Çəkiliş, arxiv şəkli

Vebinar: Video-xəbərlə mətni bir-birinə necə uyğunlaşdırmalı

12
"SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində keçiriləcək növbəti vebinarda mətnləri video-formata inteqrasiya etməyin yolları öyrədiləcək.

BAKI, 8 aprel — Sputnik. Sputnik beynəlxalq informasiya agentliyi və radiosu "SputnikPro" maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Cümə günü, aprel ayının 9-da, Bakı vaxtı ilə saat 14:00-da "Xəbər videosu ilə mətn kontentini necə birləşdirməli və uğurlu nəticə əldə etməli" mövzusuna həsr olunmuş növbəti vebinar baş tutacaq.

Vebinarın spikeri "Ukraina.ru" internet nəşrinin sosial şəbəkələr bölməsinin baş redaktoru Aleksandr Fomin olacaq.

Fomin "Rossiya Seqodnya" media qrupunda ştatdankənar müəllif kimi Ukraynada (2017-ci ildə) fəaliyyətə başlayıb. Əvvəllər "Zvezda" televiziya kanalında ("Ukrayna Online: Şərq / Qərb" layihəsi) və Ukrayna mediasında çalışıb. Rusiyanın Xalqlar Dostluğu Universitetinin Beynəlxalq jurnalistika fakültəsini bitirib. Elə həmin universitetin aspirantıdır. Rusiya Federasiya Şurası yanında Blogerlər və Jurnalistlər Şurasının, həmçinin Rusiya Jurnalistlər Birliyinin üzvüdür.

Aleksandr spikeri olacağı vebinarı aşağıdakı tezislər üzərində qurmağı planlaşdırır:

– mətnləri video-formata inteqrasiya edirik: nəyi daxil edək, nəyi yox?

– tərsinə edirik: videodan necə faydalı mətn kontenti yaratmaq olar?

– müxtəlif platformaların birləşdirilməsi: bu necə işləyir?

Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform

"SputnikPro" onlayn mövsümünü 2020-ci ilin mart ayının ortalarında açıq elan edib. Sessiyalarda koronavirus pandemiyası şəriatində jurnalist işinin spesifikası, veb-analiz alətləri və müəllif hüquqları məsələləri müzakirə olunur, jurnalistlərə dar ixtisaslara aid mövzularda özlərini və oxucuları çaşdırmamaq üçün necə yazmalı olduqları öyrədilir, sarı mətbuata çevrilmədən xəbərlərin oxunmasına nail olmağın yolları barədə məlumat verilir.

"SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

12
Ofisdə iş, arxiv şəkli

SputnikPro mətn videonun məzmunca bir-birinə uyğunlaşdırılmasından danışıb

8
(Yenilənib 18:23 09.04.2021)
Jurnalistlər üçün maarifləndirici layihə çərçivəsində növbəti ustad dərsi video əsasında mətnin formalaşdırılmasına həsr olunub

BAKI, 9 aprel — Sputnik. Mətnləri video-formata inteqrasiya edərkən biz tamaşaçının bunu qəbul edib-etməyəcəyinibaşa düşməliyik. Müəyyən kiçik ərazi, yaşayış məntəqəsi miqyasında olan xəbərlər əksəriyyət üçün çox maraq kəsb etmir. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilmiş növbəti vebinarda məhz bu məsələlərdən danışılıb.

Cümə günü, aprelin 9-da "Xəbər videosu və mətni uğurlu şəkildə bir-birinə necə birləşdirməli" mövzusunda onlayn sessiya keçirilib.

Ustad dərsində spiker "Ukraina.ru" internet-məcmuəsinin sosial şəbəkələr şöbəsinin şef-redaktoru Aleksandr Fomin olub.

Fomin "Rossiya Seqodnya" media-qrupunda Ukraynada ştatdankənar müxbir kimi başlayıb (2017-ci il). Bundan əvvəl o "Zvezda" televiziya kanalında çalışıb ("Ukrayna onlayn: Ukrayna KİV-lərində Şərq/Qərb layihəsi).

Rusiya Xalqlar Dostluğu Universitetini "beynəlxalq jurnalistika" ixtisası üzrə bitirib. RXDU-nun aspirantıdır.

