CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ölməz alay" Azərbaycanda

© Sputnik / Murad OrujovАкция "Бессмертный полк" по случаю 74 годовщины Дня Победы в Баку
Акция Бессмертный полк по случаю 74 годовщины Дня Победы в Баку - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Cari ildə aksiyanın necə keçiriləcəyi barədə aprelin 30-da saat 12.00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzi tərəfindən təşkil olunan onlayn mətbuat konfransında danışılacaq

MDB-nin digər ölkələrində olduğu kimi, Azərbaycanda da faşizm üzərində Qələbənin qeyd olunması ərəfəsində xatirə tədbirləri keçirilir. Onların arasında "Ölməz alay" aksiyası xüsusi yer tutur.

Hər il mayın 9-da Böyük Vətən Müharibəsi veteranları və ölkə ictimaiyyəti həlak olmuş döyüşçülərin memorialı qarşısına toplaşırdılar. "Ölməz alay" vətəndaş vətənpərvər hərəkatının yürüşü də elə burada keçirilirdi. Artıq iki ildir ki, "Ölməz alay"ın təşkilatçıları tədbiri koronavirus pandemiyası ilə əlaqədar olaraq məhdud formatda keçirməyə məcburdurlar. Ötən il təşkilatçılar tədbiri sosial şəbəkələr və "Ölməz alay"ın saytı vasitəsilə onlayn formatda keçirdilər.

Cari ildə aksiyanın necə keçiriləcəyi barədə aprelin 30-da saat 12.00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzi tərəfindən təşkil olunan onlayn mətbuat konfransında danışılacaq. "Ölməz alay"ın Azərbaycandakı əlaqələndiricisi Viktoriya Kabanadzedir.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Xəbər lenti
0