SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qoşulmama Hərəkatının Bakı zirvəsindən nə gözlənilir

© Official website of President of Azerbaijan RepublicВ Баку начал работу XVIII Саммит глав государств и правительств стран-членов Движения неприсоединения.
В Баку начал работу XVIII Саммит глав государств и правительств стран-членов Движения неприсоединения. - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan iştirakçı sayına görə BMT-dən sonra ikinci yerdə olan, 120 dövləti birləşdirən siyasi platforma olan Qoşulmama Hərəkatının sədri vəzifəsini icra edir.

Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrlik və 2019-ci ildə keçiriləcək sammitə ev sahibliyi etməsi nəzərdə tutulmuşdu. Sədrliklə bağlı qərara ilkin olaraq QH-nin Əlaqələndirici Bürosunun 2015-ci il ərzində Nyu-Yorkda keçirilən iclaslarında baxılmış və Hərəkatın Əlaqələndirici Bürosunun 2015-ci ilin iyun ayında keçirilən nazirlər konfransının yekun sənədində Azərbaycanın sədrlik təklifinə dəstək ifadə edilmişdi. Sədrliklə bağlı yekun qərar 13-18 sentyabr 2016-cı il tarixlərində Venesuelanın Marqarita adasında baş tutmuş QH Sammitində verilib.

25-26 oktyabr tarixlərində keçirilən Qoşulmama Hərəkatının sammitinə Azərbaycan həm ev sahibliyi, həm də sədrlik edib. Bu dəfəki forumun əsas mövzusu "Bandug prinsiplərini rəhbər tutaraq müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" olub. Azərbaycanın hərəkata sədrliyinin prioriteti sülh və sabitliyin qorunmasına töhfə verməkdir.

Sammitin yekunları, Qoşulmama Hərəkatının yeni məqsəd və prioritetləri, eləcə də onların Azərbaycanın xarici siyasətinə təsiri barədə 29 oktyabr saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 64-cü iclasında bəhs ediləcək. Tədbirdə politoloqlar Zaur Məmmədov, Şuhrat Barlas, Zaur İbrahimov və Alpay Azər iştirak edəcəklər. Moderator politoloq İlqar Vəlizadədir.

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).

Xəbər lenti
0