Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Diqqət: SputnikPro-nun fotoqraflar üçün vebinarı olacaq

© REUTERS / HANNAH MCKAYСилуэты представителей СМИ, фото из архива
Силуэты представителей СМИ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Foto hüququ: məhkəmələrə düşməmək üçün materialları necə illüstrasiya etməli. 10 əsas problem" sessiyasında fotoşəkillərdən istifadəyə dair hüquq normaları, uşaqlarla iş məsələləri və insanın şəxsi sərhədləri müzakirə olunacaq.

BAKI, 13 may — Sputnik. SputnikPro təhsil layihəsi pandemiya şəraitində belə öz işini davam etdirir. Artıq bu cümə günü layihə çərçivəsində yeni, sayca altıncı olan vebinar keçiriləcək. Bu dəfə vebinarda iştiraka jurnalistlər və fotoqraflar dəvət olunurlar.

"Foto hüququ: məhkəmələrə düşməmək üçün materialları necə illüstrasiya etməli. 10 əsas problem" adlı onlayn sessiyada fotoşəkillərdən istifadəyə dair hüquq normaları, uşaqlarla iş (valideynlərin icazəsini almaq zəruridirmi və bunu necə etmək lazımdır: onların fotolarını çəkmək və sosial şəbəkədə yerləşdirmək mümkündürmü?), həmçinin insanın şəxsi sərhədləri (fərdi müsahibələr, küçə sorğuları: nəyi yaymaq olar, nəyi olmaz?) kimi mövzular müzakirə olunacaq. Spikerlər əsas suala cavab verməyə çalışacaqlar: dərc edilə bilənlərlə dərc edilə bilməyənlərin sərhədləri haradadır? Bundan əlavə, onlar fotoqrafların fəaliyyətini tənzimləyən qanunvericilikdəki məhdudiyyətləri nəzərdən keçirəcəklər.

Награды ветерана Великой Отечественной войны, фото из архива - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Qələbə hekayələrini yaşamaq lazımdır: SputnikPro-nun daha bir vebinarı keçirildi

SputnikPro vebinarının spikeri "Rossiya seqodnya" BİA-nın intellektual hüquqlar şöbəsinin rəisi Anna Çernitsına olacaq.

Mövzusu "Foto hüququ: məhkəmələrə düşməmək üçün materialları necə illüstrasiya etməli. 10 əsas problem" olan altıncı onlayn sessiya mayın 15-də, saat 14.00-da keçiriləcək.

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər və fotoqraflar Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0