* AZƏRBAYCAN *
Bakıda çimərlikdə uşaq, arxiv şəkli

Uşaqlar özləri, böyüklər gələcək barədə - Sputnik Azərbaycan-da mətbuat konfransı

29
Azərbaycanda 18 yaşınadək uşaqların sayı çoxdur, ölkənin ümumi əhalisinin 35%-ni azyaşlılar təşkil edir. Ancaq təəssüf ki, başqa ölkələrdə olduğu kimi, bizdə də bütün uşaqlar insan həyatının bu ən qayğısız dövrünü heç də xoşbəxt keçirmir.

 

BAKI, 26 may — Sputnik. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci il iyunun 1-də dünyanın 51 ölkəsində qeyd olunub və cəmiyyətin diqqətini azyaşlıların ən aktual problemlərinə yönəltmək məqsədi daşıyır. Həmin gün 1949-cu ilin noyabr ayında Beynəlxalq Demokratik Qadınlar Federasiyasının sessiyasında qəbul edilmiş qərar əsasında təsis olunub.

Azərbaycanda 18 yaşınadək uşaqların sayı çoxdur, ölkənin ümumi əhalisinin 35%-ni azyaşlılar təşkil edir. Ancaq təəssüf ki, başqa ölkələrdə olduğu kimi, bizdə də bütün uşaqlar insan həyatının bu ən qayğısız dövrünü heç də xoşbəxt keçirmirlər.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, adətən, uşaqların problemləri, uşaq hüquqlarının müdafiəsi məsələləri gündəmə gəlir. Böyüklərin uşaq problemləri barədə nə fikirləşdikləri az-çox hamıya aydındır. Bəs uşaqların özlərinin bu barədə nə düşündüklərindən xəbərimiz varmı?

Bu sualın cavabını elə uşaqlarla bir yerdə aydınlaşdırmağa çalışacağıq.

– David Orucov – (məktəbəqədər)

– Səma İmanzadə (məktəbəqədər)

– Cahid İsgəndərzadə (məktəbəqədər)

– Toğrul Balıyev (1-ci sinif şagirdi)

– Əmir Cavad (1-ci sinif şagirdi)

– Daniyal Mustafayev (2-ci sinif şagirdi)

– Emil Orucov (2-ci sinif şagirdi)

– İnci İmanzadə (3-cü sinif şagirdi)

– Alsu Orucəliyeva (5-ci sinif şagirdi)

Mayın 31-i saat 11:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzinə gələrək böyüklərin qəliz və maraqlı suallarına cavab verəcəklər.

Bu sevimli balalara suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

29
Teqlər:
Sputnik Azərbaycan, mətbuat konfransı, uşaqlar
Məktəbdə qız, arxiv şəkli

Azərbaycanda 2020-2021-ci tədris ili necə keçdi

12
(Yenilənib 19:55 21.06.2021)
İyunun 25-i, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov bütün bu yeniliklərin tədris prosesində necə əks olunduğu və təhsil ilinin yekunları barədə danışacaq.

BAKI, 21 iyun — Sputnik. İyunun 15-də Azərbaycanda 2020-2021-ci tədris ili başa çatdı. İlk dəfə olaraq təhsil alanlar ilboyu karantin məhdudiyyətləri şəraitində oxumalı oldular. Həmin tədris ili həm təhsil sistemi, həm də şagird, tələbə və validenylər üçün əsl sınaq ili oldu.

Koronavirus pandemiyası bütün dünyada tədris prosesinə ciddi zərbə vurdu. Ötən tədris ili ərzində virusun yayıldığı bütün ölkələrdə, o cümlədən, Azərbaycanda da ilk karantin tədbirlərindən biri universitet, məktəb və uşaq bağçalarının bağlanması oldu. Etiraf etmək lazımdır ki, Azərbaycanın Təhsil Nazirliyi bu sahədə hər hansı bir təcrübənin və əsaslana biləcək nümunənin olmamasına baxmayaraq vəziyyətə çevik reaksiya verərək məktəb və universitet təhsilini yeni şəraitə uyğunlaşdırmaq üçün addımlar atmağa başladı. Ölkədə teledərslərdən və onlayn-tədrisdən istifadə olunmağa, "TV-dərslər" və "Virtual məktəb" layihələri gerçəkləşdirilməyə başlandı. Və bu, vəziyyətdən yeganə düzgün çıxış yolu idi.

İyunun 25-i, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov bütün bu yeniliklərin tədris prosesində necə əks olunması və 2020-2021-ci təhsil ilinin yekunları barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

12
Bağır Məlikovun medalları

Böyük Vətən II Dünya müharibələrində Azərbaycan hansı rolu oynayıb

19
22 iyun – Böyük Vətən müharibəsinin başladığı gündür. Hitler Almaniyasının Sovet İttifaqına hücumundan düz 80 il keçir. Bu tarixi gündə müharibəni bir daha yada salmaq, alman-faşist təcavüzkarlarının darmadağın edilməsində Azərbaycanın rolunu vurğulamaq yerinə düşər.

BAKI, 17 iyun — Sputnik. 22 iyun – Böyük Vətən müharibəsinin başladığı gündür. Hitler Almaniyasının Sovet İttifaqına hücumundan 80 il keçir. Bu tarixi gündə müharibəni bir daha yada salmaq, alman-faşist təcavüzkarlarının darmadağın edilməsində Azərbaycanın rolunu vurğulamaq yerinə düşər.

Həmin dövrdə SSRİ-nin tərkibində olan Azərbaycanın ümumi düşmənin darmadağın edilməsində əvəzsiz rolu olub. Almaniya rəhbərliyi Azərbaycanın neft ehtiyatlarına xüsusi maraq göstərmiş və Qafqaz uğrunda gedən döyüşlərdə Bakını və şəhərin ətrafındakı neft-qaz rayonların nəzarət altına almağı əmr etmişdi.

Ekspertlərin dəyərləndirməsinə görə, Böyük Vətən müharibəsi dövründə, 1941-ci ildən 1945-ci ilə kimi Fəhlə-Kəndli Qızıl Ordusuna Azərbaycandan 600 min insan çağırılıb ki, onların da 40 mini cəbhəyə könüllü yollananlar olub. Ümumilikdə müharibədə iştirak edən azərbaycanlıların təxminən yarısı həlak olub.

Respublikada 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli diviziyalar yaradılıb.

Müharibə illərində bütün ölkə üzrə yanacaq məhsullarının 90 faizini Azərbaycan neftçiləri istehsal edirdilər. Müharibənin birinci ilində Bakıdan cəbhəyə 23,5 milyon ton neft göndərilib. Ümumilikdə müharibəyə 75 milyon ton neft yola salınıb.

Azərbaycanın Böyük Vətən və II Dünya müharibələrindəki rolu barədə daha ətraflı iyunun 18-i saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında müharibə dövrünün tanınmış tədqiqatçısı, sosioloq, fəlsəfə elmlər doktoru İlham Abbasov danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

19
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

0
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

0