Qələbə hekayələrini yaşamaq lazımdır: SputnikPro-nun daha bir vebinarı keçirildi

36
(Yenilənib 10:27 26.04.2020)
Hərb tarixinin səhifələrini canlandıraraq Rusiya, Belarus, Qazaxıstan, Moldova və Litvadan olan spikerlər onlayn sessiyada 9 May üçün necə maraqlı layihələri həyata keçirmək barədə fikirlərini bölüşüblər.

BAKI, 25 aprel - Sputnik. Böyük Vətən müharibəsi, Qələbə haqqında hekayələri quru şəkildə danışmaq olmaz, onları yaşamaq lazımdır. SputnikPro təlim layihəsi çərçivəsində keçirilmiş növbəti vebinarın gedişində bu barədə danışılıb.

“Qələbə Gününə həsr olunmuş xüsusi layihəni və materiallar seriyasını necə maraqlı və hər il olduğundan fərqli etmək olar” mövzusunda onlayn sessiya cümə günü, aprelin 24-də keçirilib və SputnikPro-nun sosial təcrid prinsiplərinə tiayət olunaraq keçirdiyi beşinci görüş olub.

Vebinarın spikerləri – “Rossiya seqodnya” BİA-nın nümayəndələri, Sputnik agentliyinin Belarus, Latviya, Moldova və Qazaxıstandakı xablarının jurnalistləri və şef-redaktorları həmkarlarına Böyük Qələbə Gününə həsr olunmuş xüsusi layihələri barədə danışıblar, müharibə barədə maraqlı materiallar hazırlamaq təcrübələrini bölüşüblər. Dəvət edilmiş ekspertlər – hərbi tarixçilər, tədqiqatçılar və ləpirçilər arxivlərin toplanması və rəqəmsallaşdırılması işlərinin necə həyata keçirildiyini, az bilinən faktlar, unikal foto və sənədli kadrlar əsasında material yaratmağın yolları barədə danışıblar.

Qələbə barədə unikal, bütün yaşlar üçün maraqlı layihələrin yaradılmasında multimedia və əlavə edilmiş reallıq imkanları heç də sonuncu rolu oynamır. Misal üçün, “Rossiya seqodnya” BİA “Naməlum bayraqdar” layihəsini təqdim edib. Layihənin mərkəzində 1945-ci ilin mayında birbaşa Reyxstaqın damına bayraq sancan sovet əsgərinin hekayəsi dayanır. VR imkanlarından istfadə edərək həmin əsgərin adından çıxış edən layihə iştirakçısı bayraq qrupunun tərkibində Reyxstaqın damına bayraq sanca bilər. Həmçinin 360 dərəcə formatında möhtəşəm hadisənin baş verdiyi yerə baxa, neçə bayraq olduğunu, kimin öz bayrağını ora çatdıraraq sancdığını öyrənə bilər.

Belarusdan olan həmkarlar onlayn və offlayn istiqamətlərinə bölünmüş "Победа.Sputnik.by" (“Qələbə.Sputnik.by”) layihəsi barədə danışıblar. Layihəyə o cümlədən konsentrasiya düşərgələrindən keçmiş əsgərlər, dəhşətli cəza əməliyyatlrı barədə əhvalatlar daxildir. “Layihə ilə sosial şəbəkələrdə də tanış olmaq mümkündür. Biz “Sovinformbüro”nun varisləriyik, bizdə çoxlu sayda kontent var, onunla onlayn da çıxmaq olar, offlayn da", - Sputnik Belarus-un şef readktoru Olesya Luçaninova və mətbuat katibi Pavel Tuxto bildiriblər.

“Belarus seqodnya” Nəşriyyat Evinin direktor-baş reaktorunun müavini İvan Siniçkin partizanlar barədə nəhəng layihədən danışıb. Layihə Belarus ərazisində fəaliyyət göstərmiş partizanların və çekistlərin fərdi kartotekalarının, onların haqqında bioqrafik materialların, həmçinin ümumilikdə respublikada partizan hərəkatının tarixinin toplandığı informasiya portalından ibarətdir.

Ofisdə işləyən jurnalist, arsiv şəkli
© AFP 2020 / KENZO TRIBOUILLARD

Sputnik Latviya “Qələbə əsgərləri” layihəsini təqdim edib. Layihə çərçivəsində Latviya ərazisində yaşayan Böyük Vətən müharibəsi veteranlarından müsahibələr götürülür. Diyarşünas və ləpirçi Aleksandr Rjavin Latviya ərazisində axtarış dəstələrinin işindən danışıb. Bu iş ölkə rəsmilərinin Böyük Vətən müharibəsinə xüsusi münasibəti ilə çətinləşir.

Qazaxıstan “Qələbə simaları” layihəsi çərçivəsində müharibə qəhrəmanları barəsində saysız-hesabsız müxtəlif hekayələrdən əlavə, həmin dövrün başqa tərəfi barədə danışıb. Məlum olduğu kimi, müharibə illərində Orta Asiyaya müxtəlif müəssisələri, o cümlədən tədris və mədəni müəssisələri köçürmüşdülər. Digərləri ilə yanaşı, Sputnik Qazaxıstan həmin dövrdə respublikanın ərazisində fəaliyyət göstərmiş sovet kinostudiyalarının tarixiçəsini təqdim edib.

Moldovalı həmkarlar ləpirçilərin işi, çoxsaylı əsgər talelərini əhatə edən xatirə kitablarının yaradılması barədə danışıblar.

Onlayn sessiyanın gedişində iştirakçılar müharibə qəhrəmanlarının abidələrinin təhqir olunması, onların xatirəsinə hörmətsizlik, tarixi hadisələrin saxtalaşdırılması kimi neqativ aspektlərə də toxunublar.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak edib.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün bu linkdən istifadə edə bilərsiniz.

36
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

36
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

36
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi

“Şəhər hotellərinin vəziyyəti daha ağırdır” mehmanxanalar karantindən sonra

65
(Yenilənib 16:30 24.09.2020)
Ölkə sərhədlərinin yarım ildən çox bağlı qalması ilə ən çox zərər çəkən sahələrdən biri mehmanxana sferasıdır. Onların karantinin bir az yumşalması ilə hansı vəziyyətdə olduqlarını videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi pandemiyadan sonra hotellərin necə özlərinə gəldiklərini şərh edib. Mütəxəssisin fikrinə görə, şəhər hotellərinin vəziyyəti hal-hazırda daha ağırdır.

“İnzibati sərhədlərin açılması ilə şəhər əhalisi rayonlarda istirahət etməyə müvəffəq olub. Şəhər mehmanxanaları isə beynəlxalq sərhədlər bağlı qaldığına görə əziyyət çəkir”, - deyə o bizimlə bölüşüb.

Mütəxəssis hesab edir ki, hal-hazırda uçuşların nə vaxt yenidən başlayacağını gözləmək lazım deyil. Biz var gücümüzlə yerli turizmi həm şəhərdə, həm rayonlarda yeni növ məhsullar tətbiq etməklə gücləndirməliyik.

65
Teqlər:
gediş-gəliş, şəhər, regionlar, Samir Dübəndi, mehmanxana, hotel, otel
Vaşinqtonda Kapitoli binasına mənzərə, arxiv şəkli

ABŞ-da Qarabağla bağlı danışıqlar Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı bilindi

0
(Yenilənib 10:28 23.10.2020)
Qeyd edək ki, daha əvvəl Pompeo bəyan edib ki, nazirlərdən yerlərdəki vəziyyətə dair məlumatları eşitmək istəyir və Dağlıq Qarabağda hərbi münaqişənin deeskalasiyası üçün yollar tapmağa çalışacaq

BAKI, 23 oktyabr — Sputnik. ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət departamenti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Pompeo Bakı vaxtı ilə saat 17:30-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, saat 18:30-da isə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

Qeyd edək ki, daha əvvəl Pompeo bəyan edib ki, nazirlərdən yerlərdəki vəziyyətə dair məlumatları eşitmək istəyir və Dağlıq Qarabağda hərbi münaqişənin deeskalasiyası üçün yollar tapmağa çalışacaq.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

0
Teqlər:
Ceyhun Bayramov, Mayk Pompeo, ABŞ, Azərbaycan, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Putin ümid edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
“Müharibə döyüş meydanında aparılmalıdır – dinc əhaliylə yox”: Türkiyənin Baş Ombudsmanı