Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Xəbəri necə oxutmalı – SputnikPro layihəsi bu suala cavab verib

© AFP 2023 / GREG BAKERБлогерша за ноутбуком, фото из архива
Блогерша за ноутбуком, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
SputnikPro – maarifləndirmə layihəsi onlayn sessiyalarını davam etdirir, bu ilin ilk vebinarı isə məqalələrin daha çox oxunması mövzusuna həsr olunub.

BAKI, 8 fevral — Sputnik. Sadə sorğular – hazırda müasir multimedia jurnalistikası bizi buna səsləyir. 2021-ci ildə SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilmiş ilk vebinarda bu məsələ müzakirə edilib. Fevralın 5-i, cümə günü keçirilən onlayn sessiya "Məqaləni necə təqdim etmək lazımdır ki, daha çox oxunsun" mövzusuna həsr olunmuşdu.

Vebinarın spikeri "Rossiya Seqodnya" mediaqrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyev olub.

© SputnikOleq Dmitriyev
Xəbəri necə oxutmalı – SputnikPro layihəsi bu suala cavab verib - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Oleq Dmitriyev

Oleq "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-dək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" mediaqrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbərinin vəzifəsini icra edib.

Vebinarda spiker mövzunu necə rəngarəng etmək, oxucunun diqqətini cəlb etmək üçün xəbərə hansı rakursdan yanaşmaq lazım gəldiyini açıqlayıb.

"Xəbərə hansı rakursdan yanaşılacağını müəyyən etməzdən əvvəl öz auditoriyamızı yaxşı tanımalıyıq", – deyə o bildirib. Onun sözlərinə görə, jurnalist məhz kimin üçün yazdığını, oxucusunun hansı yaş qrupuna aid olduğunu, gəlir səviyyəsini, böyük, yoxsa kiçik şəhərdə yaşadığını aydın təsəvvür etməlidir. "Siz oxucunu məhz nəyin narahat etdiyini bilməlisiniz", – deyə Oleq Dmitriyev vurğulayıb.

"Yanaşma bucağı məsələsinə biz öz reportajlarımızla cavab veririk", – spiker belə deyib. Onun sözlərinə görə, bu, hər hansı bir az bilinən fakt, insanın həyat və ya yaradıcılıq yolu ilə bağlı məqam ola bilər. Bu faktlar hekayələri canlandırır, onu oxucuya daha yaxın edir. Spikerin sözlərinə görə, bütün mövzular üçün maraqlı yanaşma bucağı seçmək olar.

"Eyni zamanda, mütləq yadda saxlamaq lazımdır ki, əhvalat uzun deyilsə, onu dartıb uzatmağın mənası yoxdur", – deyə Dmitriyev qeyd edib. O, fərqli ölkələrdən olan həmkarlarına hekayəni oxucunun və ya izləyicinin diqqətini dağıdan lazımsız detallarla yükləməməyi tövsiyə edib.

"Özünüzü bir hekayə ustası kimi yetişdirin", - deyə spiker jurnalistlərə məsləhət görüb.

SputnikPro – beynəlxalq xəbər agentliyi və Sputnik radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib. Pandemiyanın başlaması ilə əlaqədar layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılara eyni vaxtda açıq olan "SputnikPro onlayn mövsümü"nə start verib. Vebinar rejimində mütəxəssislər ən aktual mövzuları seçməyə çalışaraq jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur.

SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:https://www.facebook.com/SputnikProject/

 

Xəbər lenti
0