Flame Towers qüllələrinin birinin qarşısında Azərbaycan və Rusiya bayraqları, arxiv şəkli

Azərbaycan Rusiya regionlararası əməkdaşlıq: Sabah olacaq

26
(Yenilənib 18:52 22.11.2019)
Ekspertlərin əksəriyyətinin fikrincə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycan – Rusiya münasibətlərinə dinamika vermək üçün yaxşı imkanlar yaradır.

İqtisadi sahədə qarşılıqlı əməkdaşlıq məsələləri artıq neçə illərdir ki, Azərbaycan – Rusiya əməkdaşlığında prioritet təşkil edir. Hər iki ölkənin regionları arasında əlaqələrdə bunun üçün yaxşı potensial və imkanlar var. Azərbaycan üçün Rusiya Federasiyasının qonşu Qafqaz Respublikaları, eləcə də Volqoboyu vilayətləri və mərkəzi şəhərləri ilə əlaqə daha aktualdır.

Mehriban Əliyevanın Moskvaya səfəri və Rusiya – Azərbaycan X regionlararası forumu fonunda bu əlaqələrin neçə inkişaf edəcəyi barədə 25 noyabr saat 14:30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov danışacaq.

Əlaqə üçün:

Telefon: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).

26