Tibbi maskada olan kişi, arxiv şəkli

Bir şəxs koronavirus tutsa, onun əsas vəzifəsi özünü təcrid etməkdir

36
(Yenilənib 16:31 27.03.2020)
Karantin tədbirləri, gigiyena və özünü təcrid qaydalarına riayət etmək, özünüzü qorumağın və koronavirus infeksiyasının yayılması riskini azaltmağın əsas yollarıdır.

BAKI, 27 mart — Sputnik. Karantin tədbirləri, gigiyena və özünü təcrid qaydalarına riayət etmək, özünüzü qorumağın və koronavirus infeksiyasının yayılması riskini azaltmağın əsas yollarıdır. Bunu rusiyalı mikrobioloq, virusoloq Yevgeni Plisov SputnikPro təhsil layihəsi çərçivəsində keçirilən onlayn sessiya zamanı bildirib.

Vebinar martın 26-da sosial izolyasiya qaydalarına uyğun olaraq təşkil edilib və SputnikPro-nun ilk onlayn təcrübəsi olub.

Əgər əvvəllər SputnikPro modulları ölkələr üzrə yerli KİV nümayəndələri, radio və TV əməkdaşları, tələbələr və digər arzu edənlər üçün keçirilirdisə, onlayn sessiya müxtəlif ölkələrdən olan jurnalistləri birləşdirməyə imkan verib. Vebinarda iştirak etmək üçün Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova da daxil olmaqla  10 ölkədən 140-dan çox jurnalist qeydiyyatdan keçib.

Online modulun mövzusu -  "Koronavirus haqqında necə savadlı və viruslu yazmaq olar"- iştirakçıların böyük marağına səbəb olub. Sessiyanın spikeri qismində həmçinin tanınmış jurnalist, “Rossiya seqodnya” BİA-ın baş direktorunun müavini, rus dilində informasiya idarəsinin rəisi Yelena Qluşakova çıxış edib.

© Photo : Courtesy of Yelena Glushakova
“Rossiya seqodnya” BİA-ın baş direktorunun müavini, rus dilində informasiya idarəsinin rəisi Yelena Qluşakova

Yevgeni Plisov jurnalistlərin karantin tədbirləri və təhsil müəssisələrinin bağlanmasının məqsədəuyğunluğu barədə sualına cavab verərək bildirib ki, uşaqları ən təhlükəsiz qrupa aid etmək olar. Mütəxəssisin sözlərinə görə, uşaqlarda koronavirus bir qayda olaraq simptomsuz və ya yüngül şəkildə baş verir. Buna baxmayaraq, virusoloq vurğulayıb ki, uşaqlar xəstəliyin daşıyıcısı ola bilərlər. Buna görə məktəblərin və uşaq bağçalarının bağlanması tamamilə haqlıdır. Yaş nə qədər yüksəkdirsə, yoluxma ehtimalı bir o qədər çoxdur.

© Photo : Courtesy of Yevgeny Plisov
Mikrobioloq Yevgeni Plisov

"Hesab edirəm ki, aprel və may aylarında virus güclü olacaq, amma iyun ayında azalma olacaq", - deyə Plisov bildirib.

O, həmçinin qeyd edib ki, koronavirusun müalicəsi üçün hələ də spesifik dərmanlar yoxdur, bu gün xəstələrin müalicəsinin əsas üsulu simptomları aradan qaldırmaqdır.

"Bu gün edə biləcəyiniz ən doğru şey evdə oturmaq, öz xəstələnmə riskinizi artırmamaq və ya xəstəliyin daşıyıcısı olmamağınızdır. Əgər hələ də evdən çıxmaq məcburiyyətindəsinizsə, əllərinizi mümkün qədər tez-tez yumalısınız, özü də ən azı 20 saniyə və əllərinizlə üzünüzə toxunmamağa çalışın. Maskalar yalnız xəstələr üçün tələb olunur ki, onlar virusu sağlamlara yoluxdurmasınlar. Digərlərinə maska lazım deyil. Amma əgər siz onu özünüzü sakitləşdirmək və yoluxmayacağınıza əmin olmaq üçün taxırsınızsa, nəzərə alın ki, bu maskalar hər iki saatdan bir dəyişdirilməlidir", - deyə ekspert bildirib.

Vebinarın ikinci spikeri Yelena Qluşakova isə deyib ki, bugünkü şəraitdə KİV–in əsas funksiyası informasiyanı yoxlamaqdır.

36
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

36
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

36
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi

“Şəhər hotellərinin vəziyyəti daha ağırdır” mehmanxanalar karantindən sonra

65
(Yenilənib 16:30 24.09.2020)
Ölkə sərhədlərinin yarım ildən çox bağlı qalması ilə ən çox zərər çəkən sahələrdən biri mehmanxana sferasıdır. Onların karantinin bir az yumşalması ilə hansı vəziyyətdə olduqlarını videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi pandemiyadan sonra hotellərin necə özlərinə gəldiklərini şərh edib. Mütəxəssisin fikrinə görə, şəhər hotellərinin vəziyyəti hal-hazırda daha ağırdır.

“İnzibati sərhədlərin açılması ilə şəhər əhalisi rayonlarda istirahət etməyə müvəffəq olub. Şəhər mehmanxanaları isə beynəlxalq sərhədlər bağlı qaldığına görə əziyyət çəkir”, - deyə o bizimlə bölüşüb.

Mütəxəssis hesab edir ki, hal-hazırda uçuşların nə vaxt yenidən başlayacağını gözləmək lazım deyil. Biz var gücümüzlə yerli turizmi həm şəhərdə, həm rayonlarda yeni növ məhsullar tətbiq etməklə gücləndirməliyik.

65
Teqlər:
gediş-gəliş, şəhər, regionlar, Samir Dübəndi, mehmanxana, hotel, otel
Azərbaycan HHQ-nin təyyarəsi, arxiv şəkli

Ağdam istiqamətində Ermənistan SQ-nin hərbi texnikası infrastrukturu məhv edilib

22
(Yenilənib 19:29 24.10.2020)
Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edilib.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

22
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə