Novruz xonçası, arxiv şəkli

İstehlak qiymətləri Novruz zənbilinin dəyəri

72
(Yenilənib 16:20 15.03.2021)
Mütəxəssislər belə hesab edirlər ki, Novruz zənbilinin dəyəri ildən-ilə bahalaşır. Martın 18-i, saat 12:00-da gözünüz Sputnik Azərbaycan-da olsun. Eyyub Hüseynov Novruz zənbilinin dəyəri və keyfiyyətsiz məhsulları digərlərindən necə ayırmaq barədə danışacaq

Hər il mart ayının 21-də Azərbaycanla yanaşı, Ön və Orta Asiyanın bir sıra dövlətlərində də bahar mövsümümün başlanğıcı astronomik Günəş təqviminə əsasən, Novruz bayramı kimi qeyd olunur. Geniş şəkildə keçirilən bu bayram milli adət-ənənələrlə zəngindir.

Ailələr bu bayrama əsaslı şəkildə hazırlaşır, milli şirniyyatlar bişirilir, ənənəvi bayram süfrəsi açılır. Mütəxəssislər isə belə hesab edirlər ki, Novruz zənbilinin dəyəri ildən-ilə bahalaşır. Digər tərəfdən, artıq ikinci ildir Novruz bayramını karantin rejimi çərçivəsində qeyd etməli oluruq ki, bu da yalnız əhval-ruhiyyəmizə deyil, həm də büdcəmizə öz təsirini göstərir.

Martın 18-i, saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında Azərbaycan Azad İstehlakçılar Biliyinin sədri Eyyub Hüseynov bayram ərəfəsində pərakəndə bazarda qiymətlərin necə dəyişməsi, Novruz zənbilinin dəyəri və keyfiyyətsiz məhsulları digərlərindən necə ayırmaq barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

72
Teqlər:
keyfiyyət, ekspert, qiymətlər, Novruz
Ofisdə iş, arxiv şəkli

SputnikPro mətn videonun məzmunca bir-birinə uyğunlaşdırılmasından danışıb

8
(Yenilənib 18:23 09.04.2021)
Jurnalistlər üçün maarifləndirici layihə çərçivəsində növbəti ustad dərsi video əsasında mətnin formalaşdırılmasına həsr olunub

BAKI, 9 aprel — Sputnik. Mətnləri video-formata inteqrasiya edərkən biz tamaşaçının bunu qəbul edib-etməyəcəyinibaşa düşməliyik. Müəyyən kiçik ərazi, yaşayış məntəqəsi miqyasında olan xəbərlər əksəriyyət üçün çox maraq kəsb etmir. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilmiş növbəti vebinarda məhz bu məsələlərdən danışılıb.

Cümə günü, aprelin 9-da "Xəbər videosu və mətni uğurlu şəkildə bir-birinə necə birləşdirməli" mövzusunda onlayn sessiya keçirilib.

Ustad dərsində spiker "Ukraina.ru" internet-məcmuəsinin sosial şəbəkələr şöbəsinin şef-redaktoru Aleksandr Fomin olub.

Fomin "Rossiya Seqodnya" media-qrupunda Ukraynada ştatdankənar müxbir kimi başlayıb (2017-ci il). Bundan əvvəl o "Zvezda" televiziya kanalında çalışıb ("Ukrayna onlayn: Ukrayna KİV-lərində Şərq/Qərb layihəsi).

Rusiya Xalqlar Dostluğu Universitetini "beynəlxalq jurnalistika" ixtisası üzrə bitirib. RXDU-nun aspirantıdır.

Rusiya Federasiyası Federasiya Şurası yanında bloqer və jurnalistlər şurasının üzvüdür. Rusiya jurnalistlər ittifaqının üzvüdür.

Ustad dərsində Aleksandr mətnin videoya uyğunlaşdırılmasından və az sərfiyyatla mətnin yaradılmasından danışıb.

"Video əsasında mətnin yaradılması – minimum sərfiyyat deməkdir. Çünki bu halda videoda deyilənləri mətn şəklində yazmaq kifayətdir", deyə spiker bildirib.

Fomin onu da qeyd edib ki, mətni videoya çevirmək dəfələrlə çətindir. Bu halda sadə cümlələrdən istifadə etməklə mətni qısaltmaq tələb olunur.

"Jurnalistlər tez-tez uzun və mürəkkəb cümlələr yazırlar ki, bu da mətnin oxunmasını çətinləşdirir. Bunun üçün mətni ixtisar edərək onu oxunmaq üçün daha rahat mətnə çevirəcək redaktor tələb olunur", - deyə Fomin bildirib.

Bundan sonra alınmış mətni üzündən oxumaq lazımdır. Bunu, əgər varsa, peşəkar studiyada etmək olar, amma şəxsi telefondan da istifadə etmək mümkündür.

Videonu da telefonda montaj etmək mümkündür. Bunun üçün çoxsaylı proqramlar var.

"Mətndən ən parlaq məqamları seçmək lazımdır. Onlar üçün biz keyfiyyətli şəkil və videolar axtarırıq. İkinci dərəcəli məqamları daha pis keyfiyyətdə və daha az dinamik olan videolar sırası ilə örtə bilərik. Bundan əlavə mövzuya dair şəkillərdən də istifadə etmək olar", - deyə spiker bildirib.

Bütün bunlardan əlavə, Aleksandr Fomin nələri etməyin lazım olmadığından da danışıb.

