Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanın media sahəsində informasiya təhlükəsizliyi hansı vəziyyətdədir

© © Tom Brenner/Getty Images/AFPЖурналисты, фото из архива
Журналисты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda informasiya təhlükəsizliyinin necə təmin olunduğu barədə 10 dekabr 13: 00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında məlumat veriləcək

Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi bölgədə və dünyada baş verən hadisələr kontekstində ən aktual məsələlərdən biridir.

Bildiyiniz kimi, informasiya təhlükəsizliyi məlumatların qorunması, onun məxfiliyinin, əlçatanlığının və bütövlüyünün təmin edilməsi, habelə kritik vəziyyətdə hər hansı bir güzəştin qarşısının alınması fəaliyyətinə əsaslanır.

Belə vəziyyətlərə təbii, texnogen və sosial fəlakətlər, kompüter qəzaları, fiziki oğurluq və sair daxildir.

Azərbaycanda informasiya təhlükəsizliyinin necə təmin olunduğu barədə 10 dekabr 13:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında məlumat veriləcək. İştirak edəcəklər:

- Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli,

- "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli,

- "Xəzər" telekanalında müəllif verilişinin aparıcısı, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət.

Tədbirdə beynəlxalq mətbuat kartları (IPC) da təqdim ediləcək.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

Xəbər lenti
0