Rusiya ilə Azərbaycan sərhədində, arxiv şəkli

Azərbaycan-Rusiya: regional qarışıqlıq fonunda münasibətlər

13
(Yenilənib 16:16 11.03.2020)
2019-cu ilin sonunda Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dolları keçib, mütəxəssislər əmindirlər ki, iqtisadi əlaqələrin şaxələndirilməsi siyasi münasibətlərin xarakterinə müsbət təsir göstərir.

Suriya və Əfqanıstandakı durum, İran ətrafındakı vəziyyət, koronavirusun yayılması ilə əlaqəli risklər, həmçinin neftin qiymətinin kəskin enməsi regional siyasətin fonuna mənfi təsir göstərir. Bu şəraitdə Bakı ilə Moskva arasındakı münasibətlərdə sabitlik və uzaqgörənlik müşahidə olunur.

2019-cu ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dolları keçib. Mütəxəssislər əmindirlər ki, iki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsi siyasi münasibətlərin xarakterinə müsbət təsir göstərir.

Martın 12-də, saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqi Mərkəzinin analitik qrupunun rəhbəri, Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Stanislav Pritçin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşəcək, Rusiya ilə Azərbaycan arasında regional əməkdaşlıq perspektivləri və beynəlxalq formatlar barədə danışacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84 / 85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

13