Təhlükəli mənzil problemi necə həll olunmalıdır?

28
(Yenilənib 11:16 11.02.2021)
Fevralın 16-da saat 15:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində daşınmaz əmlak sahəsində tanınmış ekspert Elnur Azadovun iştirakıyla onlayn mətbuat konfransında təhlükəli mənzil məsələsi müzakirə olunacaq.

Yanvarın sonunda Xırdalan şəhərində yaşayış evində partlayış oldu. İlkin məlumatlara görə, hadisə qaz sızması nəticəsində baş verdi. Partlayış yerinin yaxınlığında digər tikililər də olduğundan dağıntıların miqyası da böyüdü, insanlar həlak oldular. 

Ümumilikdə son zamanlarda evlər tikilərkən şəhərsalma qaydalarının nəzərə alınmaması mövzusu Bakının Bayıl və Badamdar qəsəbələrində meydana gələn torpaq sürüşməsi ilə aktuallaşdı. Ekspertlər bu hadisəni şəhər ərazisində tikintilərin xaotik aparılması, düzgün planlaşdırılmaması ilə izah etdilər. Aydındır ki, bu problemlərin həll edilməsi üçün kompleks və təxirəsalınmaz tədbirlər görülməlidir. 

Bu cür tikintilərin sonrakı taleyinin necə olacağı, eləcə də Bakıda başdansovdu tikintilərin qarşısının alınması barədə məsələlərə aydınlıq gətirmək üçün fevralın 16-da saat 15:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində daşınmaz əmlak sahəsində tanınmış ekspert, Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadovun iştirakıyla onlayn mətbuat konfransı təşkil olunacaq.  

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

28
Teqlər:
onlayn, mətbuat konfransı, ekspert, daşınmaz əmlak, şəhərsalma, qanunsuz tikili, sürüşmə, mənzil, təhlükə

Professor: “Kommunikasiyaların açılması dialoqa imkan verəcək”

15
(Yenilənib 16:14 24.02.2021)
UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyir ki, münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir
Elşad Məmmədov: “Münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı”

“Üçtərəfli bəyanatın imzalanması regionda yeni iqtisadi-siyasi reallıqların formalaşmasını şərtləndirir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan video-körpüdə UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyib.

Professor bildirib ki, kommunikasiyaların açılması hər zaman prioritet olub:

“Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir”.

Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
Yük maşınları, arxiv şəkli

Cənubi Qafqazın enerji, tranzit yük dövriyyəsi

36
(Yenilənib 18:58 22.02.2021)
Fevralın 24-ü, saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mərkəzində təşkil olunacaq videokörpüdə Bakı, Moskva, Tbilisi və Yerevandan olan spikerlər Cənubi Qafqazın enerji, tranzit və yük dövriyyəsi barədə fikir mübadiləsi aparacaqlar

BAKI, 22 fevral — Sputnik. Pandemiyanın davam etməsinə baxmayaraq, 2020-ci ilin son rübündən etibarən Cənubi Qafqaz ölkələri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından irəli gələn yeni iqtisadi reallığa uyğunlaşmalı oldular.

Qarabağda uzun illər davam edən münaqişənin başa çatması region ölkələrinə yeni əməkdaşlıq imkanları yaratdı. Bu, xüsusən də, əksər mütəxəssislərin fikrincə, böyük əməkdaşlıq potensialının mövcud olduğu energetika və nəqliyyat sahələrinə aiddir. Hazırkı mərhələdə həmin potensialdan düzgün istifadə etmək, onu yeni konfliktlərin yaranmasının qarşısını almağa zəmanət verən resursa çevirmək çox vacibdir.

Hansı enerji layihələri Cənubi Qafqaz dövlətlərinin büdcəsinə böyük miqdarda gəlir gətirə bilər? Cənubi Qafqaz dəmir yolunun bərpası üçün hansı perspektivlər var? Su elektrik stansiyalarının tikintisi bu ölkələr üçün nə dərəcədə səmərəlidir?

Jurnalistlərin bu və digər məsələlərlə bağlı suallarını fevralın 24-ü, saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mərkəzi tərəfindən təşkil olunacaq video-körpüdə Moskvadan "Geoenergetika.info" analitik jurnalının baş redaktoru Boris Martsinkeviç, Bakıdan Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, UNEC-in professoru Elşad Məmmədov və Tbilisidən iqtisadi məsələlər üzrə ekspert, professor İosif Arçvadze cavablandıracaqlar. Tədbirə Yerevandan da spiker dəvət olunub.

Spikerlərə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

36
Teqlər:
Moskva, Yerevan, Tbilisi, Bakı, videokörpü, tranzit, iqtisadiyyat, enerji, Cənubi Qafqaz
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0