Məmur

Rusiyalı deputatlar ictimai xadimlər Cənubi Qafqazın gələcəyini müzakirə edəcəklər

11
(Yenilənib 14:50 29.04.2021)
Mayın 3-də saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində onların iştirakı ilə onlayn mətbuat konfransı keçiriləcək.

Son aylar ərzində Azərbaycanın işğaldan azad olunmuş rayonlarına çoxsaylı nümayəndə heyətlərinin səfərləri həyata keçirilir. Onların arasında rusiyalı siyasətçilərin və ekspertlərin sayı da az deyil. Bu cür tanışlıq səfərlərinin məqsədi yalnız Azərbaycana dəymiş ziyanın əsl mahiyyətini müəyyənləşdirmək deyil, həm də münaqişədən sonrakı yeni reallıqda ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etməkdir.

Bəs Rusiya-Azərbaycan münasibətləri yeni şəraitdə necə inkişaf edə bilər? Mayın 3-də saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında Rusiyanın tanınmış siyasətçiləri və ictimai xadimləri bu barədə danışacaqlar.

Tədbirdə iştirak edəcəklər:

1. Valençuk Oleq Dorianoviç – RF Dövlət Dumasında "Vahid Rusiya" partiyasını təmsil edən millət vəkili, Təbii Sərvətlər, Mülkiyyət və Torpaq Məsələləri Komitəsinin üzvü,

2. Kalaşnikov Sergey Vyaçeslavoviç – RF Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyasını təmsil edən millət vəkili, İqtisadi Siyasət, Sənaye, İnnovativ İnkişaf və Sahibkarlıq Komitəsi sədrinin birinci müavini,

3. Voronin Sergey Anatoliyeviç – RF Dövlət Dumasının RLDP fraksiyası rəhbərinin müşaviri, İnformasiya və Analitika Departamentinin rəhbəri,

4. Korotçenko İqor Yuryeviç – "Milli müdafiə" jurnalının baş redaktoru,

5. Markov Sergey Aleksandroviç – Siyasi Tədqiqatlar İnstitutunun direktoru.

Spikerlərə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

11
Ailə, arxiv şəkli

Pandemiya dövründə ailə planlaşdırılması

7
Mütəxəssislər qeyd edirlər ki, bir ildən çox bir müddət ərzində toyların olmaması nikahların sayının kəskin azalmasına gətirib. Mövzu barədə Elgün Səfərov Sputnik Azərbaycan-ın canlı yayımında fikirlərini bölüşəcək.

BAKI, 17 may — Sputnik. Karantin məhdudiyyətləri dövründə bir çox ölkələrdə nikahların sayında kəskin azalma müşahidə olunur. Bu mənada Azərbaycan da istisna deyil. Ölkəmizdə bu məsələ konkret olaraq yeni ailənin qurulmasından öncə gələn vacib və ayrılmaz bir adətin – toy mərasiminin keçirilməsinin mümkünsüzlüyü ilə izah olunur.

Mütəxəssislər qeyd edirlər ki, bir ildən çox bir müddət ərzində toyların olmaması nikahların sayının kəskin azalmasına gətirib. Öz növbəsində yaranmış vəziyyət doğumun dinamikası ilə bağlı problemlərin, çoxlu psixoloji narahatlıqların əmələ gəlməsinə gətirir. Digər tərəfdən, vətəndaş nikahları institutunun genişlənməsi müşahidə olunur ki, bu da cəmiyyətin mühafizəkar, ənənələrə bağlı hissəsi tərəfindən başa düşülmür, bəzən isə aşkar şəkildə qəbul edilmir.

Pandemiya və karantin məhdudiyyətlərinin ailə planlaşdırılması, demoqrafik göstəricilər, nikah və boşanma sayına təsiri, habelə pandemiyadan sonrakı dövrdə bu problemlərin həlli barədə Sputnik Azərbaycan multimedia mərkəzində 20 may saat 12.00-da keçirəcəyi mətbuat konfransında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Eləcə də oxuyun:

* "Qədir Xum"da nişan mərasimi keçirən 57 nəfər cərimələnib

Toy məclisi təşkil edən restoran sahibi və daha 65 nəfər cərimələnib

Gizli toy mərasimləri: kimisi batır, kimisi də sevincdən papağını göyə atır

 

7
Teqlər:
mətbuat konfransı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq, plan, ailə, toy
Səmada aypara, arxiv şəkli

Ramazan bayramının adətləri

32
(Yenilənib 14:53 04.05.2021)
Hesab olunur ki, insan ac və susuz qaldıqda yemək və su çatışmazlığından əziyyət çəkən insanların nə hiss etdiyini əyani surətdə öz üzərində hiss edir.

BAKI, 4 may — Sputnik. Müqəddəs Ramazan ayı müsəlmanlar üçün hicrətin ikinci ilində vacib buyrulub (622-ci il). Ramazan ayı Allah-taalanın buyurduğu hökmlərə hörmət etməyi, özündə iradə, dözüm, diqqət və düzgünlük kimi cəhətləri tərbiyə etməyə imkan verir. Bu mübarək ayda müsəlmanlar oruc tuturlar.

Hesab olunur ki, insan ac və susuz qaldıqda yemək və su çatışmazlığından əziyyət çəkən insanların nə hiss etdiyini əyani surətdə öz üzərində hiss edir. Oruc insanlara qarşı daha mərhəmətli olmağa, özlərini onların yerinə qoymağa və daha çox sədəqə verməyə sövq edir. Beləliklə, orucun sosial və mənəvi əhəmiyyəti ibadət əhəmiyyətindən heç də az deyil.

İslam ölkələrində Ramazan bayramı ilə bağlı hansı adətlərin olması və həmin adətlərə Azərbaycanda necə riayət olunması, habelə müasir müsəlman cəmiyyətlərinin həyatında müqəddəs Ramazan ayının əhəmiyyəti barədə mayın 7-də saat 12.00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin təşkil edəcəyi onlayn mətbuat konfransında teoloq Hacı Adil Hüseynoğlu danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

32
Teqlər:
müzakirə, adət, ekspert, bayram, Ramazan
Çay, arxiv şəkli

Qubada faciə: çaya düşən iki qardaşdan biri boğuldu

0
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik. Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

0
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba