Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlar regionumuza nə verəcək?

© AFP 2023 / DELIL SOULEIMANSuriyada qadın Hasəkəni bombalama zamanı
Suriyada qadın Hasəkəni bombalama zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı siyasi ekspertlər türk cəmiyyətinin Suriyadakı hadisələrə necə reaksiya verdiyi, Türkiyənin hərbi əməliyyatları nə qədər və hansı miqyasda davam etdirməyə hazırlaşdığı və bunun bizim regiona necə təsir göstərəcəyi barədə danışacaqlar

BAKI, 15 oktyabr — Sputnik. Bu günlərdə azərbaycanlı ekspertlərdən ibarət böyük nümayəndə heyəti Türkiyə səfərindən qayıdıb. Onlar qardaş ölkədə bir sıra siyasətçilər və ekspertlərlə görüşüblər. Söhbətlər əsasən Suriyadakı hərbi kampaniyanın perspektivləri və onun Cənubi Qafqaz regionunda təhlükəsizliyə təsirindən gedib.

Türk cəmiyyətinin bu hadisələrə necə reaksiya verdiyi, Türkiyənin hərbi əməliyyatları nə qədər və hansı miqyasda davam etdirməyə hazırlaşdığı və bunun bizim regiona necə təsir göstərəcəyi barədə "Atlas" Analitik Agentliyinin ekspertləri 17 oktyabr saat 12:00-da "Sputnik Azərbaycan" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında öz fikirlərini bölüşəcəklər. İştirak edəcəklər:

- Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri

- Turan Rzayev, politoloq

- Kənan Paşayev, politoloq

- Zeynal Əmrəliyev, politoloq

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).

Xəbər lenti
0