Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Autizmli uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına necə nail olmalı

© AFP 2023 / JEAN-PHILIPPE KSIAZEKАутизм, фото из архива
Аутизм, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, Fransa və Estoniyadan olan mütəxəssislər videobağlantı vasitəsilə autizmli uşaqların cəmiyyətə uğurlu inteqrasiyasından danışacaqlar

Belarusun paytaxtı Minskdə hər il autizm problemi ilə bağlı Beynəlxalq Forum keçirilir. Sayca III olacaq cari Forumun mövzusu belədir: "Teatr və autizm. Suallar və cavablar". Belarusun, yaxın və uzaq xaricin ictimai təşkilatlarının nümayəndələri bir yerə toplaşaraq autizmli uşaqların cəmiyyətə uğurlu inteqrasiyası ilə bağlı dünya təcrübəsini, həmçinin korreksiya-inkişaf təhsili və teatr terapiyasından istifadə etməklə inklüziv kollektivin yaradılmasını müzakirə edəcəklər.

Forum ənənəvi olaraq effektiv inklüziv mühit yaratmaqda mütəxəssislər, innovativ metodların müəllifləri və valideynlər arasında praktik təcrübə mübadiləsi üçün bir platforma rolunu oynayacaq.

Müzakirə çərçivəsində Azərbaycan, Fransa və Estoniyadan olan mütəxəssislərin videobağlantıları yer alacaq.

Forumun daimi media tərəfdaşı bu görüşün həmişə keçirildiyi məkan olan Sputnik Belarus İnformasiya Agentliyi və Radiosudur.

25 oktyabr 14: 00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı-Minsk videokörpüsü keçiriləcək. Videokörpüdə Azərbaycan tərəfindən iştirak edəcəklər:

-Çiçək Məmmədli, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri;

- İlham Osmanlı, Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri:

- Esmiralda İsmayılova, oliqofrenopedaqoq

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).

Xəbər lenti
0