Kitab oxuyan uşaq

Yeni dərslikləri kim necə yazır

43
(Yenilənib 14:28 04.03.2020)
Mətbuat konfransında dərslik və tədris vəsaitlərinin hazırlanması prosesini yaxşılaşdırılması, buna mane olan amillərin aradan qaldırılması ilə bağlı məsələlərdən bəhs ediləcək.

Bu günlərdə Azərbaycanın Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydası"nı təsdiq edib.

Mütəxəssislərin fikrincə, ixtisaslaşmış peşəkar nəşriyyat evlərinin, müasir dərsliklərin hazırlanması üçün məsləhətçilərin olmaması, müəlliflərin az olması dərsliklərin tərtibinə mənfi təsir göstərən amillərdir.

Martın 6-da saat 12: 00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil ediləcək mətbuat konfransında dərslik və tədris vəsaitlərinin hazırlanması prosesini yaxşılaşdırılması, buna mane olan amillərin aradan qaldırılması ilə bağlı məsələlərdən bəhs ediləcək. Tədbir Azərbaycanın əməkdar müəllimi Almaz Həsrət, naşir, metodik vəsaitlərin müəllifi Rafiq İsmayılov, Təhsil Nazirliyinin nəzdindəki İctimai Şuranın üzvü Elmina Kazımzadənin iştirakı ilə keçiriləcək.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84 / 85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

43

Səhər yeməyinin şahı: Pendirin mayalanma resepti

101
(Yenilənib 11:29 25.12.2020)
Azərbaycanda səhər yeməyini pendirsiz təsəvvür etmək mümkün deyil. Adətən biz onu mağazalardan alırıq. Sputnik Azərbaycan isə sizə pendiri mayalamağın üsulunu təqdim edir. Daha ətraflı – videomuzda.

Azərbaycanda ağartı məhsulları çox sevilir, xüsusilə pendir. Demək olar hər ailədə pendir masadan əskik olmur. Azərbaycanlılar ümumiyyətlə evdə hazırlanmış pendirə həmişə daha çox üstünlük veriblər. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri Beyləqan rayon sakini Şəlalə Əzimovadan pendirin ev şəraitində hazırlanma qaydasını təqdim etməyi xahiş edib. Pendirin hazırlanması üçün bizə süd, hər bir mağazada satılan pendir mayası və duz lazım olacaq.

İlk öncə süd sağılır, süzülür və isti-isti maya əlavə olunur. 10 dəqiqə gözlədikdən sonra mayalanmış süd şor torbasına tökülür və yaxşıca süzülür. Üzərinə mütləq ağır əşya qoyulmalıdır ki, pendir daha yaxşı süzülsün. İki saata yaxın gözlədikdən sonra pendir kəsilir və duzlanır. Duzlayandan sonra pendir duzda bərkiyənə kimi sərin yerdə saxlanılır.

Qeyd edək ki, südü qaynatdıqdan sonra da mayalamaq olar. Belə olan halda südün soyuması gözlənilir, ilıq halda mayalanır. Bu cür pendir bişmiş pendir adlanır.

101
Notebook, arxiv şəkli

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

72
(Yenilənib 19:58 25.09.2020)
Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

© Sputnik
"Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz. 

72
Teqlər:
təşviqat, sosial media, multimedia, media, məqalə, SputnikPro təlim proqramı
Əlaqədar
Xəbər saytlarının axtarış trafikini necə artırmaq olar
"Rossiya seqodnya"nın mətbəxində nə baş verir?
Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

0
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

0