya və ifşa etməyin yolları göstəriləcək.

““Feyk-nyus” barədə gözəl və maraqlı” mövzusunda ustad dərsini isə RİA Novostinin məşhur "İnanmıram!" antifeyk podkastının aparıcıları Natalya Şaşina və Artyom Buftyak keçəcəklər.

Nataliya Şaşina "Rossiya Seqodnya" media qrupunun İnnovativ Jurnalistika Mərkəzinin sədr müavinidir. 2012-ci ildən 2019-cu ilə kimi “Business FM” radiostansiyasının şərhçisi və aparıcısı olub. Buna qədər isə “Finam FM” radiosunda və "Moskovski Komsomolets" qəzetində işləyib.

© Photo : Vladimir Trefilov
"Rossiya Seqodnya" media qrupunun İnnovativ Jurnalistika Mərkəzinin sədr müavini Nataliya Şaşina

Artyom Buftyak "İnanmıram!" və "Hamımız öləcəyik, ancaq bu dəqiq deyil" podkastlarının aparıcısıdır. O, həmçinin "Bu, rusca necə səslənir" və "İstoriya.DOC" podkastları üçün də ssenarilər yazır. "Rossiya Seqodnya" media qrupuna qədər isə energetika, IT və reklam sahəsində çalışıb.

© Photo : Vladimir Trefilov
"İnanmıram!" və "Hamımız öləcəyik, ancaq bu dəqiq deyil" podkastlarının aparıcısı Artyom Buftyak

"Müasir jurnalistika üçün fakt dəqiqləşdirmə texnologiyaları" mövzusunda keçiriləcək ustad dərsində spiker qismində Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir çıxış edəcək. O, beynəlxalq mövzular üzrə ixtisaslaşmış jurnalist və politoloqdur. Bakıda anadan olub. 2019-cu ildə Beynəlxalq Jurnalistlər Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.

© Photo : Courtesy of Timur Shafir
Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar:

https://www.facebook.com/SputnikProject/

35
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib

0
(Yenilənib 00:09 31.07.2021)
Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru və bir sıra bölmələrə baş redaktorlar təyin edilib.

BAKI, 30 iyun - Sputnik. Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı və son bir neçə ildə əldə olunmuş uğurların nəticəsi kimi CBC teleradio şirkətində bir sıra kadr dəyişiklikləri aparılıb.

Teleradio şirkətindən AZƏRTAC-a bildiriblər ki, Məmmədov Orxan Elşən oğlu Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, Əliyeva Nigar Əli qızı telekanalın “İctimai siyasi verilişlər” bölməsinin baş redaktoru, Musazadə Elmira İlqar qızı “Müəllif verilişləri” bölməsinin baş redaktoru, Rzayev Sənan Məhəmməd oğlu redaktor-baş siyasi icmalçı, Lavrina Anastasiya Vitalyevna beynəlxalq münasibətlər üzrə ekspert – aparıcı, Cəbrayılov Həbib Mikayıl oğlu isə “Xarici dilli yayım” departamentinin baş rejissoru vəzifələrinə təyin ediliblər.

Telekanal barədə

CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalıdır.

Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə edib.

9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verib. Yayım Azərbaycan dilində həyata keçirilib. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başlayıb.

2020-ci ilin dekabrında Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda keçirilən iclasında “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

CBC özü haqqında

CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.

0