Rusiya Federasiyası Federasiya Şurası yanında bloqer və jurnalistlər şurasının üzvüdür. Rusiya jurnalistlər ittifaqının üzvüdür.

Ustad dərsində Aleksandr mətnin videoya uyğunlaşdırılmasından və az sərfiyyatla mətnin yaradılmasından danışıb.

"Video əsasında mətnin yaradılması – minimum sərfiyyat deməkdir. Çünki bu halda videoda deyilənləri mətn şəklində yazmaq kifayətdir", deyə spiker bildirib.

Fomin onu da qeyd edib ki, mətni videoya çevirmək dəfələrlə çətindir. Bu halda sadə cümlələrdən istifadə etməklə mətni qısaltmaq tələb olunur.

"Jurnalistlər tez-tez uzun və mürəkkəb cümlələr yazırlar ki, bu da mətnin oxunmasını çətinləşdirir. Bunun üçün mətni ixtisar edərək onu oxunmaq üçün daha rahat mətnə çevirəcək redaktor tələb olunur", - deyə Fomin bildirib.

Bundan sonra alınmış mətni üzündən oxumaq lazımdır. Bunu, əgər varsa, peşəkar studiyada etmək olar, amma şəxsi telefondan da istifadə etmək mümkündür.

Videonu da telefonda montaj etmək mümkündür. Bunun üçün çoxsaylı proqramlar var.

"Mətndən ən parlaq məqamları seçmək lazımdır. Onlar üçün biz keyfiyyətli şəkil və videolar axtarırıq. İkinci dərəcəli məqamları daha pis keyfiyyətdə və daha az dinamik olan videolar sırası ilə örtə bilərik. Bundan əlavə mövzuya dair şəkillərdən də istifadə etmək olar", - deyə spiker bildirib.

Bütün bunlardan əlavə, Aleksandr Fomin nələri etməyin lazım olmadığından da danışıb.

"Başqa mənbələrdən götürülmüş və ya eksklüziv, amma kiçik bir regiona aid olan xəbərlər işləmir. Birinci halda digər kanalların həmin xəbəri verməsi ehtimalı böyükdür. Bundan əlavə, bu vəziyyətdə vizualizasiya ilə bağlı problemlər olur. İkinci hala gəldikdə, "kiçik areala" aid olan xəbərlər geniş auditoriya üçün sadəcə olaraq maraqlı deyil, onlar üçün etimad doğurmur", - deyə spiker bildirib.

"SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

Pandemiya başladıqdan sonra layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro onlayn mövsümünə" start verib. Ustad dərsləri rejimində mütəxəssislər jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

8
Qan analizi, arxiv şəkli

Azərbaycanda hemofiliyanın müalicəsi: bu xəstəliyə necə qalib gəlmək olar

38
(Yenilənib 18:33 08.04.2021)
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində onlayn mətbuat konfransında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov karantin rejimi şəraitində hemofiliyanın müalicəsi, xəstəliyin artım dinamikası və digər məsələlərə toxunacaq.

BAKI, 8 aprel — Sputnik. Hər il aprelin 17-si dünyada Hemofiliya Günü kimi qeyd olunur. Bu günün qeyd olunması təşəbbüsü iki məşhur beynəlxalq qurumdan – Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Hemofiliya Federasiyası tərəfindən irəli sürülüb. 17 aprel tarixi isə təşkilatçılar tərəfindən heç də təsadüfən seçilməyib: Ümumdünya Hemofiliya Federasiyasının qurucusu Frenk Şnaybel məhz həmin gün dünyaya göz açıb.

Hazırda Azərbaycan Elmi-Praktik Hemofiliya Mərkəzində yüzlərlə xəstə rəsmi qeydiyyatdadır ki, onların da yarısı məktəbəqədər və məktəb yaşlı uşaqlardır.

Bu irsi xəstəlikdən daha çox oğlan uşaqları əziyyət çəkirlər. Bundan başqa, statistika göstərir ki, Şirvan və Gəncəbasar sakinləri hemofiliyaya daha çox məruz qalırlar.

Aprelin 16-da, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunacaq onlayn mətbuat konfransında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov karantin rejimi şəraitində hemofiliyanın müalicəsi, xəstəliyin artım dinamikası və digər məsələlərə toxunacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

38
Teqlər:
müzakirə, pandemiya, müalicə, hemofiliya
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

0
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

0
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu