CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda "ağıllı şəhər" və "ağıllı kənd" - bu necə olacaq?

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Fevralın 4-ü saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində Milli tribuna portalının təsisçisi və baş redaktoru Elnur Fərzəliyev "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının mahiyyəti ilə bağlı sualları cavablandıracaq.

BAKI, 1 fevral — Sputnik. Azərbaycan hökuməti Qarabağda yaşayış məntəqələrinin bərpası üçün "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarından istifadə etmək niyyətindədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yeni təyin olunmuş nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə videokonfrans formatında keçirdiyi görüş əsnasında məlumat verib.

Azərbaycan Prezidentinin bu təşəbbüsü ictimaiyyət arasında və ekspertlər mühitində geniş müzakirə olunur. Sözügedən məsələ son vaxtlar KİV-in də diqqət mərkəzindədir. Xüsusən də, bu ideyanın məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması ilə paralel şəkildə necə gerçəkləşdiriləcəyi haqda fərziyyələr irəli sürülür.

Fevral 4-ü saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Milli tribuna portalının təsisçisi və baş redaktoru, əmlak məsələləri üzrə məşhur ekspert Elnur Fərzəliyev konsepsiyanın mahiyyəti və necə reallaşdırılacağı ilə bağlı sualları cavablandıracaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Xəbər lenti
0