"Başqa mənbələrdən götürülmüş və ya eksklüziv, amma kiçik bir regiona aid olan xəbərlər işləmir. Birinci halda digər kanalların həmin xəbəri verməsi ehtimalı böyükdür. Bundan əlavə, bu vəziyyətdə vizualizasiya ilə bağlı problemlər olur. İkinci hala gəldikdə, "kiçik areala" aid olan xəbərlər geniş auditoriya üçün sadəcə olaraq maraqlı deyil, onlar üçün etimad doğurmur", - deyə spiker bildirib.

"SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

Pandemiya başladıqdan sonra layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro onlayn mövsümünə" start verib. Ustad dərsləri rejimində mütəxəssislər jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

8
Qan analizi, arxiv şəkli

Azərbaycanda hemofiliyanın müalicəsi: bu xəstəliyə necə qalib gəlmək olar

38
(Yenilənib 18:33 08.04.2021)
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində onlayn mətbuat konfransında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov karantin rejimi şəraitində hemofiliyanın müalicəsi, xəstəliyin artım dinamikası və digər məsələlərə toxunacaq.

BAKI, 8 aprel — Sputnik. Hər il aprelin 17-si dünyada Hemofiliya Günü kimi qeyd olunur. Bu günün qeyd olunması təşəbbüsü iki məşhur beynəlxalq qurumdan – Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Hemofiliya Federasiyası tərəfindən irəli sürülüb. 17 aprel tarixi isə təşkilatçılar tərəfindən heç də təsadüfən seçilməyib: Ümumdünya Hemofiliya Federasiyasının qurucusu Frenk Şnaybel məhz həmin gün dünyaya göz açıb.

Hazırda Azərbaycan Elmi-Praktik Hemofiliya Mərkəzində yüzlərlə xəstə rəsmi qeydiyyatdadır ki, onların da yarısı məktəbəqədər və məktəb yaşlı uşaqlardır.

Bu irsi xəstəlikdən daha çox oğlan uşaqları əziyyət çəkirlər. Bundan başqa, statistika göstərir ki, Şirvan və Gəncəbasar sakinləri hemofiliyaya daha çox məruz qalırlar.

Aprelin 16-da, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunacaq onlayn mətbuat konfransında Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov karantin rejimi şəraitində hemofiliyanın müalicəsi, xəstəliyin artım dinamikası və digər məsələlərə toxunacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

38
Teqlər:
müzakirə, pandemiya, müalicə, hemofiliya
Xadimə hoteldə hamam otağını təmizləyir, arxiv şəkli

Azərbaycanda pandemiya ocaqları: Birgünlük kirayə evlərdə vəziyyət necədir

10
(Yenilənib 23:22 19.04.2021)
"Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur" - Ədalət Rüstəm.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Bu günlərdə Türkiyədə birgünlük kirayə verilən evlərdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reyd keçirilib. Səbəb pandemiyanın geniş yayıldığı şəraitdə belə evlərdə sanitar-gigiyenik tələblərə əməl edilməməsidir. 

Azərbaycanda da birgünlük kirayə evlər var. Bu evlərin qiyməti 3 manatdan başlayır. 3, 10, 15-35 manat arasında da birgünlük kirayə evlər tapmaq mümkündür.

Bəs, görəsən bu evlərdə sanitar-gigiyenik tələblər gözlənilirmi?

Sputnik Azərbaycan belə evlərin sahibləri və maklerlərlə əlaqə saxlayıb. Onlar bu evlərin vaxtaşırı dezinfeksiya edildiyini iddia ediblər. Lakin məsələnin gerçəkdə necə olduğunu heç kəs bilmir. 

Millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Türkiyədə baş verən bu hadisə çox maraqlı təcrübədir və Azərbaycan üçün də aktualdır. Deputataın fikrincə, bu istiqamətdə böyük təbliğat işi aparılmalıdır. Çünki belə vəziyyətdə evini kirayəyə verən sahiblərin də yoluxma təhlükəsi var. 

"Daxili İşlər Nazirliyinə belə yerlərə vaxtaşırı reyd keçirmə icazəsi verilməlidir. DİN və vergi orqanları ilə birgə reydlər keçirilə bilər", - deyə o, əlavə edib.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm isə əməkdaşımıza birgünlük evlərin təhlükəsindən danışarkən deyib: ""Böyük bir həyətdə sol və sağı tək otaqlarla dolu olan evlər var ki, bunlar fəhlələrə bir günlük kirayəyə verilir. Fəhlələr günü 1 manata belə evlərdə qalırlar. Onların mətbəxləri, hamamları isə ümumi olur. Təsəvvür edin, biri 3-5 gün fəhlə işləyib o evi tərk edəndən sonra bir başqa fəhlə həmin evdə kirayədə qalır. COVID-19-dan öncə də belə evlər var idi. Bu evlər infeksiya mənbəyidir və orada yoluxma ehtimalı yüksəkdir. Polis tərəfindən əməliyyat keçirilərək cəzalandırma tədbirlərinin görülməsi normal haldır".

Əli Rüstəmin sözlərinə gröə, Nəsimi bazarı, Biləcəri tərəfdə də belə evlər var: "Bir həyətdə 30 ailə yaşayır. Təbii ki, bu evlər, ərazilər infeksiya mənbəyidir. Virusun yayılmasında belə evlərin də rolu var".

Azərbaycanın hüquq-mühafizə orqanları isə hələlik belə müvəqqəti yaşayış yerlərində reyd keçirmək barədə fikirləşmirlər. "Bu barədə yuxarıdan hər hansı əmr və ya təlimat gəlməyib. Gəlsə, təbii ki, reyd keçiriləcək və sanitar-gigiyenik qaydaları pozanlar cəzalandırılacaq", - deyə paytaxt polisindən bildiriblər. 

10