15 sentyabrda Azərbaycanda Bilik Günü qeyd olunur. Ancaq bu dəfə pandemiya ona öz düzəlişini edib. Heç də bütün şagird və tələbələr həmin gündən başlayaraq parta arxasında oturmayacaqlar. Bundan əlavə, "offline" təlim "online" fəaliyyətlə birləşdiriləcək.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, xüsusi tədris planı çərçivəsində Bakı, Sumqayıt və Abşeron rayonlarının ümumtəhsil müəssisələrində həftədə iki dəfə, respublikanın digər şəhər və rayonlarında isə həftədə üç dəfə dərslər əyani surətdə keçiriləcək.
Yeni şərtlər əsasında təhsil prosesinin necə keçəcəyi, bu şəraitdə təhsilin keyfiyyətinin aşağı düşüb-düşməyəcəyi barədə sentyabrın 15-də saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkil etdiyi mətbuat konfransında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Nadir İsrafilov və İlqar Orucov danışacaqlar.
Spikerlərə suallar əvvəlcədən elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində yayımlanacaq.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.
BAKI, 26 fevral — Sputnik. Xəbər başlığı həm cəlbedici, həm də sadə və anlaşılan olmalıdır. Nə qədər sadə olsa, bir o qədər yaxşıdır. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində keçirilən növbəti vebinarda bu barədə danışılıb.
Fevralın 26-da, cümə günü baş tutan onlayn sessiya "Başlıq – düşmən deyil, dostdur: tez və effektli cəlbedici başlıq necə qoyulmalı?" mövzusuna həsr olunub. Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyevdir.
O, "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-ci ilədək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbəri vəzifəsini icra edib.
Vebinarda Oleq Dmitriyev media mətnlərinə başlıqların qoyulması ilə bağlı müxtəlif yanaşmaları nəzərdən keçirib, onların mənfi və müsbət cəhətlərini göstərib. Məsələn, müxtəlif MDB ölkələrinin KİV-lərindən götürülmüş məqalə nümunələri əsasında jurnalistlərin öz yazılarına qoyduqları uğurlu başlıqlar barədə danışıb, eləcə də, bu sahədəki problemlərə toxunub.
"Başlıq fikirləşəndə assosiasiyalardan, sitatlardan, hətta memlərdən istifadə etmək olar", – deyən O.Dmitriyev onu da qeyd edib ki, bütün bunlar oxucu tərəfindən asanlıqla qavranılmalıdır.
Başlıqlar tamamilə müxtəlif ola bilər – məqalənin əsas ideyası ilə üst-üstə düşə, bir növ təlimat xarakteri daşıya, yaxud simvolik ifadələrin "top line"la birləşməsindən ibarət ola bilər. Əsas odur ki, oxucunu cəlb etsin və onda materialı oxumaq həvəsi yaratsın", – deyə spiker vurğulayıb.
Məqalələrin ikinci başlığına da toxunan Dmitriyev bildirib ki, yazının bu hissəsində yalnız material buna imkan verdiyi təqdirdə intriqa yaratmaq olar.
"Məqalənin girişini gəlincə, onun əsas məqsədi oxucunu mətni sona qədər oxumağa məcbur etməkdir. Ancaq bu hissənin uzunluğu üç-dörd cümlədən çox olmamalıdr", – deyə spiker vurğulayıb.
SputnikPro – Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.
Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.
SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:
Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu SputnikPro maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Fevralın 26-da, cümə günü, Bakı vaxtı ilə saat 14:00-da "Başlıq – düşmən deyil, dostdur: tez və effektli cəlbedici başlıq necə qoyulmalı?" mövzusuna həsr olunmuş vebinar baş tutacaq. Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyevdir.
Oleq "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-ci ilədək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbəri vəzifəsini icra edib.
Vebinarda Oleq Dmitriyev media mətnlərinə başlıqların qoyulması ilə bağlı müxtəlif yanaşmaları nəzərdən keçirəcək, onların mənfi və müsbət cəhətlərini göstərəcək. Müxtəlif MDB ölkələrinin KİV-lərindən götürülmüş məqalə nümunələri əsasında jurnalistlərin öz yazılarına qoyduqları uğurlu başlıqlar barədə danışacaq, eləcə də, bu sahədəki problemlərə toxunacaq.
Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform
SputnikPro "onlayn-mövsüm"ünü 2020-ci il mart ayının ortalarında açıq elan edib. Sessiyalarda koronavirus pandemiyası, veb-analiz vasitələri və müəllif hüquqları kontekstində jurnalist işininin xüsusiyyətləri müzakirə olunur. İştirakçılar çat vasitəsilə bir-birinə mesaj göndərə və fikirlərini real vaxt rejimində paylaşa bilərlər.
SputnikPro – Sputnik Beynəlxalq Xəbər Agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.
Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.
SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:
https://www.facebook.com/SputnikProject/
BAKI, 2 mart — Sputnik. Bakı şəhərində bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ilk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb. Ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir. Bu dayanacaqdan 1, 2 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur.
Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdırılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda "BakıKart" ödəmə terminalı da var. Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması ilə digər bir layihənin də icrasına start verilib. Layihəyə əsasən, paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək. Adlar əsasən dayanacaq məntəqəsinin yerləşdiyi məkana, həmin məkanda olan mədəni-tarixi və digər əsas obyektlərə uyğun olaraq müəyyən ediləcək. Bu mənada ilk bio-smart pavilyon "Heydər Əliyev Mərkəzi" dayanacağı adlandırılıb.